HERBA FLORA









Hal-hazırda dəniz mövsümüylə əlaqədar olaraq qadınlarda disvaginoz, xüsusən də kandidoz kimi uşaqlıqlıq yolu problemləri artıb.

Qaşınma, göynəmə, uşaqlıq yolundan ifrazatın gəlməsi (kandidoz zamanı kəsmiyəbənzər ifrazat) disvaginoz əlamətləridir. Belə narahatlıqların aradan qaldırılması üçün Profemin çayı həm daxilə qəbul, həm də yuyunma şəklində istifadə olunur.

Disvaginoz – uşaqlıq yolunun normal mikrob balansının pozulmasıdır. Normada uşaqlıq yolunda saprofit laktobakteriyalar – Döderleyn çöpləri olur ki, bunlar uşaqlıq yolunun normal mikroflorasını təşkil edir. Həmin laktobakteriyalar xəstəliktörədən mikrofloranın inkişafının qarşısını alır. Antibiotiklərin çox miqdarda nəzarətsiz qəbulu, çirkli su ilə yuyunma, stress və xəstəliklər zamanı immun müqavimətin aşağı düşməsi nəticəsində mikroflora məhv olur, uşaqlıq yolunda göbələklər (kandidoz), stafilokoklar və s. mikroblar çoxalır.

PROFEMİN ÇAYININ İSTİFADƏ OLUNDUĞU DİGƏR HALLAR
- Vulvit – uşaqlıq yolu dəhlizinin iltihabı
- Kolpit – uşaqlıq yolunun iltihabı
- Servisit – uşaqlıq boynunun iltihabı 
- Polimenoreya – aybaşı günlərinin sayının artması
- Hipermenoreya – aybaşı qanının miqdarının artması
- Alqomenoreya – ağrılı aybaşı
- Fibromioma – uşaqlıq əzələsinin xoşxassəli şiş xəstəliyi.

ƏLAMƏTLƏR
Vulvit:
- qaşınma
- göynəmə
- ağrı
- şişkinlik
- selikli qişanın zədələnməsi.

Kolpit və Servisit:
- ağrı
- yanğı
- qaşınma
- göynəmə
- ifrazatın gəlməsi
- şişkinlik
- hiperemiya (qızartı) 
- bəzi hallarda eroziyalar.

Fibromioma zamanı uşaqlıq əzələsinin normal yığılması pozulduğuna görə aybaşı dövründə və aybaşıdankənar qanaxmalar baş verir.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem