HERBA FLORA







 

İşi kompüterlə olan və bütün gününü hərəkətsiz olaraq kompüter qarşısında keçirən hər kəsin ağlına gələn ilk sual bu olur: görəsən bu vəziyyət göz yorğunluğuna səbəb olurmu və gözlərə başqa mənfi təsiri varmı?

 

Normalda kompüterdə iş gözləri yormur. Lakin monitora uzun müddət baxan insanlar gözlərini daha az qırpırlar. Aparılan araşdırmalar göstərib ki, normal vəziyyətlə müqayisədə kompüter arxasında işləyərkən gözlər normadan 3 dəfə az qırpılır.

 

Göz qırpma hərəkəti gözlərin nəm qalmasını təmin etdiyindən kompüterə baxmaq gözlərə quruluq hissiyyatı verir ki, bu da göz yorğunluğuna səbəb olur.

 

 

Bəzi tövsiyələrə əməl edərək göz yorğunluğunu azalda bilər, onlara davamlı əməl etdikdə isə bu problemdən tamamən qurtulmaq olar.

 

      1. Qısa fasilə verərək gözlərinizi dincəldin;

 

      2. Gözlərinizi davamlı olaraq bir neçə dəfə qırpın;

 

      3. Başınızı sabit tutaraq gözlərinizlə sağ və sol çiyninizə baxmağa çalışın;

 

      4. Yenə başınızı sabit tutaraq gözlərinizlə aşağı, yuxarı baxma hərəkəti icra edin. Kompüterdən uzaqda yerləşən əşyalara baxaraq göz yorğunluğunu azaltmaq olar;

 

      5. 2 filtr-bağlama Teasept çayını qaynar suda dəmləyib filtr-bağlamaları çıxararaq gözlərə qoymaq və 15 dəqiqə saxlamaq göz yorğunluğunu azaldır;

 

      6. Uzun sürəcək kompüter işindən əvvəl və sonra lubrikant, yəni süni göz yaşı damcılarından istifadə etmək faydalıdır.

 

 

      Gözləriniz dünyaya açılan pəncərədir, onlara yaxşı baxın!

 

 

             İmanova Nübar       

Həkim-oftalmoloq       

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem