HERBA FLORA







 

Qədim Yunan mədəniyyəti dövründə kərəvizin aşkar olunması onun qədim bitki olduğunu, Samos adasında aprılan qazıntılar isə ondan qida kimi istifadə edildiyini sübut edir.

Homerin məşhur “İliada” və “Odisseya” əsərlərində də kərəviz haqında məlumatlar var. "İliada" əsərində atların Troya yaxınlığında yabanı kərəvizlə otlamasından, "Odisseya"da isə Kalipsonun mağarasının yaxınlığında yabanı kərəvizin bitməsindən bəhs edilir. 

Hazırda dünya ölkələrinin mətbəxində kərəviz yarpaqları və kökyumrusu bir sıra xörək, marinad, turşu və şorabaların hazırlanmasında istifadə edilir.

 

İki və ya çoxillik bitkidir. Birinci il uzun saplı rozet yarpaqları 30-40 sm-ə qədər uzanır, ikinci il yarpaqların ortasından inkişaf edən gövdəsi 1 mertə qədər ölçüyə çatır, ucları haçalanır və üzərində toxumlar əmələ gəlir. Üçlü yarpaqcıqlardan ibarət, kənarları dərin dişli, tünd yaşıl rəgli rozet və alt yarpaqları uzun saplağı ilə gövdəyə birləşir. Çiçəkləri 3-6 mm böyüklüyündə, ürəkşəkilli, ağ və ya sarımtıl-ağ rəngdə olur. 10-15 çiçək çətircik, 8-16 çətircik birləşib çətir əmələ gətirir. Toxum meyvələri 1-2 mm böyüklükdə tünd qəhvəyi rəngli, parlaq, özünəməxsus ətirli və yastı quruluşdadır. İkinci il bitkinin yan köklərindən 10-20 sm və daha böyük ölçüdə üzəri sarımtıl-ağ, içərisi ağ rəngli kökyumrusu əmələ gəlir.

 

Tərkibi

Kərəvizin yarpaq və köklərinin tərkibində aminturşular: aspargin, tirozin, karotin, nikotin turşusu, efir yağları, B qrupu, A, E, K, C vitaminləri, kalium, fosfor, kalsium, manqan, maqnezium, sink, dəmir, natrium kimi mikro və makro elementlər var.

 

Tibdə tətbiqi

Kərəviz antiallergik, işlədici və antiseptik təsir göstərir, orqanizmi tonuslandırır, həzmi normallaşdırır, iştahanı artırır. Tərkibindəki C vitamini qan dövranını tənzimləyir və sidikqovucu təsir göstərərək qan təzyiqini normallaşdırır, ödemləri aradan qaldırır. Dəmir və B qrupu vitaminləri qanda hemoqlobinin səviyyəsini artırır, mikro və makro elementlər immun sistemi, kalsium və maqnezium dayaq-hərəkət sistemini möhkəmləndirir.

 

Kərəvizin tərkibindəki androsteron kişilərdə ikincili cinsi əlamətləri və potensiyanı artırır. E vitamini cinsi hüceyrələrin fəaliyyətini yaxşılaşdırır, sidik-cinsiyyət sistemində, xüsusilə prostat vəzdə iltihabi proseslərin qarşısını alır və sidikqovucu təsir göstərir.

 

Maddələr mübadiləsini yaxşılaşdırır, bağırsaqların peristaltikasını artıraraq qəbizliyin qarşısını alır, toksin və şlakların orqanizmdən xaric olmasını sürətləndirir. Tərkibində olan efir yağları mədə şirəsini artıraraq həzmi və işatahanı tənzimləyir.

 

Kərəviz yarpaqları və kökləri hipo və oliqomenoreya, yəni aybaşı günlərinin və xaric olan qanın azlığı zamanı müsbət nəticə verir. Tərkibində olan apiol maddəsi uşaqlığın daxili qişası olan endometriyanın soyulmasını sürətləndirir, aybaşı qanını artırır. Alqomenoreya - ağrılı aybaşı zamanı kərəviz toxumları spazmı aradan qaldıraraq ağrıkəsici təsir göstərir, kritik günlərdə qadınlarda ağrı və süstlük kimi halları aradan qaldırır, əhvali-ruhiyyəni yaxşılaşdırır.

 

Kərəviz tərkibindəki vitamin və minerallar sayəsində dəri, dırnaqlar və saçların vəziyyətini yaxşılaşdırır. Onu çox yedikdə damarların divarı möhkəmlənir, venaların varikoz genişlənməsi ehtimalı azalır.

 

Tərkibində xora əleyhinə təsir göstərən U vitamininin olması qastrit, mədə və onikibarmaq bağırsaq xorasının sağalmasını sürətləndirir.

 

Qidalanmada kərəvizdən çox istifadə edilməsi zülaların orqanizmə sorulmasını yaxşılaşdırr, infeksion xəstəliklərə qarşı müqaviməti artırır, sinir sistemini möhkəmləndirir, ürək-damar patologiyalarının və aterosklerozun qarşısını alır.

 

Kərəviz yarpaqlarının tərkibində olan və bitkiyə özünəməxsus ətir və dad verən ftalid maddəsi əzələləri və damarları genişləndirərək qan dövranını yaxşılaşdırır. Həmin maddə stress hormonu olan katexolaminlərin sintezini azaldaraq damar daralmasının qarşısını alır və qan təzyiqini azaldır.

 

Artıq çəkidən əziyyət çəkənlərin qidalanmasında kərəviz əvəzedilməz qidadır. Kərəviz olduqca az – 100 qramı 16 kaloriyə malik olduğuna görə onun həzmi zamanı qəbul olunandan çox enerji sərf edilir. Dərialtı piylərin parçalanmasını sürətləndirir və antisellülit təsir göstərir.

 

Bitkidən alınan efir yağları tibdə çox faydalı vasitədir. Özünəməxsus kəskin iyi olan efir yağı güclü sidikqovucu kimi böyrək və sidikçıxarıcı yolların xəstəliklərində, orqanizmdən toksiki maddələrin xaric olunmasını sürətləndirmək, sakitləşdirici, tonuslandırıcı məqsədlə artrit, revmatizm və sellülit kimi xəstəliklərdə masaj kimi istifadə edilir.

 

  • SOS!

Uşaqlıq əzələsinin yığılması və endometriyanın soyulmasını artırdığına görə hamiləliyin ilk ayları və uşaqlıq qanaxmalarında istifadə edilməsi məsləhət deyil. Kərəviz qəbul edilməsi körpələrdə mədə-bağırsaq sistemində qazların əmələ gəlməsinə və narahtlığa səbəb olur. Güclü sidikqovucu xüsusiyyətinə görə böyrək daşını tərpədə və sancılara səbəb ola bilər. Mədə şirəsini artırdığına görə hiperasid qastritdən əziyyət çəkənlərin, damarları genişləndirdiyinə görə isə tromboflebitli xəstələrin kərəvizdən istifadəni azaltması və ya rasiondan çıxarması məsləhətdir.

 

 

      RESEPTLƏR  

  • 1 çay qaşığı quru kərəviz yarpaqları üzərinə 1 stəkan qaynar su əlavə edilərək 9 saat dəmlənir. Qadınlarda klimaks zamanı gündə 4 dəfə 1 xörək qaşığı qəbul edilir. Müalicə kursu 27 gündür.

 

  • Bir dəstə kərəviz yarpaqları saplağı ilə birlikdə şirəçəkən maşından keçirilərək şirəsi çıxarılır, kiçik qurtumlarla gündə 3 dəfə yeməkdən 1 saat əvvəl qəbul edilir.

 

  • 30-40 qram xırdalanmış kərəviz kökləri üzərinə 1 litr qaynar su əlavə edilərək 8 saat dəmlənir, süzülür. Qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyində gündə 3 dəfə 1 stəkan qəbul edilir.

 

  • 50 qram xırdalanmış kərəviz kökləri üzərinə 1 stəkan qaynar su əlavə edilərək 2 dəqiqə qaynadılır, soyudulur, süzülür. Sonsuzluq və aybaşı pozulmalarında gündə 3-4 dəfə qəbul edilir.                                                    

 

     KULİNARİYA RESEPTLƏRİ

 

   Qatıqlı kərəvəz şorbası

2 ədəd kərəviz kökü, yuyulur, soyulur, sürtgəcin iri gözündən keçirilir. 1 xörək qaşığı zeytun yağı əlavə edilərək bir qədər qovrulur, 10 stəkan su və 1 çay qaşığı duz əlavə edilir, yumşalana qədər qaynadılır. 2 ədəd limon 1 stəkan qatıq və 3 xörək qaşığı un çalınır, qarışdıra-qarışdıra qaynayan şorbaya əlavə edilir, 3-5 dəqiqə bişirilir. Süfrəyə isti və ya soyuq halda verilir.

 

   Toyuqlu kərəviz salatı

3 stəkan süzmə qatıq, 2 diş sarımsaq, duz, istiot və 1/2 çay qaşığı kərəviz toxumları qarışdırılır. 1 ədəd kərəviz kökü, yarım ədəd yaşıl alma sürtgəcdən keçirilir və 200 qram bişmiş toyuq əti didilir, bütün inqridiyentlər qarışdırılır. Salatın üzərinə əzilmiş qırmızı bibər və zeytun yağı əlavə edilərək süfrəyə verilir.

 

     

Aygün HÜSEYNOVA        

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem