HERBA FLORA







 

Ürəyin ritm pozulmaları arasında ən çox rast gəlinən ekstrasistoliya - ürək əzələsinin heterotrop oyanması və vaxtından əvvəl yığılması ilə xarakterizə olunur. Təxminən hər 10 xəstədən 6-da müşahidə olunan ekstrasistoliyanın rastgəlmə tezliyi 50 yaşdan sonra 90 faizə çatır. Əslində sağlam ürək də sutka ərzində 200 dəfə növbədənkənar yığıla bilər. Həmin vəziyyət əsasən sağlam halda stress zamanı, siqaret, alkoqol, tünd çay və ya qəhvə qəbul edəndə baş verir və funksional xarakter daşıyır. Bəzən də vegetativ və psixoemosional pozulmalar zamanı və ağır fiziki yüklənmə nəticəsində yaranır.

 

Əgər ekstrasistoliya ürəyin üzvi xəstəlikləri, xüsusən də miokardit, ürəyin işemik xəstəliyi, klapanlarda qüsur, kardiomiopatiya fonunda inkişaf edirsə, adətən patoloji olur. Ürək əzələsinə toksiki təsir göstərən ürəkdənkənar xəstəliklər – allergik reaksiyalar, infeksiya, intoksikasiya, tireotoksikoz, zəhərlənmə və şiş prosesləri də ekstrasistoliyaya səbəb olur.

 

Əlamətlər

Ekstrasistoliya çox vaxt özünü heç bir əlamətlə büruzə vermir, onun simptomları orqanizmin xüsusiyyət və xəstəliyin formasından asılıdır. Bir çox xəstələr heç bir narahatlıq hiss etmir və ritm pozulması təsadüfən EKQ müayinəsində aşkar olunur. Lakin patologiyanı çox ağır keçirən xəstələr də var. Adətən ekstrasistoliya bərk ürək vurğusu, ürəyin dayanmaq hissi və ya qısa dayanmadan sonra vurğuların kəskin şəkildə bərpa olunması kimi üzə çıxır. Ekstrasistolalar ürək nahiyəsində ağrı ilə yanaşı bəzi vegetativ və nevroloji simptomlar – dərinin solğunluğu, həyəcan, qorxu hissi, hava çatışmazlığı hissiyyatı və tərbasma ilə müşayiət olunur.

 

Oyanma ocağının yerləşməsindən asılı olaraq ekstrasistolalar qulaqcıq, atrioventrikulyar (qulaqcıq-mədəcik), mədəcik və sinus düyünündə əmələ gələn sinus taxikardiyası qruplarına bölünür.

 

Oyanma ocaqlarına görə isə bir neçə forma ayırd edilir:

- monotrop ekstrasistolalar – bir oyanma ocağı və kardioqrammda stabil interval;

- politrop ekstrasistolalar – bir neçə oyanma ocağı və müxtəlif intervallar;

- dayanıqsız paroksizmal taxikardiya – bir-birinin ardınca gələn bir neçə ekstrasistola.

 

Diaqnostika

Ekstrasistoliya diaqnozu kardioloq və ya terapevt tərəfindən xəstənin şikayətləri, əsasən də hər hansı bir ürək xəstəliyi zamanı elektrokardiqrafiya və ehtiyac olarsa sutkalıq EKQ-monitorlaşması  əsasında qoyulur.

 

Müalicə

Müalicə metodları ekstrasistoliyanın səbəbi, forması və ağırlıq dərəcəsindən asılı olaraq dəyişir. Ekstrasistoliya narahatlıq və aşkar simptomlar vermirsə onu müalicə etməyə ehtiyac yoxdur. Ekstrasistoliya xəstədə narahatlıq yaradanda ilk növbədə sedativ preparatlar və antidepressantlar təyin olunur.

Trankvilizatorların təsirindən ekstrasistoliya tam keçə və ya xəstə onu hiss etməyəcək dərəcədə azala bilər.

Aritmiya zamanı xəstəni ağır fiziki yüklənmə, kəskin dönmə və aşağı əyilməkdən çəkindirmək lazımdır. Tez-tez və kiçik porsiyalarla qidalanmaq, xüsusən axşam saatlarında çox yeməkdən çəkinmək lazımdır, çünki mədənin dolması ürək ritminin pozulmasına səbəb olur. Qazlı içkilər, meteorizmə və qəbizliyə səbəb olan məhsullar qida rasionundan çıxarılmalıdır.

 

Ekstrasistoliya zamanı qanda kaliumun səviyyəsi nəzarətdə saxlanılmalıdır, çünki kaliumun aşağı konsentrasiyası zamanı ən güclü antiaritmik preparatlar da səmərəsiz olur. Onu mütəmadi olaraq quru meyvələr, xüsusən də qaysı, kişmiş, qara gavalı qurusu, banan və alma yeməklə, bəzən də dərman preparatları ilə qaydaya salmaq olar.

 

Aritmiya tutması zamanı xəstə sakitləşməli, rahat vəziyyətdə oturmalı, başgicəllənməsi varsa uzanmalı, yaxası açılmalı, tənəffüsünü çətinləşdirən geyim çıxarılmalı, təmiz hava axını yaradılmalıdır. Stress vəziyyəti ilə əlaqədar baş verən ürəkdöyünməni aradan qaldırmaq üçün sedativ preparatlar və ya sakitləşdirici bitki dəmləmələri qəbul olunmalıdır.

 

Ekstrasistoliya residivləşən gedişə malikdir. Lakin ekstrasistola əksər hallarda xəstənin iş qabiliyyətini azaltmasa da, aritmiyanın başqa növləri ilə ağırlaşa bilir.

 

 

 RESEPTLƏR 

Aritmiya zamanı

1 xörək qaşığı qurudulmuş pişikotu kökləri 1 stəkan qaynar suda 1 saat dəmlənir, gündə 3 dəfə 1 xörək qaşığı qəbul edilir.

 

2 filtr-bağlama Sedativ çay yarım stəkan suda dəmlənir, gündə 2-3 dəfə, hər dəfə yarım stəkan içilir. Qəbul müddəti 1 aydır.

 

1-2 kapsuldan gündə 3 dəfə Nat- Sedativ kapsulu qəbul edilir. Qəbul müddəti minimum 1 aydır.

 

Kəskin ağrılar zamanı

Bəzi hallarda ekstrasistolik tutma ağrı ilə müşayiət olunur. Göyçiçək dəmləməsi ağrını aradan qaldırmaq üçün ən yaxşı vasitələrdən biri hesab olunur. Onu hazırlamaq üçün 1 çay qaşığı quru çiçəklər üzərinə 1 stəkan qaynar su tökülür, ağzı bağlı qabda 1 saat dəmlənəndən sonra gündə 3 dəfə yeməkdən 20 dəqiqə əvvəl içilir.

 

Normal ürək ritmi üçün

Ekstrasistoliya zamanı ürək ritminin pozulduğuna görə ritmi bərpa edən bitkilər onu aradan qaldırmağa kömək edir.  2 xörək qaşığı gülümbahar çiçəyi 2 stəkan suda 2 saat dəmlənir, gündə 4 dəfə yarım stəkan içilir.

 

Tonuslandırıcı vasitə

Yemişan, xüsusən də onun cövhəri ürək əzələsi üçün ən yaxşı tonuslandırıcı vasitədir və ekstrasistoliya zamanı yüksəlmiş arterial təzyiqi aşağı salaraq sakitləşdirici təsir göstərir. Cövhəri hazırlamaq üçün 10 qram meyvə 100 qram 40 faizli spirtdə və qaranlıq yerdə 10 gün saxlanır. Süzülmüş yemişan cövhəri gündə üç dəfə 10 damcıdan çox olmamaq şərtilə qəbul olunur. Dozalanmadan artıq qəbulu əks effektə səbəb ola bilər.

 

Ekstrasistoliya əleyhinə

Ağ turpun təzə sıxılmış şirəsi yarıbayarı balla qarışdırılır, soyuducuya və ya sərin yerə qoyulur. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı yeyiləndə ürək əzələsinin işini yaxşılaşdırır və vurğuların sayını stabilləşdirir. Bala və ya turpa qarşı allergiyası olanların reseptdən istifadə etməsi məsləhət görülmür.

 

 

Esmira ZEYNALOVA,       

həkim-terapevt        

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem