HERBA FLORA







 

Əsas həyat mənbələrindən biri olan Günəş orqanizmində gedən bir çox proseslərə müsbət təsir edir, lakin günəş şüalarına qarşı allergiyası olanlar da var. Günəş dermatiti və ya fotodermatit aktinik dermatitin növlərindən sayılır, dərinin günəş şüalarına qarşı allergik-iltihabi reaksiyasıdır. Xəstəliyin ağırlıq dərəcəsi günəşin intensivliyindən başqa həm də orqanizmin fərdi reaktivliyindən asılıdır. Daha çox anamnezində kontakt dermatiti, pollinoz, allergik rinit kimi xəstəliklər və irsi meyilli xəstələrdə müşahidə olunur, dərinin qızarması, ödemləşməsi və məxmərək tipli səpgilərlə özünü göstərir. Xəstəlik tez-tez residivləşə, xroniki hal ala və ya ekzemaya çevrilə bilər.

 

Səbəblər

Günəş şüaları öz-özlüyündə allergen olmasa da, dərinin ultrabənövşəyi şüalanmaya həssaslığını artıran fotosensibilizatorların təsiri nəticəsində dermatit inkişaf edir. Ultrabənövşəyi şüaların təsiri nəticəsində həmin maddələrdən sərbəst radikallar əmələ gəlir və orqanizmdə olan zülallarla reaksiyaya girərək antigen tipli yeni birləşmələrin sintezinə səbəb olur. Allergenlər isə allergik reaksiyanın bütün mexanizmlərini işə salır.

Fotosensibilizatorların xarakterindən asılı olaraq günəş dermatitinin xarici və daxili səbəbləri var. Xarici səbəblərə dəri ilə təmasda olan sensibilizatorlar, məsələn, məişətdə istifadə olunan kimyəvi maddələr, xüsusən də yuyucu vasitələr, dəriyə çəkilən dərman preparatları, kosmetik vasitələr, o cümlədən təraşdan sonra istifadə olunan losyonların tərkibində olan muskus, sabunda olan benzokain, günəşdən qoruyucu kremlərdə olan benzofenonlar aid edilir. Metabolik xəstəliklər zamanı orqanizmdə toplanan maddələr, uzunmüddətli dərman müalicəsi, ifrazat orqanlarının xəstəlikləri – xroniki hepatit, qaraciyər sirrozu, xroniki qəbizlik və böyrək çatışmazlığı zamanı xaric olmayan mübadilə məhsulları isə fotodermatitin daxili səbəbləridir.

 

Simptomlar

Hətta çox qısa vaxtda günəş şüaları ilə təmas zamanı dəridə I dərəcəli yanığı xatırladan qızarma və ödem yaranır, xəstəni güclü qaşınma və yanma hissi narahat edir. Daha sonra qızarmış nahiyələrdə çoxlu xırda səpgilər əmələ gəlir və həmin dəyişiklik dərinin günəşlə kontaktı olmayan hissələrinə də yayılır. Adətən 2-3 həftəyə sağalır, lakin ultrabənövşəyi şüalarla təkrar təmas onların yenidən əmələ gəlməsinə səbəb olur. Adekvat müalicə tədbirlərinin olmaması və fotosensibilizatorun aradan qaldırılmaması xəstəliyin xronikləşməsinə aparıb çıxarır və özünü dəri şəklinin güclənməsi, dərinin infiltrasiyası və quruması, piqmentasiyanın artması və damar ulduzcuqlarının yaranması ilə büruzə verir.

 

Diaqnostika

Anamnezdə fotosensibilizasiyanın aşkar olunması və səpgilərin dermatoskopiyası ilkin diaqnostika zamanı çox vacibdir. Fotoallergenlərlə qoyulan applikasion sınaqlar vasitəsilə antigenin növü təyin edilir. Endogen səbəblərin aşkar olunması isə qanın və sidiyin biokimyəvi müayinələri, hormonların təyini və USM vasitəsilə aparılır.

 

Müalicə

Müalicənin əsasını xəstənin günəş şüaları ilə kontaktını aradan qaldırmaq təşkil etsə də, iltihab əleyhinə, kortikosretoid, antihistamin preparatlar və B qrupu vitaminləri tətbiq olunur.

 

 

 

RESEPTLƏR

Yulaf vannası

500 qram yulaf yarması (herkules) qaynar suda dəmlənir, yarma şişdikdən sonra 36 dərəcədə qızdırılmış su ilə doldurulan vannaya əlavə edilir və həmin vannada yarım saat oturulur.

Şirələrlə müalcə

  • Kərəvizin kökü ətçəkən maşından keçirilir, şirəsi sıxılır və gündə 3 dəfə 1 xörək qaşığı qəbul edilir.
  • Təzə sıxılmış alma şirəsi dərinin səpgili nahiyələrinə çəkilir.
  • Ağ turpun şirəsi vazelinlə qarışdırılır və gündə 2 dəfə zədəli nahiyələrə çəkilir.

Ətirşah dəmləməsi

2 xörək qaşığı xırdalanmış ətirşah yarpaqları 2 stəkan qaynar suda dəmlənir, yara nahiyələrinə islatma edilir.

 

Düyü nişastası

Hərəsindən 1 xörək qaşığı düyü nişastası və qliserin qarışdırılır, gündə 2 dəfə zədəli nahiyələrə sürtülür.

 

Küknar vannası

Küknar və ya şam iynələri yığılır, üzərinə qaynar su əlavə edilərək 2 dəqiqə qaynadılır, ağzı örtülərək dəmlənir. İlıq su ilə doldurulan vannaya əlavə olunur  və 20 dəqiqə vanna qəbul edilir.

 

Təpitmə

  • Atpıtrağı və ya kələm yarpağının əzilərək zədə nahiyəsinə təpitmə edilməsi qaşınma və şişkinliyi aradan qaldırır.
  • Kartof yuyulur, qabıqlı şəkildə ətçəkən maşından keçirilir, alınan kütlə ilə gündə 2 dəfə təpitmə qoyulur.

 

Fitooil Zəyərək yağı

Dərinin zədəli nahiyələrinə gündə 2 dəfə Fitooil Zəyərək yağı çəkilir.

 

Yasəmən sıyığı

Yasəmən çiçəkləri yığılır, ətçəkən maşından keçirilir və alınan sıyığabənzər kütlə ilə zədəli nahiyəyə təpitmə qoyulur.

 

Aloe şirəsi

Aloe yarpağı bıçaqla uzununa yarı bölünür və dərinin dermatitli hissələrinə çəkilir.

 

Teader çayı

2 filtr-bağlama Teader çayı 1 stəkan suda dəmlənir, gündə 3 dəfə daxilə qəbul edilir və ya islatma şəklində istifadə olunur.

 

Bitki vannası

Bərabər miqdarda adaçayı, yatıqqanqal, dəmrovotu, dazıotu, pişikotu kökü və aptek çobanyastığı çiçəkləri qarışdırılır, dəmlənərək vanna qəbul edilir.

 

Gicitkən dəmləməsi

1 xörək qaşığı qurudulmuş və ya 2 xörək qaşığı təzə gicitkən yarpaqları 1 stəkan qaynar suda dəmlənərək gün ərzində 2-3 dəfəyə içilir.

 

Esmira ZEYNALOVA,  

həkim-terapevt   

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem