HERBA FLORA







 

İpoxondriya sözü yunancadan tərcümədə qabırğa mənası verir. Qədim yunanlar xəstəliklərin ocağının məhz bədənin həmin nahiyəsində yerləşdiyini düşünürdülər. Müasir dövrdə isə ipoxondriyanı üzgünlük və melanxoliya ilə əlaqələndirirlər. Terminin müasir tibbi anlamı qədim anlayışa daha çox uyğun gəlir.

 

İpoxondriya artıq dərəcədə əsassız narahatlıq halıdır və xəstədə şəfasızlığı barədə fikirlər yaradır. Müstəqil xəstəlik olmasa da, bir çox psixi pozulmaların əlaməti kimi meydana çıxır.

İpoxondriyanın səbəbləri

Rus fizioloqu İ.P.Pavlov hesab edirdi ki, ipoxondriya baş beyin qabığının funksional aktivliyinin pozulması ilə əlaqədar baş verir. Rus psixiatrı Qilyarovski yazırdı: “Bu hal daxili orqanlardan gələn siqnalların mərkəzi sinir sistemi tərəfindən qəbul olunmasıdır və normal halda onlar dəf olunmalı və şüura çatmamalıdır.”

Xəstəliyin yaranmasına keçmişdə zorakılığa məruz qalma, uşaq vaxtı keçirilmiş ciddi xəstəlik, hiss və duyğularını ifadə edə bilməmək, ailədə ipoxondriyalı üzvün olması və xəstənin həmin halı uşaqlıqda müşahidə etməsi, daimi fiziki yüklənmə və sinir krizləri kimi hallar təkan verir.

 

Psixi xəstəliklərin müasir təsnifatında sayrışan ipoxondriya anlayışı yer alır. Onun əsas əlamətləri xəstənin sağlamlığına görə həyəcan keçirməsi, daim bədəninə “qulaq verərək” orqanizmdə gedən prosesləri analiz etməyə çalışmasıdır. Xəstə həddən artıq narahat olduğunu anlasa da, onu üzən sayrışan fikirlərdən xilas ola bilmir. Həmin hal çox vaxt hansısa tibbi reklamı izləyəndən, tibbi ədəbiyyat oxuyandan və həkimin düşünmədən səsləndirdiyi fikirdən sonra yaranır. Bəzən xəstəlikləri yeni öyrənməyə başlayan tibbi təhsil alan tələbələrdə də onu müşahidə etmək olur. Xarici faktorların təsirindən əlavə narahat xarakterin olması, yəni psixasteniya da ipoxondriyanın yaranmasına şərait yaradır.

 

Bəzən elə olur ki, xəstə ən kiçik fiziki diskomforta və ya qüsura çox ciddi reaksiya verir və ideal sağlamlığa nail olmaq üçün ağlasığmaz dərəcədə səy göstərir. Bu halda söhbət yüksək dəyər ipoxondriyasından gedir. Belələri çox zaman özlərinin tərtib etdiyi xüsusi pəhrizlərə əməl edir və ya sağlamlığını yaxşılaşdırmaq üçün fiziki hərəkətlər kompleksləri düşünür. Onlar özlərini xəstə hesab etməsələr də, həkimlər müalicədən imtina edəndə onları məhkəməyə verə bilərlər.

 

Sayıqlama ipoxondriyası isə xərçəng və ya QİÇS kimi ağır və müalicəyə tabe olmayan xəstəliyin olmasına əminlik halıdır. Həkimin xəstəni qorxulu patologiya olmadığına inandırmaq cəhdləri yalan kimi dəyərləndirilir. Həkimlər əməliyyata girməkdən imtina edəndə xəstə xəstəliyin müalicəsiz olduğu qənaətinə gəlir. İpoxondriyanın həmin növündə hallüsinasiyalar və sayqılamalar olur, adətən şizofreniya, bəzən də dərin depressiyanı müşayiət edir.

 

Müayinə

İlk növbədə terapevtə müraciət edərək laborator analizlərdən, ehtiyac olarsa USM və rentgen kimi instrumental müayinələrdən keçərək cismani xəstəliyin olub-olmadığını müəyyənləşdirmək lazımdır.

Daxili orqanlarda patologiya aşkar olunmayanda və xəstənin narahatlığı azalmayanda psixoterapevtə müraciət etmək lazım gəlir. Həkimə müraciəti gecikdirmək olmaz, çünki fiziki xəstəlik olmasa da, ipoxondriya, xüsusən də depressiya ilə müşayiət olunduqda ağır nəticələrə səbəb ola bilər. Xəstə özünün sağalmaz xəstəliyinə düçar olduğuna inanaraq intihar edə bilər. Ona görə də müalicənin tez başlanılması lazımdır.

 

Müalicə

Nevrotik pozulma və psixopatiyanın müalicəsində trankvilizatorlar, yumşaq neyroleptiklər, depressiyalar zamanı antidepressantlar, şizofreniyada isə daha güclü neyroleptiklərdən istifadə olunur. Xəstələrə psixoterapiya seansları yardım edir.

 

Dərman bitkiləri ilə müalicə

Müalicədə pişikotu, bədrənc otu, mayasarmaşığı qozaları kimi bitkilərdən istifadə olunur. Ümumi möhkəmləndirici vasitələrdən daha çox itburnu və aloe tətbiq olunur.

 

 

       Reseptlər 

  • 2 çay qaşığı damotu 1 stəkan qaynar suda dəmlənir, soyuyandan sonra hər dəfə yeməkdən 20 dəqiqə əvvəl 2 xörək qaşığı qəbul edilir.

 

  • 1 çay qaşığı pişikotu köklərinə 1 stəkan qaynar su əlavə olunur, soyudulur və yatmazdan 1-2 saat əvvəl içilir.

 

  • Depressiv vəziyyətlərdə psixo-fizioloji prosesləri stimulyasiya etmək üçün jenşen və ya Çin limonu cövhərləri qəbul edilir.

 

  • Hərəsindən 1 çay qaşığı ağcaqayın yarpaqları, ağcaqayın tumurcuqları və lavanda yarpaqları 2 stəkan suda dəmlənir və gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir.

 

  • Orqanzimi tonuslandırmaq və möhkəmləndirmək üçün exinaseya, eleuterokok və rodiola bitkilərindən, bal, arı südü və çiçək tozu kimi təbii immunostimulyatorlardan da istifadə olunur.

 

  • Gündə 3 dəfə 2 filtr-bağlama İmmunotea çayı 1 stəkan qaynar suda dəmlənir və yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir.

 

  • Qaraqınıq otu, eleuterokok kökü, göyümçiçək, yulaf və bağayarpağı bərabər miqdarda qarışdırılır, qarışıqdan 1 çay qaşığı 1 stəkan qaynar suda dəmlənir. Səhər və günorta yeməkdən əvvəl yarım stəkan qəbul edilir. Müalicə müddəti 2-3 həftədir.

 

Esmira ZEYNALOVA,     

həkim-terapevt        

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem