HERBA FLORA







 

Kefir Qafqaz xalqlarının daima istifadə etdiyi fermentasiya olunmuş yəni mayalanmış süddür, inək, qoyun və keçi südündən hazırlanır. Turşməzə dada malikdir. Tərkibində bakteriyaların (faydalı) sayı süddəkindən artıq olduğuna görə orqanizm üçün daha çox xeyri var.

 

 Herentoloqlar Qafqaz xalqlarının uzunömürlüyünün səbəblərindən birini də bu regionda yetişən meyvələrin tərkibində probiotiklərin çox olmasında görürlər. Kefir isə bütünlüklə probiotik, mineral və vitamin mənbəyidir. 

 

Hazırlanma qaydası

Kefirin mayasını ondan istifadə edənlərdən əldə etmək olar. Maya ağ rəngdə partlamış qarğıdalı dənələrinə və ya gül kələminə bənzəyən göbələkdir, 0,5 litr qaynadılmış südə təxminən 1 çay qaşığı kefir mayası kifayət edər. Əvvəlcə təbii süd qaynadılır sonra soyudulur kefir dənələri südə qarışdırılır, otaq tempraturunda 1 gün saxladıqdan sonra kefir dənələri süzülür, alınan kefir 1 sutka ərzində içilir. Kefirin dəmir süzgəcdən süzülməsi onun keyfiyyətini aşağı salır. Bir müddət sonra kefir göbələyi çoxalaraq böyüyəndə onu bölüb paylamaq olar. İstifadə edilməyən kefir dənələrini süddən süzüb soyuducuda, 1 stəkan içməli suda saxlamaq olar. 10 gün saxladıqdan sonra  suyu dəyişilir

 

 

Hər gün 0,5 litr kefir içildikdə...

Kefirin dadının xoşagələn olması üçün onun içərisinə təzə şüyud vəya xiyar qarışdırıb içmək olar. Kefir yaşından aslı olmayaraq hamı üçün faydalıdır. Onun tərkibində B qrup vitaminləri, K vitamini, biotin (H vitamini) faydalı mikroorqanizmlər, minerallar, protein və antioksidantlar var.

 

Sağlam bağırsaqlarda 1-1.5 kq mikroorqanizm yaşayır, 500 növdən ibarət və 100 trilyona qədər bakteriya bağısaq mikroflorası və immun sistemini təşkil edir. Bağırsaq mikroflorasını qoruyub balansda saxlamaq üçün probiotiklərə ehtiyac var.

 

 

Kefirlə qatığın fərqi

Qatıq kimi kefir də südün mayalanmasından alınır və dad etibarı ilə ona bənzəyir. Lakin qatıq probiotik istehsalına yardım edən mühiti yaradır, kefir isə probiotikin özüdür. Qatığın çox yeyilməsi mədə divarını qıcıqlandırır, kefir isə orqanizmdə hətta mədə xəstəliklərinin törədicisi olan helkobakter pylorini müalicə edir.

 

 

Hansı hallarda Qafqaz kefiri qəbul edilməlidir?

  • Uzun müddət antibiotik qəbulundan sonra bağırsaq disbakteriozu;   
  • Ödemlərdə;
  • Qəbizlikdə; 
  • İmmunitetin zəifləməsi zamanı;
  • Qastrit və mədə bağırsaq xoralarında;
  • İmmunstimulyator kimi infeksion xəstəliklərdə;
  • Qanda xolesterin səviyyəsi yüksək olanda;       
  • Xərçəngin profilaktikasında;                        
  • Tərkibində A vitamini olduğuna görə göz xəstəliklərində;    
  • Tərkibində kalsium olduğu üçün osteoporozda;                     
  • Qaraciyər xəstəliklərində;        
  • Ekzemalar zamanı dəriyə sürtmə şəklində;
  • Üzdə sızanaqlar olduqda;
  • Dəri göbələyində;
  • Ağciyər infeksiyalarında.

 

     Kefir həm də pəhriz saxlayanlar üçün ideal vasitələrdəndir.

 

 

100 ml Qafqaz kefirinin tərkibində 0,04-0,12 mq A vitamini, 0,1 mq B1 vitamini (tiamin), 0,15-0,3 mq B2 vitamini (riboflabin), 0,02-0,06 mq karotionidlər, 1 mq PP vitamini (niasin), 0,1mq B6 vitamini (piridoksin), 0,5 mq B12 Vitamini (kobalamin), 120 mq kalsium, 0,1-0,2 mq dəmir, 0,006 mq yod, 0,4 mq sink, süddən 20 faiz artıq fol turşusu, laktobakteriyalar, mayayabənzər mikroorqanizmlər, spirt, orqanizmə faydalı olan çoxlu miqdarda fermentlər, turşu, asan həzm olunan zülal və yarımsaxaridlər var. Onu da qeyd edək ki, kefir nə qədər yağlı olsa, onun tərkibində olan fol turşusu və dəmirin miqdarı bir o qədər çox olur.

 

 

KOSMETOLOGİYA

Kefir yağlı, quru, normal, həssas dəri tipləri üçün üçün cavanlaşdırıcı, ağardıcı, qidalandırıcı və nəmləndirici maskaların hazırlanmasında istifadə olunur.

 

 

Zümrüd RƏHİMOVA,    

həkim-terapevt     

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem