HERBA FLORA







 

 

Arterial hipertoniya bir sıra xəstəliklərin inkişafına səbəb olur, ilk növbədə isə həyati vacib orqanlara – ürək, baş beyin, böyrək və gözlərə zərbə vurur. Həmin orqanlar hipertoniya xəstəliyi nəticəsində o qədər zərər çəkir ki, kardioloqlar onları “hədəf-orqanlar” adlandırırlar.

 

Xəstəlikdən qorunmaq üçün bir neçə məsləhətə əməl etmək lazımdır.

Təzyiqə müntəzəm nəzarət etmək – hətta arterial təzyiq heç vaxt yuxarı olmayanda da, profilaktik məqsədlə ildə bir dəfə də olsa ölçmək lazımdır. Təzyiqi həkim də ölçə bilər, ya ev şəraitində avtomatik tonometrin köməyi ilə də təyin etmək olar. İstənilən yaş və cins üçün təzyiqin normal səviyyəsi 100-139/60-89 mm civə sütunu qəbul edilmişdir. 120/85 mm.c.süt. həkimlər tərəfindən optimal göstərici kimi dəyərləndirirlir. Əgər ölçmə vaxtı 139/89 mm civə sütunu təyin olunursa, bu, təzyiqə nəzarət etmək üçün əsaslı səbəbdir. 140/90 və ondan yuxarı olanda kardioloqa və ya sahə həkiminə müraciət edilməlidir.

 

Həkimin bütün məsləhətlərinə əməl etmək – hipertoniyanın uğurlu müalicəsi yalnız müalicə həkimdən deyil, həm də xəstənin özündən asılıdır. Həkimin təyin etdiyi müayinələrdən keçmək müalicə taktikasını seçmək üçün çox vacibdir: qan və sidiyin ümumi analizi aparılır, elektrokardioqrafiya prosedurundan keçilir. Təyin olunan dərmanlar müntəzəm şəkildə qəbul edilməlidir. Xəstə həkimin tələbi ilə adət etdiyi həyat tərzini dəyişməyin, daha sağlam qidalanmaq və aktiv yaşamağın vacib olduğunu dərk etməlidir. Həkmin təyin etdiyi preparatla yanaşı Teakard çayından da istifadə etmək olar.

 

Düzgün qidalanmaq – xəstənin çəkisi ilə arterial təzyiqin səviyyəsi arasında birbaşa əlaqə vardır. Qeyri-düzgün qidalanan, duzlu və yağlı qidalardan, alkaqoldan sui-istifadə edən və artıq çəkisi olanlarda hipertoniya 5-6 dəfə çox inkişaf edir. Kardioloqların müşahidələrinə görə, çəkinin 10 kq artması təzyiqin 2-3 mm civə sütunu yüksəlməsinə səbəb olur. Çoxsaylı elmi tədqiqatlar nəticəsində müəyyən olunub ki, həddindən çox xörək duzunun istifadəsi arterial təzyiqin artmasına aparıb çıxarır. Artıq çəkili xəstələr və yaşlılar qidada xörək duzunun miqdarına qarşı daha həssasdırlar. Gün ərzində 2 qramdan artıq duz yeyilməməli və çox duzlu ərzaqlar rasiondan çıxarılmalıdır.

 

Fiziki aktiv olmaq – müntəzəm fiziki fəaliyyət hipertoniyanın həm profilaktikası, həm də onun müalicəsi üçün vacibdir. Az hərəkətli həyat tərzi keçirən və idman məşğələləri etməyənlərdə arterial təzyiq normada olsa da, onlarda hipertoniyanın inkişaf riski aktiv həyat tərzi keçirənlərə nisbətən 20-50 faiz yüksəkdir. Hətta sürətli yeriş, sağlamlaşdırıcı qaçış, həftədə 3-5 dəfə yarım saat üzmək və digər fiziki məşqlər arterial təzyiqi 5-10 mm civə sütunu aşağı sala bilər. Həkimlər hipertoniklərə ağır statik fiziki yüklərdən uzaq olmağı məsləhət görürlər, çünki ağırlıq qaldırmaq təzyiqi artırır. Arterial təzyiqi tənzimləmək yolunda ən vacib məsələlərdən biri də alkoqol və nikotin qəbulu kimi zərərli vərdişlərdən qurtulmaqdan ibarətdir.

 

 

Azadə RƏHİMOVA,

həkim-terapevt, tibb üzrə fəlsəfə doktoru

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem