HERBA FLORA







 

 

Ana südü körpənin böyüməsi və inkişafı üçün lazım olan bütün maddələrlə zəngindir. Hətta müasir dövrdə onun tərkibinin usağın inkişaf etaplarına uyğun olaraq hər ay dəyişdiyi məlum olmuşdur. 

 

Ana südünün ortalama enerji dəyəri 60-80 kkal/100 ml-dir. Doğuşdan sonrakı ilk günlər yaranan ana südü enerji dəyərindən ziyadə İgA ilə zəngin olmağına görə əhəmiyyətlidir. Bu da uşağı ananın doğuş yollarının xəstəliktörədən  mikroblarına yoluxmadan qoruyur. Uşağın 5-6 günlüyündə südün tərkibi əvvəlkindən fərqlənməyə başlayır.

 

Doğuş yollarından keçərkən uşağın dərisi, ağız boşluğu, həzm və tənəffüs sistemi  bakteriya yağışına məruz qalır. Ana südü İgA ilə yanaşı lizosim, makrofaqlar, polimorf nüvəli leykositlər, T və B limfositləri, laktoferrin hesabına körpəni müdafiə edir. Lizosim antibakterial təsir edərək mikrobları parçalayır. Laktoferrin sərbəst dəmirin sorulmasını artıraraq bakteriyaların çoxalmasının qarşısını alır. Bundan əlavə, ana südündə bifidum çoxalma faktoru olan oliqosaxaridlər də var. Bunlar bakteriyaların epitel toxumasına yapışmasını və toxumalara keçməsini əngəlləyir. Ana südündə olan laktoza bağırsaqlardan kalsiumun sorulmasını asanlaşdırır və laktobasil floranın inkişafına səbəb olur. Laktobasil flora uşağın mədə-bağırsaq sistemini mühafizə edir. Bu, orqanizmin illərlə formalaşan müdafiə sistemidir.

 

Uşaq orqanizmi bizim ona kənardan zərərli müdaxilələrimiz olmasa, əvəzsiz nemət olan ana südü ilə qidalandırılsa, hər bir zərərli mikroba qarşı mübarizə gücü ilə doğulur. Buna görə də yeni doğulmuş körpənin ilk gündən ana südü ilə qidalanması çox vacibdir. Ana südünün ifrazı zəif olan analara gündə 2-3 dəfə Tealakton çayının dəmləməsini içməyi tövsiyə edirəm.

 

Hazırda doğum evlərində süni qida qarışımlarının verilməsinə qarşı Səhiyyə Nazirliyi tərəfindən etirazlar bildirilir. Gələcəkdə daha da ciddi tədbirlər görüləcəyinə ümid edirik.

 

 

İlhamə MƏMMƏDOVA,   

həkim-pediatr    

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem