HERBA FLORA







 

Disbakterioz – bağırsağın normal mikroflorasının pozulmasıdır. Normal sağlam orqanizmdə müəyyən miqdarda faydalı və patogen – xəstəlik törədən bakteriyalar var.

Müxtəlif səbəblərdən – uzun müddət antibiotiklərin qəbulu, tərkibində kimyəvi konservantlar olan qidalar, kəskin bağırsaq infeksiyaları, zərərli ekoloji şərait, daimi stress, qeyri-düzgün qidalanma, orqanizmin ümumi zəifliyi və s. zamanı bağırsaqda olan patogen mikrobların miqdarı artır.

 

Disbakterioz, əsasən mikroorqanizmlərin daha çox yerləşdiyi yoğun bağırsaqda əmələ gəlir. Bu zaman bifidobakteriyaların və laktobasillərin miqdarı azalır, şərti-patogen mikrobların miqdarı isə artır. Xəstəliyin əsas simptomları qarında ağrı, diareya, xroniki qəbizlik, meteorizm, iştahasızlıq, ağızdan pis qoxunun gəlməsi, qıcqırma, allergik reaksiyalar, yüngül temperaturdur.

 

 

       RESEPTLƏR                              

  • 2 baş sarımsaq, 5 orta ölçülü soğan xırda doğranır, üzərinə 1 litr kefir əlavə olunaraq, yaxşıca qarışdırılır və 5 gün soyuducuda saxlanılır. 1 həftədən az olmayaraq gündə 3 dəfə 1 xörək qaşığı qəbul edilir.

 

  • 2 həftə ərzində xəstəliyin əlamətləri keçənə qədər gündə 3 dəfə yeməkdən 1,5 saat əvvəl 1 stəkan kefir içmək məsləhətdir.

 

  • Günaşırı sutkada 2 dəfə – səhər-axşam yeməkdən sonra 1 diş sarımsaq udmaq çox faydalıdır.

 

  • 3 xörək qaşığı evkalipt yarpağı üzərinə 0,5 litr qaynar su əlavə olunur, ağzı bağlı qabda dəmlənir, gündə 3 dəfə 1/4 stəkan qəbul edilir. Dəmləmə ilə bir həftə ərzində təmizləyici imalə də etmək olar. Sonra 2 həftə sarımsaq yeyilir.

 

  • 3 xörək qaşığı quru və ya təzə nanə yarpağı 1 stəkan qaynar suda dəmlənir, soyudulur, gün ərzində 3/4 stəkan içilir.

 

  • Qastren çayı gündə 3-4 dəfə 2 filtr-bağlama 1 stəkan qaynar suda dəmlənərək içilir.

 

  • 2 xörək qaşığı aptek çobanyastığı çiçəyi 1 stəkan suda dəmlənir, soyudulur və gündə 3 dəfə 1/4 stəkan içilir.

 

  • Bərabər miqdarda kövrək murdarça qabığı, şirin biyan kökü və keşniş toxumu götürülür. 3 xörək qaşığı qarışığın üzərinə 1 stəkan qaynar su tökülür, 10 dəq. qaynadılır, cunadan süzüldükdən sonra axşamlar 0,5 stəkan içilir.

 

  • 4 çay qaşığı şüyüd toxumu üzərinə 1 stəkan qaynar su tökülür, 2 saat dəmlənir, soyudulur və gün ərzində bir neçə dəfə içilir.

 

  • 10 qr günəbaxan tumu, 10 qr təmizlənmiş balqabaq tumu və 10 qr fındıq qarışdırılaraq üyüdülür, üzərinə 100 ml qaynar su əlavə olunur. Alınmış qarışıqdan gün ərzində 2 dəfə 50 ml qəbul edilir. Müalicə müddəti 10 gündür.

 

  • Eyni miqdarda dazıotu, aptek çobanyastığı, bağayarpağı, nanə və ayıpəncəsi götürülür, qarışıqdan 1 xörək qaşığı yarım litr suda 1 saat dəmlənir, üzərinə bal əlavə olunaraq gün ərzində az-az içilir.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem