HERBA FLORA







 

Ödem (şişkinlik) – hüceyrəarası mayeyə həddən artıq qan plazmasının və ya transsudatın toplanmasıdır. Böyük ehtimalla hər kəs ödem problemi ilə nə vaxtsa üzləşir, lakin onun hər hansı bir xəstəliklə əlaqəli olduğunu bilmir...

 

 

 

 

   Ödemin əmələ gəlməsinin müxtəlif səbəbləri var:

  • Damar keçiriciliyinin artması;
  • Qanda zülalların və elektrolitlərin azalması nəticəsində osmotik təzyiqin azalması və mayenin damarlarda axınının ləngiməsi. Böyrəklərin zədələnməsi üçün xarakretik olan həmin hal zamanı zülallar sidiyin tərkibinə keçir, nəticədə qanda zülalların miqdarı azalır. Bu hal həm də zülal sintezi pozulduqda və aclıq zamanı qaraciyərdə meydana çıxa bilər.
  • Venaların klapanlarının işi pozulduqda – venoz qan lazımi sürətlə və lazımi miqdarda ürəyə doğru hərəkət edə bilmədikdə qan damarın mənfəzində yığılıb qalır, onun tərkibindəki maye damardan ətrafa çıxır. Ödemin həmin forması, əsasən aşağı ətrafların varikoz genişlənməsi zamanı müşahidə edilir, çünki venoz qanın aşağıdan ürəyə doğru qalxması daha çətinləşir.

 

  • Limfatik ödem - limfanın iltihab zonasına güclü axını ya limfa damarlarının zədələnməsi, ya da onların kənar edilməsi zamanı meydana çıxır, nəticədə limfa dövranı pozulur (limfa dövranı bütün toxumalarda formalaşır və əsasən hüceyrəarası mayedən ibarət olur və orqanizmi mübadilə məhsullarından təmizləyərək müdafiə funksiyası yerinə yetirir). Travmalar, infeksiyalar və soyuqdəymə zamanı ən çox məhz limfatik ödemlərə rast gəlinir. Sellülit zamanı da məhz toxumalarda limfanın toplanması müşahidə olunur.

 

  • Neyrogen ödem-sinir liflərinin zədələnməsi zamanı damarlar damar divarının keçiriciliyinin artıb-azalması barədə zədələnmiş sinirlərdən qeyri-düzgün məlumat alır.

 

  • Soyuqdəymə, allergiya və ya travmalar zamanı toxumalarda toplanan osmotik-aktiv maddələr damar mənfəzindən mayeni sorur. Travma zamanı isə ödem nəinki zədələnmə simptomu kimi əmələ gəlir, həm də kompensator xarakter daşıyır. Maye damarlardan çıxarkən, kapilyar və hüceyrə arasındakı məsafəni artırır, nəticədə hüceyrələrə gələn oksigenin miqdarını azaldaraq toxumalarda mübadilə proseslərinin sürətini azaldır, yerli reaksiyaların inkişafının qarşını alır, nəticədə hüceyrələrin məhvinə və toxumaların nekrozuna səbəb olur.

     Uzunmüddətli ödem zamanı oksigen aclığı özü-özlüyündə toxumalarda geridönməyən dağıdıcı proseslər əmələ gətirir.

  • Ürək fəaliyyətinin pozulması – qanın damarlara vurulma sürəti zəiflədikdə toxumalarda qan durğunluğu yaranır və plazmanın artığı damarın mənfəzindən kənara çıxır və ödem əmələ gətirir.
  • Xəstəliyin nəticəsi olaraq əmələ gələn ödem.

 

Ödemlər əmələ gəlmə mexanizmlərinə görə fərqləndikləri kimi, lokalizasiyasına görə də fərqlənirlər.

 

Ödemin növünə və digər əlamətlərə görə onun hansı orqanın patologiyası ilə əlaqədar meydana çıxmasını müəyyən etmək olar.

 

Böyrək patalogiyaları ilə əlaqədar ödemlər, əsasən üzdə əmələ gəlir. Dərinin rəngi solğun olur, bir qayda olaraq onları əllə basdıqda iz qalır. Səhərlər əmələ gəlir və axşama kimi itir.

 

Ürək mənşəli ödemlər ayaqlarda ağrı hissi, ağırlıq hissi, aşağı ətraf venalarının şişməsi, ayaqların qızarması ilə müşayiət olunur. Gün ərzində əmələ gəlir və getdikcə artır.

 

Qaraciyərlə bağlı ödemlər özünü qarın boşluğunda mayenin toplanması ilə (assit) göstərir və qarının ön divarının ödemi əmələ gəlir.

 

Limfostaz bədənin bütün hissələrində, ən çox ətraflarda əmələ gəlir. Əllədikdə digər ödemlərdən şişkinliyin itməməsi ilə fərqlənir.

 

Oynaqlarda ödem revmatizm və ya artritlər zamanı əmələ gələ bilər.

 

Allergik ödemlər yerli olur, dərinin və ya selikli qişaların allergenlə kontaktı zamanı əmələ gəlir. Bütün orqanizm prosesə qoşularsa proses generalizə olunur. Buna ən yaxşı misal Kvinke ödemidir. Bu zaman üzdə, dodaqlarda və boyunda ödem əmələ gəlir, asfiksiyaya və boğulmaya gətirib çıxarır.

Allergik ödemlər səpgilərlə müşayiət oluna bilər. Allergiya zamanı histamin və serotonin ifraz olunur və onlar kapillyarların keçiriciliyini artırır, ödemin əmələ gəlməsinə səbəb olur.

 

Xarici ödemlərdən başqa daxili orqanlarda da ödemlər müşahidə oluna bilər.

 

Ağciyər ödemi daxili ödemlərin ən geniş yayılmış formasıdır və boğulma nəticəsində ölüm riski çox yüksək olur. Ağciyərlərdə maye ağır ürək-damar sistemi patalogiyalarında, ağır pnevmoniyalar və bronxitlər, travmalar zamanı yığıla bilər. Bu zaman selikli bəlğəm ifraz olunur, tənəffüs xırıltılı olur, nəfəsvermə çətinləşir.

 

Ödem həmişə patalogiya əlaməti olmur və sağlam olanlarda da meydana çıxa bilər. Ona hündür ayaqqabı geyən qadınlarda, çoxlu miqdarda su qəbul etdikdən sonra göz ətrafında, ağlayanda gözlərin ətrafında əmələ gələn ödemləri və s. misal göstərmək olar.

 

Hamiləlik zamanı əmələ gələn ödemlər xüsusi bir hal olub norma və patologiya arasında aralıq mövqe tutur. Onun əmələ gəlməsinin bir neçə mexanizmi var. Onlar hamilə qadının orqanizmində su-duz balansının pozulması, genişlənən uşaqlığın divarındakı venoz damarların və limfa damarlarının sıxılması və s. nəticəsində əmələ gələ bilər.

 

   

    MƏSLƏHƏTLƏR:

  • Müxtəlif mənşəli və müxtəlif lokalizasiyalı ödemlər zamanı mütləq həkimə müraciət etmək lazımdır.
  • Ürək, böyrək və qaraciyər ödemləri zamanı sidikqovucu, böyrəklərin filtrasiyasını yaxşılaşdırmaq məqəsdiylə UROTEA çayı və RENOKAPS şərbəti istifadə olunması məsləhətdir.
  • Allergik reaksiyalar zamanı əmələ gələn ödemlərdə antihistamin preparatlarla yanaşı TEADER çayının istifadəsi effektlidir.
  • Artrit və artrozlar zamanı isə iltihab əleyhinə və xondroprotektor preparatlarla yanaşı TEARTROZ çayının istifadəsi daha səmərəli təsir göstərir.

   Unutmaq olmaz ki, ödem sərbəst xəstəlik deyil və hansısa xəstəliyin inkişafı zamanı əmələ gəlir və ona görə də ödemin qarşısını almaq üçün əsas xəstəliyi müalicə etmək lazımdır.

  

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem