HERBA FLORA







 

Reye sindromu adətən infeksion xəstəliklərin müalicəsi fonunda başlayan və kəskin proqressivləşən həyati təhlükəli haldır. Ona 12-13 yaşına qədər uşaqlar və yeniyetmələr arasında daha çox rast gəlinir.

 

İlk dəfə həmin sindromu 1963-cü ildə avstraliyalı həkim Duqlas Reye qeydə aldığına görə onun adı ilə də adlanır. Ona bəzi tibb ədəbiyyatlarında “Reyo” və ya “Reya” adı ilə rast gəlmək mümkündür.

 

Sindroma, adətən qızdırmayla müşahidə olunan qrip, KRX, suçiçəyi, qızılca və s. kimi infeksion xəstəliklərin müalicəsində istifadə olunan asetilsalisil turşusu (aspirin) və onun törəmələri ilə müalicə zamanı rast gəlinir.

Orqanizmə daxil olan asetilsalisil turşusunun təsiri ilə hüceyrənin enerji mənbəyi və struktur elementi olan mitoxondrilər generalizə olunmuş şəkildə zədələnir, Acetyl-CoA-nın səviyyəsi kəskin azalır, yağ turşularının metabolizmi pozulur, bunun nəticəsində piruvatkarboksilaza fermentinin zəifləməsi və qlikogen sintezinin azalması baş verir, hipoqlikemiya müşahidə edilir. Xəstəlik zamanı uşaqlarda qan şəkərinin düşməsi bununla izah olunur.

 

Qanda azotlu şlakların miqdarı kəskin artır, nəticədə qaraciyərdə piy distrofiyası inkişaf edir, beyin ödemi baş verir, sinir sistemi zədələnir. Ona görə də  xəstəlik bəzən ağ qaraciyər xəstəliyi və ya kəskin qaraciyər ensefalopatiyası adlanır.  Qanda ammonyak səviyyəsi üç dəfəyə qədər artır, qaraciyər fermentləri olan ALT və AST yüksəlir, buna baxmayaraq bilirubinin miqdarı normal olur.

 

Müalicəsində asetilsalisil turşusu (aspirin) istifadə olunan qızdırmalı virus xəstəliklərində bir neçə gündən sonra ürəkbulanma və  güclü qusma müşahidə olunur, orqanizmin kəskin susuzlaşması baş verir. Xüsusilə 3 yaşına qədər uşaqlarda komaya qədər aparan tənəffüs pozulması, yuxululuq, kəskin tormozlanma və oriyentasiyanın itməsi kimi hallar yaranır. Bəzən psixomotor oyanıqlıq və qıcolma tutmaları da onların sırasına qoşulur, körpə uşaqların dərisində xırda səpgilər əmələ gəlir. Xəstəliyin ilk saatlarından qaraciyərin ölçüləri böyüyür, böyrəklərin funksiyası pozulduğuna görə sidiyin sutkalıq miqdarı azalır.

 

Letallıq (ölüm) göstəricisi çox yüksək olduğuna görə xəstə mütləq stasionar şəraitində müalicə almalıdır. Buna baxmayaraq yüngül formalarda intensiv müalicə nəticəsində xəstəlik heç bir qalıq əlaməti buraxmadan sağala bilir. Müalicənin əsas prinsipi orqanizmdən ammonyakın və digər metabolitlərin xaric olmasını sürətləndirmək və beyin ödeminin qarşısını almaqdır. Ona görə müalicə zamanı vena daxilinə qlükoza və duz məhlulları köçürülür, kortikosteroid və sidikqovucu preparatlar verilir.

 

Reye sindromu diaqnozu qoyulan uşaqların 90 faizində asetilsalisil turşusunun istifadəsi qeyd edilmişdir. Lakin bəzən sindrom naməlum səbəblərdən də meydana gələ bilər. Belə uşaqlarda aparılan araşdırmalar mitoxondrilərin quruluşunda anadangəlmə qüsur olduğunu aşkar etmişdir. Meningial əlamətlərin olmasına baxmayaq meningitdən əsas fərqləndirici xüsusiyyəti beyin qişalarında iltihabi prosesin müşahidə olunmamasıdır.

 

Bir sıra qaraciyər xəstəliklərindən fərqli olaraq qanda qaraciyər fermentlərinin artmasına baxmayaraq bilirubin səviyyəsi normal olur, sarılıq müşahidə olunmur.

 

 

 

       Məsləhətlər                                    

  • Həkim göstərişi olmadan bir sıra kimyəvi dərmanlardan istifadə etməmək;

 

  • Qızdırmasalıcı məqsədlə xüsusilə 12 yaşına qədər uşaqlara asetilsalisil turşusu (aspirin) və onun digər preparatlarını verməmək;

 

 

  • Qızdırma zamanı ilk vaxtlarda fiziki üsullardan istifadə etmək - nazik, hava keçirən paltarlar geyindirmək, bədəni ilıq su və ya 40 faizli spirt məhlulu ilə silmək;

 

 

  • Qızdırmasalıcı məqsədlə uşaqlara bol maye, İmmunotea və Teaqrip çaylarının dəmləmələrini vermək.  

 

 

     Aygün HÜSEYNOVA,       

həkim-pediar       

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem