HERBA FLORA







 

 

Müasir dövrümüzdə peyvənd adi bir prosedur kimi başa düşülür. Valideynlər lazımsız bir iş hesab edərək uşaqlarını peyvənd etdirmək istəmirlər. Lakin peyvənd bu dərəcədə laqeyd yanaşılacaq bir prosedur deyildir. Əsrlər boyu insanların kütləvi ölümünə səbəb olan, qarşısının alınmasında aciz qalınan xəstəliklərin aradan qaldırılması məhz bu lazımsız hesab etdiyimiz peyvəndlər sayəsində mümkün olmuşdur.

 

Pandemiyalara, epidemiyalara səbəb olan xəstəliklər bu günümüzdə pevəndlərin sayəsində yox edilib. Tarixdə bütöv bir şəhərin, kəndin əhalisinin məhvinə səbəb olan mikrob epidemiyaları olmuşdur. Bu səbəbdən də insanlar həmin mikroblarla mübarizə aparmaq üçün peyvəndlər kəşf etmişlər.

 

Peyvəndin tarixi çox qədimdir. İlk peyvəndin kəşfi 1796-cı ildə, Eduard Cenner adlı ingilis alimi tərəfindən olub. O, inək çiçəyinə qarşı peyvənd hazırlamış və bunu “vaksin” adlandırmışdır. Çiçək xəstəliyi əsrlər boyu kütləvi insan qırğınına səbəb olmuşdur. Bu peyvəndin sayəsində artıq həmin xəstəlik yox edilib. 1870-ci ildə isə Lui Paster ilk canlı vaksin (toyuq vəbası vaksini) hazırlamışdır. İlk kəşf olunan dövrdə peyvəndlərin tətbiqi və nəticədə kütləvi xəstəliklərin qarşısının sürətlə alınması insanlıq üçün ən böyük hədiyyə olmuşdur.

 

Təəssüf ki, müasir dövrümüzdə insanlar peyvəndi düzgün qiymətləndirmirlər. Bəzi qrup insanların peyvənd haqqında əsassız yaydıqları söhbətlərə inanaraq uşaqları bu əvəzsiz qoruyucudan məhrum edirlər. Kütləvi ölümlərə səbəb olan xəstəliklərə indiki dövrdə peyvəndlər sayəsində tək-tək halda rast gəlinir. Ancaq bu, həmin xəstəliklərin tam yox olması demək deyil. Kütləvi peyvəndlərə nəzarət olunmazsa, yenidən epidemiyaların yaranmasına səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı daim bu təhlükənin qarşısını almaq üçün çalışır, peyvəndlərin düzgün, vaxtı-vaxtında aparılmasına nəzarət edir.

 

Bəzən səhv olaraq bir çox valideyn uşaqlarını peyvənd etdirmir, bunu mikrobların orqanizmə yeridilməsi kimi qiymətləndirirlər. Lakin peyvənd spesifik mikrobların xəstəlik törədə bilməyəcək dərəcədə zəiflədilmiş ştamlarıdır ki, bunlara qarşı orqanizm (silah) müdafiə faktorları hazırlayır.

 

Silahlanmış orqanizm mikrobla qarşılaşdıqda ona qarşı mübarizəyə hazır olur. Sağlam orqanizmə bu qoruyucuların eyni zamanda bir neçəsinin daxil olmasının heç bir zərəri yoxdur. Orqanizm eyni vaxtda bir neçə mikroba qarşı müdafiə hüceyrələri (anticisimlər) hazırlaya bilir. Mentalitetimizə uyğun olaraq yeni doğulmuş körpələrin çölə çıxarılması, insanlarla çox kontaktda olmasına icazə verilmir. Bəzən bu, 40 gün davam edir, ancaq düzgün yanaşma deyil. Çünki yeni doğulmuş uşaq orqanizmi nə qədər müxtəlif mikrob ştamları ilə kontaktda olarsa, bir o qədər çox anticism istehsal edər.

 

Birinci dəfə orqanizmə daxil olan mikroba qarşı immun sistemin müdafiə hüceyrələri, eyni zamanda təkrar daxil ola biləcək mikrobu tanımaq üçün də yaddaş hüceyrələri sintez olunur. Bu yaddaş hüceyrələri illər sonra da oqanizmə daxil olan mikrobu tanıyır və ona qarşı anticism hazırlayır. Peyvənd orqanizmdə məhz bu yaddaş hüceyrələrinin əmələ gətirilməsi işini görür.

 

Peyvəndə qarşı nadir hallarda orqanizmdə baş verə biləcək hər hansı bir allergik və ya yerli dəyişikliklərdən qorxaraq etdirməmək olmaz. 1 və ya 2 gün davam edə biləcək cüzi narahatlıq - temperatur yüksəkliyi, halsızlıq, yerli ağrı, yuxu pozğunluğu üçün uşağın ölümünə və ya şikəst olmasına səbəb ola biləcək xəstəliyə qarşı  qoruyucu peyvənddən imtina etmək  olmaz. Peyvənd sağlam gələcəyin qarantıdır. Əziz analar, gəlin, övladlarımızı yolxucu xəstəliklərdən peyvəndlər vasitəsi ilə qoruyaq!

 

İlhamə MƏMMƏDOVA     

həkim-pediatr      

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem