HERBA FLORA







                                 

 

Fosfat daşlarının yaranma səbəbləri:

 

- Alimentar fosfat normada nazik bağırsaqda esterazalar və fosfotazaların təsirindən parçalanır və onun yuxarı hissəsində kalsium ilə birlikdə sorulur. Çünki həmin hissədə onun yaxşı həll olması üçün zəif turş mühit vardır. Tərkibində yüksək miqdarda fosfor olan qidaların həddən artıq qəbulu (inək südü, balıq, qələvi-mineral sular, qarabaşaq) qanda fosfatların konsentrasiyasını və sidiklə xaric olunmasını artırır.

 

- Hiperparatiroidizm (qalxanvariətraf vəzlərin funksiyasının yüksəlməsi) - sümüklərdən kalsium və fosforun yuyularaq qana gətirilməsi nəticəsində onların qanda miqdarı qalxır. Buna müvafiq olaraq sidik vasitəsilə xaric olmaları da artır.

 

- Hiperkalsiemiya (qanda kalsiumun miqdarının yüksəlməsi) fosfatın reabsorbsiyasını azaldır və fosfaturiyanı (sidiklə xaric olma) artırır.

 

- Vitamin D-nin  normadan artıq verilməsi zamanı bağırsaqlardan kalsium və fosforun sorulması həddən artıq artır, böyrəklərdən reabsorbsiyası azalır. Bu da qanda həmin elementlərin çoxalmasına və sidiklə xaric olmasının artmasına səbəb olur.

 

- Davamlı qusmalar zamanı orqanizmdən mədə möhtəviyyatı ilə su, turşu (HCl) və kalium ionları itirildiyinə görə qanın tərkibi qələviləşməyə meyilli olur (alkaloz). Bu da sidiyin PH-nı qələviləşdirir.

 

- Qızdırma orqanizmi susuzlaşdırır bu da öz növbəsində sidiyin tərkibində mineral kompanentlərin konsentrasiyasının - qatılığının artmasına səbəb olur.

 

- Qidalanmada ət məhsullarından imtina - vegeterian qidalanma və ya vegeterian diyet saxlanması orqanizmin mühitini və sidiyin PH-nı qələviləşdirir.

 

- Ureaza fermenti sayəsində sidik turşususunu parçalayaraq qələvi mühit yaradan- Proteus, Klebsiella, E. Coli, Pseudomonas kimi bakteriyalar sidiyin PH-nı qələviləşdirir.

 

 

Aygün HÜSEYNOVA ,   

həkim-pediatr    

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem