HERBA FLORA







Zəncəfil tropik iqlimdə - ən çox Çin, İndoneziya, Hindistan kimi ölkələrdə yetişən bitkidir. Onun yalnız kök hissəsindən istifadə edilir. Qədim zamanlardan bəri xalq təbabətində tətbiq olunan zəncəfil kökünün faydalı xüsusiyyətləri olduqca çoxdur:
 
☑️ Mübadilə proseslərini sürətləndirir və bunun nəticəsində arıqlamağa kömək edir.
 
☑️ Antibakterial, antiseptik, iltihabəleyhinə təsirə malikdir.
 
☑️ Qanda xolesterinin miqdarını aşağı salır, ateroskleroz zamanı və bu xəstəliyin profilaktikası məqsədi ilə istifadə oluna bilər.
 
☑️ Spazmolitik xüsusiyyəti var. Qadınlarda menstruasiyadan əvvəl və menstruasiya zamanı olan ağrılarla mübarizədə zəncəfil dəmləməsi xalq təbabətində uğurla istifadə olunur.
 
☑️ Ümumilikdə müxtəlif spazmlarla mübarizədə (öd kisəsində, böyrəklərdə, tənəffüs yollarında və s.) zəncəfil çox yaxşı vasitə sayılır.
 
☑️ Həzm prosesini yaxşılaşdırır və stimullaşdırır, qastrit zamanı faydalıdır.
 
☑️ Ürəkbulanmanı aradan qaldırır. Dəniz donanmasında aparılan tədqiqatda zəncəfilin ürəkbulanmaya faydalı təsiri öz təsdiqini tapmışdır.
 
☑️ Qanda qlükoza və insulinin səviyyəsini tarazlaşdırır.
 
☑️ Antioksidant təsirə malikdir, orqanizmi toksin, sərbəst radikal və şlaklardan təmizləyir, cavanlaşdırır və xərçəngdən müdafiə edir.
 
☑️ Orqanizmin tonusunu qaldırır və immuniteti möhkəmləndirir.
 
☑️ Sinir sisteminə də müsbət təsir edir, stress və emosional gərginlik zamanı istifadə olunması faydalıdır.
 
☑️ Qan dövranını yaxşılaşdırır.
 
☑️ Səthi damarları genişləndirir, tərlədici və qızdırmasalıcı effekt verir.
 
☑️ Qanı durulaşdırır. Buna görə də hər hansı bir əməliyyatdan 3-4 gün əvvəl istifadəsi dayandırılmalıdır.
 
☑️ Kosmetologiyada zəncəfil yağı yağlı dəri üçün olan maskalarda və sellülitin müalicəsində istifadə olunur.
Zəncəfildən dəmləmə hazırladıqda 1 stəkan suya 1/2 çay qaşığı zəncəfil tozu və ya 1 çay qaşığı sürtgəcdən keçirilmiş təzə zəncəfil kökü əlavə olunur. Gün ərzində 4 qramdan artıq istifadə etmək olmaz.
 
Əks göstərişlər:
Qastrit, mədə və onikibarmaq bağırsaq xorasının kəskinləşmə dövrü, öddaşı xəstəliyi, qaraciyər iltihabı, qandurulaşdırıcı preparatların qəbulu, 2 yaşdan aşağı uşaqlar.
 Vəfa ABDULƏZİMOVA            
скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem