HERBA FLORA







 

Uşaqlarda kəskin bağırsaq infeksiyaları böyük qrup xəstəlikləri birləşdirərək Salmonella, Shigella kimi patogen, Proteus, Klebsiella kimi şərti-patogen bakteriyalar, Norfolk virusu və rotaviruslar, həmçinin Entamoeba histolytica, balantidia coli kimi ibtidailər tərəfindən törədilir və fekal-oral yolla yayılır.

 

Kəskin bağırsaq infeksiyaları uşaq infeksion patologiyası arasında mühüm yer tutur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 1 milyarda yaxın diareya (qarıngetmə) halı qeydə alınır və 5 milyon uşaq hər il bağırsaq infeksiyası nəticəsində həyatını itirir.

 

Xəstə insan və ya heyvan infeksiya mənbəyi hesab edilir. Kiçik yaşlı uşaqlarda, əsasən təmas-məişət, nisbətən böyük uşaqlar arasında qida və ya su yolu ilə ötürülmə baş verir.

 

Kəskin bağırsaq infeksiyaları sporadik, epidemik, hətta pandemik xarakter daşıya bilər. Bakterial etiologiyalı infeksiyalar yay-payız mövsümündə, virus mənşəli diareyalar isə payız-qış aylarında daha geniş yayılır. Kəskin bağırsaq infeksiyaları klinik olaraq intoksikasiya simptomları - əzginlik, anoreksiya, hipertermiya; ishal, ağır hallarda infeksion toksikoz sindromu - eksikoz, neyrotoksikoz, hipovolemik və ya infeksion-toksik şokla müşahidə olunur.

 

Xəstəliyin klinikası çox hallarda uşağın yaşı, müxtəlif yanaşı patologiyalar (diatezlər, hipotrofiya) və infeksiyanın hansı etioloji faktor tərəfindən törədilməsindən asılıdır. Diareya və infeksion prosesin patogenezinə görə invaziv, sekretor, osmotik və qarışıq tipli kəskin bağırsaq infeksiyaları ayırd edilir. Prosesin topik lokalizasiyasına görə kliniki təzahürlər bir neçə qrupa bölünür:

 

Qastroenterit – mədə və nazik bağırsaqların iltihabı – daha çox virus etilologiyalı kəskin bağırsaq infeksiyaları zamanı inkişaf edir, bakterial infeksiyalardan isə eşerixioz və salmonellyoz üçün səciyyəvidir.

 

Kolit – yoğun bağırsağın iltihabı – palpasiya zamanı qarın nahiyyəsində ağrılarla özünü birüzə verir. Daha çox kəskin bakterial infeksiyalarında inkişaf edir. Koproqramda nəcisdə patoloji qatqılar, daha çox selik, həzm olunmamış qida hissəcikləri və s. aşkar olunur.

 

Uşaqlarda kəskin bağırsaq infeksiyalarının müalicəsi zamanı gözlənilməli əsas prinsiplər düzgün pəhriz, fermentoterapiya, etiotrop və simptomatik müalicənin kombinasiyasından ibarətdir. Müalicəvi pəhriz bağırsaq peristaltikasının və həzmin normallaşması, müsbət kliniki dinamikanın əldə olunmasında mühüm rol oynayır. Sıyıqlar yalnız suda hazırlanır, bişmiş halda yalnız alma yeyilir, kəsmikdən başqa digər süd məhsulları rasiondan çıxarılır, uşağa süd qarışıqları əvəzinə müalicəvi hidrolizə olunmuş qarışıqlar məsləhət görülür.

 

Oral rehidratasiyanın (su itkisinin ağız ilə bərpası) ilk saatlardan və düzgün aparılması eksikozun (susuzlaşma) inkişafının qarşısını alır. Ona görə də duz məhlulları, müalicəvi Qastren çayı, iltihab əleyhinə, antimikrob və spazmolitik təsirli bitkilərdən kompleks şəkildə istifadə olunur. Etiotrop müalicə antibiotiklər və bağırsaq antiseptiklərinin tətbiqindən ibarətdir. Spesifik bakteriofaqların istifadə edilməsi də müalicənin səmərəsini yüksəldir. Ferment preparatları müalicənin 3-4-cü günü təyin olunur. Probiotiklər infeksion proses nəticəsində pozulmuş bağırsaq mikroflorasını bərpa edir, eyni zamanda patogen floranın çoxalmasının qarşısını alır. Ağır hallarda infusion məhlulların təyin olunması eksikozun qarşısını almaqla yanaşı pozulmuş maddələr mübadiləsini bərpa edir, baş verən ağırlaşmaların qarşısını alır.

 

Kəskin bağırsaq infeksiyalarına erkən diaqnoz qoyulması və adekvat müalicənin aparılması zamanı proqnoz adətən müsbətdir. Bağırsaq infeksiyaları və diareyaların profilaktikası üçün uşaqlar sanitar-gigeyena qaydalarına ciddi riayət etməlidir. Uşaq tərbiyə müəssisələrində yeməklərin bişirilməsi və oyuncaqların təmizliyinə sanitar nəzarət, həmçinin məktəbəqədər və məktəbyaşlı uşaqların şəxsi gigeyina qaydalarının öyrədilməsi vacibdir.

 

 

Samirə ƏLİYEVA            

Bakı şəhəri, 34 saylı poliklinikanın infeksionisti

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem