HERBA FLORA







 

Zahiri görkəmi ilə hardasa murdarçanı xatırladan çaytikanı, əsasən çaylaq yerlərdə, çay və göl kənarlarında bitir. Lətli meyvələri ananas tamı verir. Xüsusilə quşlar onun meyvələrini çox sevirlər. At və qoyunlar çaytikanı yarpağı yedikdə onların tükü və yunu parlaq olur. Meyvələrindən jele, kisel, kompot, şirə və mürəbbə hazırlanır. Murdarçaya bənzər çaytikanı yabanı şəkildə Avropanın hər yerində, Qafqazda, Qərbi və Şərqi Asiyada, Monqolustanda, Çində, Pakistanın və Hindistanın tropik rayonlarında yayılmışdır. Rusiyanın Avropa hissəsində, Şimali Qafqazda, Qərbi və Şərqi Sibirdə və Altayda rast gəlinir. İşıqsevən və soyuğadavamlı bitki olan çaytikanı -45°C və ondan da aşağı şaxtaya davamlıdır.

 

Çaytikanı, əsasən bol orqanik maddələr və fosfor olan yumşaq zəminlərdə daha yaxşı yetişir, nəm yerlərdə bitki məhv olur. Çaytikanının soyuğa davamlı olması bitkinin daha çox şimal regionlarında yetişməsinə imkan verir. Onun meyvə və yağının şəfaverici xüsusiyyəti aşkar olunduqdan sonra plantasiyalarda yetişdirilməyə başlandı.


Botaniki təsviri

Çoxgövdəli, yarpağını tökən koldur, budaqları seyrək və bir-birindən aralı yerləşir. Hündürlüyü, adətən 1-3 metrə çatır və bəzən də 3-6 m-dən 15 m-ə kimi uzanır. Cavan gümüşü rəngli budaqları aşağı sallanmışdır; çoxillik ağac olub tünd-qonur və qara rəngli qabıqla örtülmüşdür. Qabıqlı budaqları çoxlu uzun tikanlarla əhatə olunub. Budaqlar müxtəlif ölçüdə dairəvi, piramidaşəkilli və yaxud şaxəli çətir əmələ gətirir. Çaytikanının meyvəsi giləmeyvəyə oxşayır. Sentyabr-oktyabr aylarında yetişir. Meyvə saplağı möhkəm olduğu üçün yetişmiş meyvələri qış fəslindən yazın əvvəlinə – mart-aprel ayına kimi ağacda qala bilir.

 

Meyvələri bir toxumludur, qızılı-sarı və ya çəhrayı-qırmızı rəngdə olur, dadı turşməzədir. Çaytikanı aprel-may aylarında çiçəkləyir. Xırda, ətirli və sarı çiçəkləri olur. Sarımtıl-narıncı və qırmızı rəngdə, əsasən girdə, oval və uzunsov formada, 0,5-1 sm uzunluğunda və 0,3-0,5 sm enində şirəli meyvəsi olur. Dadı şirin, turş, acıtəhər-turş, turşməzə və ananas ətirli olur. Toxumu tünd qəhvəyi və parlaqdır.


Kimyəvi tərkibi

Çaytikanı meyvəsi polivitaminlərlə zəngindir; Onun tərkibində A, E və B1, B2, B3, B6, C, E, K vitaminləri, meyvələrində 3-6 faizə qədər qlükoza və fruktoza, təbii turşular – alma, albalı və s., aşı maddələri, sarı boyayıcı kversetin maddəsi, piyli yağlar var. Yarpaq və budaqlarında hippofain alkaloidi, vitamin C və 10 aşı maddəsi, qabığında isə 3%-ə kimi piyli yağlar mövcuddur.


Farmakoloji təsiri

Tərkibindəki bioloji aktiv maddələr dəri yanıqları zamanı kimyəvi amil rolu oynayır. Çaytikanı yağının tərkibindəki sterin maddəsi yaranın sağalmasını sürətləndirir. Müəyyən olunmuşdur ki, çaytikanı yağı antibakterial təsirə malikdir, preparat qızılı stafilokokların, eşerixiyaların, protozoyların və hemolitik streptokokların inkişafına mane olur. Tərkibindəki tokoferol maddəsi sayəsində qaraciyərin lipid – maddələr mübadiləsinə təsir edir, lipidlərin hüceyrə membranında oksidləşmə-reduksiya proseslərinə təsir edərək bioloji membranı kimyəvi amillərin təsirindən qoruyur. Çaytikanı aterosklerotik proseslərə də təsir edir, qanda xolesterinin, β-lipoproteinlərin və ümumi lipidlərin səviyyəsinin azalmasına səbəb olur. Çaytikanının həmin təsiri tərkibindəki bioloji aktiv maddə olan linolin və linolein turşusu, A və E vitamini, fosfolipidlər və bitki sterinləri ilə əlaqədardır.


Tibdə tətbiqi

Çaytikanı yağı yanıqlarda, trofik yaralarda və ölü dəri epitelizasiyasında, yataq yarası xəstəliklərində, irinli yaraların təmizlənməsi proseduralarında tez sağalmaq üçün tətbiq olunur. Ginekologiyada uşaqlıq boynunun eroziyası, digər iltihabi xəstəliklər zamanı istifadə olunur. Göz yanıqlarında terapevtik effektivliyə malikdir. Regenerativ tərkibinə görə oftalmologiyada ondan gözün buynuz qişasının müalicəsi zamanı çaytikanı yağından istifadə edərək buynuz qişanın infiltirat dərəcəsi aşağı salınır. Çaytikanı yağı mədənin və onikibarmaq bağırsağın xorası zamanı yüksək effekt verir və mədə turşusunun tərkibi dəyişmir.


Əks göstəriş

Çaytikanı yağından kəskin xolesistit, hepatit, pankreatit və digər mədəaltı vəzi xəstəliklərində, ishala meyillik zamanı istifadə etmək qadağandır. Meyvələrdən mədəaltı vəz və öd kisəsinin kəskin xəstəlikləri zamanı istifadə etmək olmaz. Hiperasid qastritdə mədə şirəsinin sekresiyasını artırdığına görə çaytikanı yağının istifadəsi əks göstərişdir.


 Reseptlər 


Yaxşı yetişmiş meyvələr suyun içinə qoyularaq zəif ocaqda 20 dəqiqə bişirilir, əzilir, süzgəcdən keçirilir, öz çəkisi qədər şəkər tozu əlavə edilir, ağzı bağlı qabda saxlanır, jele şəklində yeyilir. Onun qəbulu yorğunluq və ümumi halsızlıq zamanı faydalıdır.

 

Fitooil Çaytikanı yağı kamfora yağı ilə qarışdırıldıqdan sonra sinə və kürək nahiyəsi ovulur, isti yorğan-döşəkdə uzanılır.

 

Yarım stəkan Fitooil Çaytikanı yağı 2 xörək qaşığı kamfora yağı ilə möhkəm qarışdırılır və axşamlar içilir. Çətin sağalan öskürək zamanı və hətta ağır xəstəlikdən sonra qalan öskürək zamanı tətbiq edilir.


Kulinariyada tətbiqi
500 qr südlə, 4-5 xörək qaşığı çaytikanı ləti mikserlə qarışdırılır, şəkər tozu qatılır, iri qədəhlərdə süfrəyə verilir. 3 stəkan çaytikanı ləti, 50 qr bal, 1/2 stəkan nanə dəmləməsi və 1 stəkan su qarışdırılaraq soyuducuda 2 saat saxlandıqdan sonra süfrəyə verilir.


Billurə ƏHMƏDOVA    

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem