HERBA FLORA







 

Əsasən tropik ölkələrdə yetişdirilən keşyunun vətəni Braziliyadır. Onun meyvələrinin qabığından alınan kaju (kardoyl) yağı tibb və texnika sahəsində istifadə olunur. Müxtəlif yeməklərin hazırlanması zamanı onun armud şəklində olan saplaqları (kaju alması) əlavə edilir. Keşyunun 12 metrə çatan qocaman gövdəsindən yapışqan kamed alınır. Keşyu çox asanlıqla çoxaldılır. Vaxtilə Braziliya ərazisində yaşayan hindu əsirləri olan tikunalar da ondan istifadə etmişlər. Tikuna dilindən “keşyu” sözünün tərcüməsi sarı meyvə deməkdir. Onlar keşyudan təkcə kulinariya məqsədi üçün istifadə etmirdilər.

 

Digər Cənubi Amerika ölkələrində onu müxtəlif adlarla tanımışlar. Məsələn, bitkini Venesuelada merey, Latın Amerikasının digər ispandilli ölkələrində maranon adı ilə tanıyırlar. “Maranon” sözü Braziliyanın şimalında yerləşən Maranyan limanının adından götürülüb. Keşyu ağacı ilk dəfə həmin limanın sakinləri tərəfindən aşkar edilib. Bəzi ölkələrdə ona anakardium da deyilir.


Botaniki təsviri. 
Keşyu 10-12 metr hündürlüyündə qeyri-düzgün budaqlanan gövdəyə malik həmişəyaşıl ağacdır. 4-22 sm uzunluqda olan ellipsvari və ya yumurtavari yarpaqları tam kənarlı və növbəli düzülüşlüdür. Tədricən qırmızı rəngə keçən solğun yaşıl rəngli çiçəkləri 7-15 mm olur. Sumaqkimilər fəsiləsinin nümayəndəsidir. Keşyu meyvəsi əslində bitkinin saplaqlarıdır. Armudşəkilli və ya rombabənzər uzunsovşəkilli saplaqlar 5-11 sm uzunluğunda olur. Botaniklər onu psevdomeyvə adlandırırlar. Keşyunun psevdomeyvəsi suludur, bir qədər büzücü və turşməzə dada malikdir. Lakin bitkinin  əsl meyvəsi psevdomeyvədən sonra gələn hissədir və onu keşyu adlandırırlar. Xarici görünüşünə görə miniatür boksçu əlcəyini xatırladan meyvə xaricdən ikiqat qişa ilə örtülür. Qabığın ən üst hissəsinin tərkibində fenol qətranı mövcuddur. Bir keşyunun çəkisi 1,5 qramdır.


Kimyəvi tərkibi. 
Keşyunun tanninlə zəngin psevdomeyvələri sutka ərzində xarab olur. Ona görə də bir çox ölkələr onun istehsalına maraq göstərmirlər. Keşyu digər quru meyvələrlə müqayisədə nadir hallarda allergiya verir. Tərkibində çoxlu zülal və karbohidratlar, A, B1, B2 vitaminləri, dəmir, sink, fosfor, kalsium, omeqa-3 və doymamış yağ turşuları var. Asiya ölkələrində keşyu adi bir inqrediyent hesab edilir. Keşyudan araxis yağına bənzər yağ əldə edilir. 1 qr keşyu yağının energetik dəyəri badam, araxis və qozun energetik dəyərindən 5,5 kkal aşağıdır, başqa sözlə desək 100 qr keşyu 600 kkal enerji verir.


Yayılması. 
Keşyunun bitdiyi areal o qədər də geniş deyil, təbii arealı Braziliyanın şərqi hesab edilir. Süni yayılma arealı isə Hindistan, Qərbi Afrika və Cənub-Şərqi Asiyadır. Bitki İran və Azərbaycanın cənubunda da yetişdirilir. Hazırda dünyanın mülayim və isti iqlim qurşaqlarına malik 32 ölkəsində onu becərirlər. Keşyunun illik istehsalı 2,7 milyon ton təşkil edir. Dünyada əsas keşyu istehsalçıları Vyetnam, Nigeriya, Hindistan, Braziliya və İndoneziyadır.

 

Tətbiqi. Keşyunun psevdomeyvələrindən cem, jele, kompot və spirtli içkilərin hazırlanmasında istifadə edilir. Keşyudan Latın Amerikası ölkələrində Avropa və Şimali Amerikada portağal şirəsi qədər məşhur olan kajuina içkisi, Hindistanın Hoa ştatında fenni likoru hazırlanır. İstifadədən əvvəl onun üst qabığını təmizləmək və ehtiyatlı olmaq lazımdır. Bitkinin qabığının tərkibində
olan anakardon turşusu və kardol kimi aşılayıcı maddələr dərini qıcıqlandıra bilər. Keşyu istehsalçıları əvvəlcə bitkinin qabığını təmizləyir, sonra isə onun tərkibində olan qətran maddələrinin də buxarlanıb getməsi üçün keşyunu deşirlər. Ona görə də heç vaxt satışda qabıqlı keşyu olmur.


Tibdə tətbiqi. Ayrı-ayrı ölkələrdə bitkiyə müxtəlif məqsədlərlə yanaşırlar. Məsələn, tropik ölkələrin əksəriyyətində termitlərlə mübarizədə, Afrikada tatuaj üçün, Braziliyada afrodiziak və yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri zamanı, Haitidə diş ağrılarına və ziyillərə qarşı, Panamada hipertoniyanın müalicəsində, Peruda antiseptik vasitə kimi istifadə edilir. Alimlər müəyyən etmişlər ki, keşyu diş emalını dağıdan bakteriyaları məhv etmək gücünə malikdir.

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem