HERBA FLORA







Havanın yüksək hərarəti bəzən orqanizmdə müəyyən fəsadlara, o cümlədən istivurmaya səbəb olur. İstivurma orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi, tər ifrazının kəsilməsi və huşun itməsi ilə müşayiət olunan xəstəlikdir. Günvurma isə istivurmanın xüsusi forması olub günəş şüasının birbaşa baş nahiyəsinə düşməsi nəticəsində yaranır. 

İstivurmaya daha çox hərarəti çox yüksək olan istehsalatlarda, həmçinin dəridən istiliyin xaric olması pozulan hallarda rast gəlinir. İstivurmaya şərait yaradan hallar arasında ağır fiziki iş, hava keçirməyən paltarlar, rütubətin çox olması və havanın durğunluğu əsas yer tutur. İstivurmanın ilkin əlamətləri oyanıqlıq, güclü baş ağrısı, ürəkbulanma və qusma halları ola bilər. Xəstənin vəziyyəti ağırlaşdıqca bədən hərarətinin yüksəlməsi, dərinin solğunlaşması, tər ifrazının tam kəsilməsi, qusma, dərinin isti və quru olması, bəzən də qulaq batması və huşun itməsi kimi qorxulu əlamətlər yaranır.
İstivurmanın ağırlıq dərəcəsi təkcə ətraf mühitin temperaturundan deyil, istiliyin orqanizmə təsir müddətindən də asılıdır. Uzun müddət 40 dərəcə hərarətdə qaldıqda da həmin hal baş verə bilər. İstivurmanın klinik şəkli beyin qan dövranının kəskin pozulmasını xatırladır. Yüngül formalı xəstədə adinamiya (hərəkətsizlik), baş ağrıları, ürəkbulanma, tənəffüsün tezləşməsi, ürəkdöyünmə baş verir. Xəstə üçün maksimal komfortlu şərait yaratdıqda hipertermiya əlamətləri tez ötüb keçir.

İstivurma zamanı İLK YARDIM
Zərərçəkənə yardım göstərmək üçün ilk növbədə onu sərin otağa və ya kölgəlik yerə yerləşdirmək, yerə və ya çarpayıya uzatmaq, ona çoxlu maye içirmək lazımdır. Yaxşı olar ki, ona qlükoza-duz məhlulu verilsin. Bunun üçün hərəsindən yarım çay qaşığı xörək duzu və çay sodası, 2 xörək qaşığı şəkər tozu 1 litr qaynanmış suda həll edilir. Xəstənin dərisini buz parçaları ilə silmək və ya soyuq su ilə yumaq məsləhətdir. İstilikvurma əlamətləri görünən kimi başa, sinəyə və qarına soyuq islatmalar qoymaq, alnına və gicgahalrına nanə və ya lavanda cövhəri sürtmək lazımdır. İlk 2-3 saat ərzində fizioloji məhlul vurulmalıdır. Tənəffüsün pozulması hallarında buruna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırılmalıdır. Pişikotu dəmləməsi və ya pişikotu cövhəri də xəstəyə müsbət təsir göstərir.
  
Esmira ZEYNALOVA    
Həkim-terapevt    
скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem