HERBA FLORA







 

Qırmızı və bənövşəyi rəngdə olan bütün meyvə-tərəvəzlər antioksidant təsirə malikdir. Çuğundur da xüsusi antioksidant (sərbəst radikalları məhv edən) maddələrlə zəngindir. Bu maddələr qocalma prosesini ləngidir və orqanizmi cavanlaşdırır. Təzə çəkilmiş çuğundur şirəsi bədxassəli şişlərin böyüməsinin qarşısını ala bilir.

 

Tərkibindəki vitamin və mineralları nəzərə alsaq, çuğunduru “enerji mənbəyi” adlandırmaq olar. Bu tərəvəz A, B, C, P vitaminləri, fosfor, dəmir, maqnezium, kalium, sink və kalsium anbarıdır. Çuğundurun yarpaqları da vitamin və mineral baxımından zəngindir.

 

Çuğundur dəmir çatışmazlığı və onun fəsadı olan qanazlığına qarşı çox faydalıdır. Yerkökü suyu ilə bərabər qarışdırılaraq içilən çuğundur suyu qısa müddətdə qırmızı qan hüceyrələrinin səviyyəsini yüksəldir. Qəbizliklə mübarizə aparır, bağırsaqların fəaliyyətini stimullaşdırır və yaxşılaşdırır. 

 

Çuğundur sellüloza (təbii liflər) ilə zəngindir. Sellüloza bağırsaqları orada yığılan ziyanlı maddələrədən təmizləyir. Çuğundurun şirəsi xroniki mədə-bağırsaq xəstəliklərində çox faydalıdır. Yarpağını və özünü bişmiş halda yemək dalaq, böyrək və sidik kisəsi xəstəlikləri üçün münasibdir. Ona bir qədər də xardal və sirkə əlavə etmək daha faydalı effekt verir.

 

Çuğundur yarpağının suyu və özü bəlğəmgətirici xüsusiyyətə malikdir. Yarpağını bişmiş halda dəri üzərinə yaxmaq od yanığı, sızanaq və qızıl yel xəstəliyi üçün, xam yarpağının təpitmə şəklində qoyulması tük tökülməsinə və oynaq ağrılarına qarşı faydalıdır.

 

Çuğundurda miqdarca çox olan minerallardan kalium antiaritmik, maqnezium hipotenziv, yod xolesterin-lipid mübadiləsinə müsbət təsir göstərir. Çoxdan bəri xalq təbabətində çuğunduru işlədici, sidikqovucu, iltihab əleyhinə, ağrıkəsici kimi və sinqa xəstəliyində istifadə edirlər. Uzun sürən yuxusuzluğu aradan qaldırmaq üçün yatmağa bir saat qalmış çuğundur şirəsinə bal qatılıb içilir.

 

Kök şirəsi ilə çuğundur şirəsini qatmaqla “sağlamıq eliksiri” hazırlanır. Bu şirənin tərkibinə həm də kərəviz, alma və xiyar şirəsi əlavə edib daxilə qəbul edərək orqanizmin sağlamlıq vəziyyətini daha da yaxşılaşdırmaq mümkündür. Xalq təbabətində çuğundur şirəsini balla qarışdırıb vərəm və qanazlığında istifadə edirlər.

 

Çuğundur bitkisi qadınların əsl tərəvəzidir. Yarpağını bişirib, sarımsaqlı qatıqla yemək mədə-bağırsaq xəstəliklərinə, dalaq şişməsinə, ağrıların tənzimlənməsinə yaxşı təsir göstərir. Çuğundur kökyumrusu və yarpağının həlimi bəlğəmgətirici, öskürəkəleyhinə, soyuqdəymənin müalicəsinə yaxşı kömək edir. Çuğundur yarpağının təpitməsi çiban, sızanaq, yanıq, oynaq ağırlarına və revmatizm xəstəliyinə müalicəvi təsir göstərir, bu, saçtökülmənin də qarşısını alır.

 

 

İlhamə MƏMMƏDOVA          

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem