HERBA FLORA







 

Uzun illərdən bəri sağlamlığı qorumaq üçün qəbul edilmiş bəzi qaydalar var və onlara əməl edilməməsi hansısa xəstəlik və fəsadlara aparıb çıxarır. Lakin necə deyərlər, əbədi heç nə yoxdur. Bir sıra alim və həkimlərin təcrübələri indiyə qədər mövcud olan həmin qaydalara doğma kimi yanaşmağın düzgün olmadığını göstərir. Hətta onlardan elələri var ki, ilk baxışdan qəbuledilməz təsir bağışlayır...

 

 

Günorta yatmazdan əvvəl qəhvə içmək...

Yatmazdan əvvəl qəhvə içməyin zərərli olması haqda kifayət qədər çox danışılıb və eşidilib. Lakin Yapon alimləri apardıqları təcrübədə iştirak edənlərə yatmazdan əvvəl 200 ml qəhvə içirdiblər. Nəticələr gözlənilməz olub. Yuxudan oyanandan sonra iştirakçıların hamısı özlərini yaxşı hiss edib və gümrah olduqlarını söyləyiblər. Təcrübədə iştirak edib qəhvə içməyənlərdə isə əzginlik, çətin oyanma və s. hallar müşahidə edilib. Belə bir nəticəyə gəlmək olar ki, günorta yuxusundan əvvəl içilən qəhvə gecə qəbul olunandan fərqli olaraq gümrahlıq yaradır.

 

 

Yeməkdən sonra dərhal dişlərin təmizlənməsi...

Beynəlxalq Stomatoloji Akademiyanın üzvü Hovard Geymblin fikrincə, bir çox qida maddələrinin, məsələn, sitrus meyvələri, pomidor, idmançılar üçün olan içkilərin tərkibində olan turş maddələr diş emalını zədələyir və yumşaldır. Yemək yeyən kimi dişlərin təmizlənməsi emalın tez xarab olmasına və sıradan çıxmasına səbəb olur. Ona görə də yeməkdən sonra 40-60 dəqiqə gözləmək və yalnız bundan sonra dişləri fırçalamaq lazımdır.

 

 

Daha kiçik ölçülü paltar geyinmək üçün çəkinin müəyyən qədər artırılması...

Təzadlı görünür, deyilmi? Onun izahı üçün belə bir misal göstərək. Eyni çəkidə olan, iki qadından biri mütəmadi olaraq idmanla məşğul olur, digəri isə heç vaxt idman etmir. Təbii olaraq idmanla məşqul olan qadının çəkisini əsasən əzələ kütləsi təşkil edir, idmanla məşğul olmayan qadının isə çəkisini əsasən piy kütləsi təşkil edir. Piy toxuması əzələ kütləsinə nəzərən daha yüngül və həcmli olduğundan idmanla məşğul olan qadının bədəni və geyindiyi paltarlar o birinə nisbətən 1-2 ölçü kiçik olacaqdır.

 

 

Az yemək üçün çox yemək...

Bunu necə başa düşmək olar? Məsələn, ac olanda 100 kkal olan bir neçə peçenye yeyilməsi aclığı müvəqqəti azaldır və az vaxtdan sonra yenidən qidalanma zərurəti yaradır. Bunun əvəzinə lazımi qədər qida qəbul edilsə arada aldadıcı yeməklərə ehtiyac yaranmaz. Bəzən isə pəhrizdə “oturanlar” aclığa qarşı dözümsüzlük göstərərək yemək yeyənə qədər atışdırmalıq qidalarla mədəsini doldurur, mənzil başına çatan kimi isə pəhrizə uyğun şəkildə qida qəbul edir. Ona görə də məsləhətdir ki, arada yeyilən peçenye, tort, külçə kimi şirniyyatlar qoz, şabalıd, fındıq və s. çərəzlər və meyvələrlə əvəz edilsin.

 

 

Ətrafların şişkinliyi zamanı su içmək...

Çoxlarına elə gəlir ki, ətrafların şişkinliyi zamanı maye az qəbul etmək lazımdır. Dünya alimləri belə nəticəyə gəliblər ki, ödem zamanı çox miqdarda su qəbul edilməsi daha yaxşı təsir göstərir. Sellüloza ilə bol olan diyetik qida qəbul edilibsə, mütləq çox su içmək lazımdır. Həmin qidanın su ilə tam qarışması və həzm üçün asan hala gəlməsi lazımdır.

 

 

Sərinləmək üçün qaynar su və ya çay içmək...

Ekvatora yaxın olan bir çox ölkələrdə hava çox isti olur və orada yaşayanlar soyuq su yox, əsasən isti çay və ya qəhvə içirlər. Nəticədə güclü tərləmə əmələ gəlir və sərinləmə baş verir.

 

 

Yorğunluq zamanı idmanla məşğul olmaq...

Çox gərgin iş gününün sonunda idman etmək məsləhət görülür. Orqanizm, xüsusən də sinir sistemi yorğun olarkən orqanizmi idman hərəkətlərilə yükləmək divanda uzanmaqdan daha faydalıdır. İdmanla məşqul olanda oksigenə daha çox ehtiyac duyulur və bütün mübadilə prosesləri sürətlənir. Nəticədə yorğun olan kəs özünü daha yaxşı və gümrah hiss edir.

 

 

Antibakterial sabunlardan istifadə etməmək...

Üzərinə “antibakterial” yazılan sabunların adi sabunlardan heç bir üstünlüyü yoxdur və onlar bakteriyalardan qorumur. Əksinə, həmin sabunların istehsalı zamanı onların tərkibinə daha çox əlavə olunan triklozan kimyəvi maddəsi orqanizm üçün zərərlidir və dəri xərçənginə səbəb olan faktorlardan biri hesab olunur.

 

 

     Fuad MAHMUDOV,           

Avropa Təbii Elmlər Akademiyasının fəxri professoru. 

 

 

 

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem