HERBA FLORA







Demodeks, başqa sözlə desək, kirpik gənələri – göz qapağı kənarlarının nəzərə çarpacaq dərəcədə qalınlaşması və qızartısı, ağır hallarda isə həm də kirpiklərin tökülməsi ilə gedən parazitar xəstəlikdir. Gənə ilə zədələnmiş kirpik qığırdağı nahiyyəsində göz konyuktivası iltihablaşmış və kövrək olur. Konyuktivanın altında yerləşən meybom vəzilərinin axacaqları tutulduğundan onlar genişlənmiş şəkildə görünür.

 

Ağır, uzun müddət müalicə tələb edən həmin xəstəliyi tük follikullarında parazitlik edən vəzili gənələr – Demodeks follikulorum törədir. Onun müalicəsi 3-5 ay müddətində çox diqqətlə və kompleks şəkildə aparılanda öz səmərəsini verir. Bəzən xəstələr yanlış olaraq başqa xəstəlik adı altında müalicə alaraq uzun illər sağalmadan gəzirlər.

 

Demodeks gənələrini aşkar etmək üçün sadə laborator üsuldan istifadə edilir. Məsələn, gözlərdə sulanma, qaşınma, uzun müddət kirpiklərin tökülməsi ilə müalicə alan xəstələr üzünü 12 saatdan az olmayan müddətdə yumadan kirpiklərindən labarotoriyada analiz verirlər. Kirpiyə mikroskop altında baxılaraq xəstəliyin mövcud olub-olmaması aşkarlanır.

 

Kiprik gənələri – demodeksdən əziyyət çəkənlərin əsas şikayəti göz qapaqlarının davamlı olaraq qaşınmasıdır. Gənələr kirpik follikullarına daxil olduğu üçün iltihabi proses əvvəlcə onların ətrafında lokallaşır. Eyni zamanda kirpiklər arasında kəpəklənmiş epitel hüceyrələr toplanmağa başlayır və xəstələrin kirpik dibində qabıqlanma ilə əlaqədar şikayətinə səbəb olur.

 

Demodeks təkcə kirpikləri deyil, qaşlar, üz dərisi və büküş nahiyələrini də zədələyir. Xəstəlik uzun müddət davam edəndə demoks sinə və kürəyin dərisinə də yayılır.

 

Demodeks keçici xəstəlikdir və çox geniş yayılıb. Heyvan və insan orqanizmində parazitlik edən demodeks onlardan qida ehtiyatı kimi istifadə edir. Ona yalnız kirpikdə deyil, orqanizmin digər nahiyələrində rast gələndə də müalicəsi tam dəqiq və daim nəzarət altında aparılmalıdır. Demodeks tapılan xəstələrdə müalicə ilə yanaşı profilaktik tədbirlər də çox əhəmiyyətli məsələdir.

 

Demodeksin yoluxması məişət təması nəticəsində baş verir, xəstələr daha çox əl-üz dəsmallarından, həmçinin gözəllik salonlarında kosmetik vasitələrin və fırçaların təkrar istifadəsi nəticəsində yoluxurlar.

Demodekoz xəstəliyinə immun sistemi zəif olan, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkən, sinir-psixi sarsıntılara və stress situasiyalarına məruz qalanlarda, həmçinin müxtəlif vannalardan və solyariumdan tez-tez istifadə edənlərdə daha çox rast gəlinir.

 

Demodeksə yoluxmamaq üçün xəstələrə tük yastıqların sintifonla əvəzlənməsi, ev şəraitində gigiyenik qaydalara düzgün əməl olunması, gündə iki dəfə üz dərisinin antiseptik sabunla yuyulması, üzün və gözlərin gündə 4-5 dəfə Teasept və Teazol çaylarının dəmləməsi ilə silinməsi məsləhət görülür.

 

 

 

Güləbətin MUSTAFAYEVA,   

həkim-oftalmoloq    

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem