HERBA FLORA







Qəhvə bütün dünya xalqları tərəfindən çox qədimdən təbii qida kimi qəbul olunur. Qəhvədən lazımi miqdarda istifadə etdikdə orqanizmin gücü artır, fəaliyyəti yaxşılaşır, fiziki və zehni yoruğunluq aradan qalxır, yüngüllük, xoş əhval-ruhiyyə və gümrahlıq yaranır. Qəhvə tozu qəhvə ağacının toxumlarıdır. Qəhvə hazırlayanda onu uzun müddət od üzərində saxlamaq olmaz, çünki onun tərkibində olan müalicə əhəmiyyətli maddələr parçalanaraq öz təsirini itirir. Qəhvədən qədərindən artıq istifadə etmək də onun faydasını azaldır. 

 

Bu gün haqqında danışacağımız qəhvə isə tamamən fərqli olub, meyvə-tərəvəzdən ibarətdir.

 

Artıq çəkidən əziyyət çəkən xanımlar piy toxumasını əritmək üçün "tərəvəzli qəhvə"dən istifadə edə bilərlər.

Lazım olan ərzaqlar:

2 ədəd çuğundur
2 ədəd kök
2 ədəd yaşıl alma.

Hazırlanması:
Çuğundur, kök, alma qabıqlı halda rəndələnir. Sobada 100 dərəcədə 15 dəqiqədən bir taxta qaşıqla qarışdırılaraq və ya zəif ocaqda eyni qaydada qarışdırılaraq tam quruyanadək bişirilir. Ərzaqların yanmamağına diqqət edilməlidir. 
Bişdikdən sonra "tərəvəzli qəhvə"ni hazırlamaq olar.

İstifadə qaydası:
1 stəkan qaynar suya 1 çay qaşığı "qəhvə" əlavə edilərək 5 dəqiqə dəmlənir. Gündə 3 dəfə səhər, günorta və axşam yeməkdən 20 dəqiqə əvvəl qəbul olunur.

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem