HERBA FLORA







 

Uşaqlıq boynunun eroziyası ən çox rast gəlinən ginekoloji xəstəliklərdən biridir. Bu, uşaqlıq boynu selikli qişasının defekti olaraq üzə çıxır. Həqiqi eroziya nadir hallarda rast gəlinir və qısa müddətdə, təxminən 10-14 gün ərzində sağalır. Adətən başqa bir patologiya “uşaqlıq boynunun eroziyası” termini ilə adlandırılır.

 

Normada uşaqlıq boynunun uşaqlıq yoluna baxan hissəsi çoxqatlı yastı epitellə örtülüdür. Uşaqlıq boynu kanalının selikli qişası isə təkqat silindrik hüceyrələrdən təşkil olunub. Bir sıra patoloji faktorların təsiri nəticəsində bu iki selikli qişa növünün kəsişdiyi sərhəd yerini dəyişir və silindrik hüceyrələr uşaqlıq yoluna tərəf inkişaf edir. Vaginanın turş mühitinin və burda yaşayan mikroorqanizmlərin silindrik epitelə təsiri xroniki iltihabın inkişafına yol açır. Məsələ burasındadır ki, silindrik epitelin çoxqatlı yastı epitel kimi qoruyucu xüsusiyyəti yoxdur və bu qat servikal kanala və uşaqlığın boşluğuna mikrobların keçməsinin qarşısını ala bilmir. Bu defekt tibbi dildə ektopiya, xalq arasında isə sadəcə olaraq “eroziya” adlandırılır.

 

Eroziyanın inkişafına səbəb olan amillərdən ilk növbədə uşaqlıq boynunun mexaniki zədələnməsi, immunitetin zəifliyi, cinsi infeksiyalar, xüsusən də genital herpes, insan papilloma virusunu göstərmək olar. Daha bir səbəb ağır doğuş və abortlar zamanı uşaqlıq boynunun cırılmasıdır.

 

 

Əlamətləri çox olmasa da patologiya özünü qarnın aşağı hissəsində ağrılar, cinsi əlaqədən sonra az miqdarda qanlı və ya bulanıq ifrazatın olması ilə göstərir. Bir çox hallarda eroziya ginekoloqun baxışı zamanı təsadüfən aşkar olunur. Həkim onu uşaqlıq boynunda olan al-qırmızı ləkə kimi görür. Lakin diaqnozu dəqiqləşdirmək üçün kolposkopiya adlanan müayinədən keçmək lazımdır. Kolposkopiya – 25-30 dəfə böyütmək qabiliyyəti olan optik cihazla uşaqlıq boynuna baxılmasıdır. Bu müayinə zamanı ginekoloq dəyişikliyə uğramış hissədən biopsiya materialı da götürə bilər. Biopsiya menstruasiyanın 5-7-ci günündə, aybaşıdan dərhal sonra aparılır. Materialın götürüldüyü vaxt uşaqlıq yolunda iltihabın olması yolverilməzdir. Buna görə də qaşınma və ya ifrazatdan şikayəti olan xəstəni əvvəlcə müalicə etmək, daha sonra isə bioptat götürmək lazımdır. Bu müayinələrlə yanaşı qadını cinsi infeksiyalara görə yoxlamaq tövsiyə olunur.

 

Uşaqlıq boynunun eroziyası güclü əlamət verməsə də müalicə olunmalıdır. Belə ki, bəzi hallarda eroziyanın özbaşına epitelləşməsi baş verə bilər. Bu zaman natamam epitel təbəqəsi yaranır və prosesi müalicə etmək çətinləşir. Əgər eroziya uzun müddət müalicə olunmursa, uşaqlıq boynunun hüceyrələri geriyədönməz dəyişikliyə məruz qala bilər. Nəticədə bədxassəli prosesə çevrilmək ehtimalı çox artır. Qadın tam müayinə olunduqdan sonra müalicəyə başlanılır. Və əgər qadın gələcəkdə ana olmağı planlaşdırırsa, müalicə metodu daha diqqətlə seçilməlidir.

 

 

Çox uzun zamandır ki, diatermokoaqulyasiya metodu, yəni elekrik cərəyanı ilə yandırma istifadə olunur. Lakin bu üsulun çatışmazlıqları çoxdur. Belə ki, diatermokoaqulyasiyadan sonra sağalma uzun sürür, bəzən isə uşaqlıq yolu xarici dəliyinin daralmasını törədən çapıqlar əmələ gəlir. Bu da növbəti hamiləlik və doğuş zamanı böyük ağırlaşmalara səbəb olur. Müasir dövrdə daha çox lazer koaqulyasiyası və ya maye azotla dondurma – kriodestruksiya kimi metodlar tətbiq olunur. Kriodestruksiyanın da mənfi cəhəti uşaqlıq boynunun qısalması və çapıqlardır.

 

 

        RESEPTLƏR                       

  • Balqabağın qabığı soyulur, tumları təmizlənir, ləti isə sürtgəcdən keçirilərək tənzifin arasına bükülür. Alınan tampon uşaqlıq yuluna qoyulur və gecə boyunca saxlanır. Bu proseduru 3 gün apardıqdan sonra 3 gün Fitooil Zəyərək (kətan) yağı ilə, növbəti 3 gün isə Fitooil Çaytikanı yağı ilə tampon qoyulur. Müalicə müddətində hər səhər uşaqlıq yolu boymadərən dəmləməsi ilə yuyulur. Dəmləməni hazırlamaq üçün 2 xörək qaşığı boymadərən otu 2 stəkan qaynar suda 20 dəqiqə dəmlənir. Bu müalicə kursu ara vermədən dörd dəfə təkrarlanır.

 

  • Yarım stəkan qurudulmuş gülümbahar çiçəklərinin üzərinə yarım litr 40 faizli spirt tökülür, bankanın ağzı bağlanır və 2 həftə müddətində günəşin altında dəmlənir. Süzüldükdən sonra 1 çay qaşığı qaynadılmış ilıq suya qarışdırılır, 21 gün ərzində uşaqlıq yolu yuyulur. Müalicəyə aybaşı bitdikdən sonra başlanır və növbəti aybaşıya qədər aparılır.

 

  • Üç çay qaşığı əzvay şirəsi çay qaşığının 1/5 hissəsi qədər gənəgərçək yağı və 1,5 çay qaşığı təbii balla qarışdırılır, gecə yatmazdan qabaq uşaqlıq yoluna bu qarışıqda isladılmış tənziflə tampon qoyulur. Müalicə 15 gün aparılır. Səhər isə uşaqlıq yolu gülümbahar çiçəklərinin dəmləməsi ilə yuyulur.

 

  • Tənzif tampon propolisin 3 faizli məhlulunda isladılır və uşaqlıq yoluna qoyulur, 8-12 saatdan sonra çıxarılır. Bu müalicə 7-10 gün müddətində gündə 1 dəfə aparılır.

 

  • 4 xörək qaşığı dazıotu 2 litr suda vam odda 15 dəqiqə qaynadılır, gündə 1 dəfə uşaqlıq yolu bu bişirmə ilə yuyulur.

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem