HERBA FLORA







 

Pomidorun tərkibində su, şəkər, üzvü turşular, pektin, sellüloza, piy maddəsi, karotin, həmçinin fitonsid, ferment maddələri, A, C, B1, B2, B3, B6, B9, H, E, PP vitaminləri, makro- və mikroelementləri –  xüsusilə də dəmir, kobalt, sink, kalium, manqan duzları və s. aşkar edilmişdir. Yaxın illərdəki tədqiqatlar pomidorun xərçəng hüceyrələrinin inkişafını dayandırması məlum olmuşdur.  Profilaktik vasitə kimi pomidor xərçəng xəstəliyindən qorunmaq üçün müsbət rol oynaya bilər. Alimlər belə bir nəticəyə gəlmişlər ki, pomidora parlaq-qırmızı rəng verən likopen piqmenti bağırsaqlarda, qida borusunda, mədə və ağ ciyərlərdə, prostat vəzində olan xərçəng hüceyrələrinin inkişafını dayandırmaq qabiliyyətinə malikdir.

 

O, xərçəngin orqanizmdə törətdiyi zərərli təsirləri aradan qaldıraraq sərbəst radikalları zərərsizləşdirir. Likopen piqmenti ən çox xərçəng xəstəliyinə tutulmuş qadınlara müsbət təsir göstərir. Belə ki, β-karotin A vitamininin sələfi hesab edilir. O, antioksidant fəallığına görə A vitaminindən 2 dəfə güclüdür. Likopen piqmenti ancaq yağda həll olur. Pomidoru ən çox bitki yağı, qaymaq və yaxud yağ təbiətli qida məhsulları ilə yedikdə yaxşı effekt verir. Müalicəvi xüsusiyyətlərinə görə birinci yeri qırmızı pomidor, ikinci yeri isə tomat şirəsi və konservləşdirilmiş tomat tutur. Nəzərə almaq lazımdır ki, likopen açıq sahələrdə əkilmiş tünd qırmızı rəngli pomidorda çox olur.

 

Yaşıl pomidorun tərkibi kalium elementi ilə zəngin olmasına baxmayaraq onda, demək olar ki, likopen maddəsi yoxdur. Yapon alimləri hesablamışlar ki, orqanizmin likopenə qarşı olan tələbatını təmin etmək üçün 400 q təzə pomidor, yaxud 2 stəkan təzə tomat şirəsi və yaxud da 3 xörək qaşığı tomat pastası qəbul edilməlidir. Tərkibindəki vitaminlərin azalmasına baxmayaraq, bişmiş pomidorda likopenin miqdarı daha çox olur. İsrail həkimləri sübut etmişlər ki, likopen nəinki profilaktik rol oynayır, ondan xərçəngin müalicəsində müvəffəqiyyətlə istifadə etmək olar.

 

Likopen həm də beynin işini yaxşılaşdırır. Bu antioksidantın sutkalıq miqdarını əldə etmək üçün 0.5 kq pomidor yemək kifayətdir. Pomidor şirəsi mədə şirəsinin ifrazına təsir göstərir, ürəyin işini yaxşılaşdırır. Pomidorun tərkibində limon və alma turşusu maddələr mübadiləsi və iştahanın artırılması üçün faydalıdır.

 

Pomidorun kalorisi azdır. Belə ki, hər 100 qramında 22 kkal enerji var.

Pomidor kosmetik vasitə kimi də köməyə gəlir. Belə ki, bu tərəvəz dərinin cavanlaşmasında mühüm rol oynayır. İsti emal olunduqda belə, pomidor faydalı xüsusiyyətlərini itirmir, yəni pomidoru hazırladığınız tomat, ketçup, konserv halında da rahat-rahat yeyə bilərsiniz.

 

İlhamə MƏMMƏDOVA      

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem