HERBA FLORA








Payız mövsümü havaların soyuması, isti havadan birdən-birə soyuq havaya keçid ilə əlaqədar olaraq xroniki xəstəliklərin, xüsusən də allergik xəstəliklərin kəskinləşmə dövrüdür. Soyuq, külək, qurumuş yarpaqların, bitki qalıqlarının havaya qarışması havanın tozluluq dərəcəsini artırır. Allergik rinit, bronxial astma, allergik bronxit, allergik dermatit və s. xəstəliklər bu dövrdə kəskinləşir. Yay fəslindən payız fəslinə keçəndə insan orqanizminin immuniteti zəifləyir.

 

Həmin dövrdə allergik xəstəlikləri olan uşaqlarda proses aktivləşir. Bəzən bu aktivləşmə soyuqdəymə kimi qiymətləndirilərək lazımsız dərmanlar qəbul edilir. Allergik xəstəliklərdən başqa şəkərli diabet, ürək-qan damar, mədə-bağırsaq xəstəlikləri və s. də bu dövrdə kəskinləşən xəstəliklər arasındadır.

 

Payızın gəlişi ilə bağlı olaraq insanların psixologiyasında da müəyyən problemlər yaranır. Bu halı yalnız insanlarda deyil, bütün canlılarda müşahidə etmək mümkündür. Biokimyəvi stress insan psixologiyasında ciddi fəsadlar yaradır: insan psixologiyası onun fiziologiyasına və biokimyasına çox bağlıdır.

 

Qısamüddətli halsızlıq, ruh düşkünlüyü qorxulu depressiya kimi qəbul olunmamalıdır. Bu depressiya qrip kimi bir şeydir. Həkim buna müdaxilə etməsə də, bir aya keçib gedir. Çünki səthi depressiyadır, təbiətdəki bütün canlıların özlərini yeni mövsümə hazırlayarkən keçirdikləri bir durğunluq dövrüdür. Hər canlının yaşadığı bu fiziki və ruhi dəyişikliyi bəzi heyvanlar qış yuxusuna gedərək keçirir.

 

Bu dövrdə orqanizmin müqavimətini artırmaq məqsədilə vitamin-mineral balansını möhkəmləndirmək lazımdır. Bunun üçün meyvə-tərəvəzdən bol istifadə etmək, hər gün təmiz havada ən azı bir saat gəzmək, yüksək əhval-ruhiyyədə olmaq, ev tozlarını nəm əski ilə tez-tez silmək, evin havasını isə tez-tez dəyişdirmək lazımdır.

 

 

Vitamin-mineral balansını və immuniteti artırmaq üçün təbii tərkibli Şəfa vitamini, Nat-Qara zirə və Nat-Sarımsaq kapsullarından istifadə etmək çox faydalıdır.

 

 

İlhamə MƏMMƏDOVA  

həkim-pediatr   

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem