HERBA FLORA







 

 

Konyuktivit göz xəstəlikləri içərisində ən çox rast gəlinən patologiyalardan biridir, əmələgəlmə səbəbindən asılı olaraq dörd forması müşahidə olunur: mikrob, virus, xladimiya və allergik. Göz xəstəlikləri ilə əlaqədar tibbi yardım üçün müraciət edənlərin 30-40 faizi iltihabı xəstəlik olan konyuktvitdən əziyyət çəkir. Konyuktvilərin bir çoxu yolxucudur və bəzən hətta epidemiya xarekteri daşıyır.

 

Xəstələrin şikayətləri, əsasən gözlərdə qamaşma, qaşınma, yaş axma, gözdə ifrazat, qapaqlar altında yad cisim hissiyyatı, gözün qızarması, kirpiklərin səhərlər yapışması ilə əlaqədar olur. Yerli siptomlar çox vaxt ümumi əlamətlərlə – yuxarı tənəffüs yollarının katarı, hərarətin yüksəlməsi, başağrısı, qulaqönü və ya çənəaltı limfa düyünlərinin böyüməsi ilə müşaiyət olunur.

 

Kəskin infeksion konyuktvit əvvəlcə bir, sonra digər gözdə başlayır. Anamnezdə gözə toz düşmə, soyuqlama və ya istivurma, orqanizmin zəifləməsi, burun-udlaq xəstəlikləri və ya qrippoz vəziyyət müəyyən olunur. Kəskin infeksion konyuktivit bakteriya və viruslar tərəfindən törədilir.

 

Bakterial konyuktvit əsasən uşaqlarda müşahidə olunur və bəzi xüsusiyyətlərə malikdir. Qapaqların ödemi, konyuktivada nöqtəvari qansızmalar, çox miqdarda irinli ifrazat baş verir, bu səbəbdən kirpiklər bir-birinə yapışır. Uşaq kollektivlərində xəstəlik epidemik xarakter daşıya bilər.

Kəskin konyuktvitin profilaktikası şəxsi gigiyena qaydalarına riayət etməkdən ibarətdir. Xəstə uşaqlar məktəb və ya məktəbəqədərki uşaq müəssisələrinə buraxılmalıdır. İrinli ifrazat kəsilənədək hər gün dəsmal və ya yataq ağı dəyişdirilməlidir.

 

Epidemik xarakter daşıyan virus konyuktvitləri adətən bütün ailə üzvlərinin yoluxmasına səbəb olur. Xəstəlik əşya, paltar və çirkli əllərdən yoluxa bilər. Dəqiq və düzgün müalicə olunmadıqda virus konyuktvit ağır fəsadlı xəstəlik kimi çox təhlükəlidir. Ona görə də gigeyinik qaydalara dəqiq və düzgün əməl edilməli, körpə uşaqlar və hamilə qadınlar həmin mühitdən uzaqlaşdırılmalıdır. Xəstəliyə əsasən çox isti havalarda rast gəlinir və onun yayılmasında milçəklər böyük rol oynayır. Əvvəlcə bir, iki-üç gün sonra digər gözdə də müşahidə olunur. Gözdə qızartı, yad cisim hissiyyatı, işığa qarşı həssaslıq kimi əlamətlərlə özünü göstərir.

 

Allergik konyuktvit gözün selikli qişasının allergenlərin təsiri ilə yaranan iltihabıdır, allergik reaksiya və ya gözün kimyəvi maddələrlə qıcıqlanması nəticəsində əmələ gəlir. Allergik konyuktvitlər hər hansı allergenin – toz, heyvan tükü və bitki tozcuqların təsiri nəticəsində yaranır, çox zaman allergik zökəm, atopik dermatit, allergik rinit və bronxial astma kimi xəstəliklərlə yanaşı rast gəlinir.

 

Allergik konyuktvitlər hazırda ətraf mühit və atmosferin çirklənməsi nəticəsində lak, boya, təmizləyici vastələrin buxarlanması, həmçinin gözə çəkilən kosmetik vasitələr və ya şampun düşməsi nəticəsində yaranır. Onun bir neçə növü məlumdur: autoimmun, pollinoz, bahar, vərəm-allergik və s. Allergik konyuktivitin bir növü olan dərman konyuktviti antibiotiklərin, sulfanilamidlərin, anestetiklərin və digər yüksək allergik fəallığa malik preparatların uzun müddət istifadəsi səbəbindən yaranır.

 

Bahar konyuktviti də allergik konyuktivitlərə aid edilir və nəzərəçarpan fəsli xüsusiyyətə malikdir. Erkən yaşdan başlayaraq yazda və yayda rast gəlinir. Xəstəliyin əsasında ultrabənövşəyi şüalara qarşı artmış həssaslıq durur. Xəstəlik gözlərin qamaşması, qaşınma, gözdə yad cisim hissiyyatı ilə müşayiət olunur.

 

Vərəm-allergik konyuktviti endogen toksiki-allergik iltihabi proseslərə aiddir. Xəstəlik vərəmə yoluxanlarda spesifik iltihab ocaqlarındakı tuberkulin adlı allergenin göz toxumalarına keçməsi yolu ilə baş verir. Hazırda allergik konyuktvitin həmin növünə az rast gəlinir.

 

Allergik konyuktvitin ümumi əlamətləri gözün qapaqlarında ödem, qapaqların selikli qişasında hiperemiya, gözün limb nahiyəsində hipermiya və s. dən ibarətdir. Xəstələr adətən gözün sulanması, işığa qarşı həssaslıq, qaşınma, tikan batması və yaxud yad cisim hissiyatı kimi şikayətlərlə müraciət edir.

 

Allergik konyuktivitlərin müalicəsi antihistamin preparatların təyini və onu yaradan səbəblərin aradan qaldırılmasından ibarətdir. İnfeksion konyuktivitlər isə antibakterial preparatlarla müalicə olunur. Konyuktivitin bütün növlərində gözləri silmək üçün Teasept çayının dəmləməsi istifadə oluna bilər. Xəstələrin həkimə daha tez müraciət etmələri və profilaktik məqsədlə yaz-yay aylarında günəş eynəklərindən itifadə etmələri məsləhətdir.

 

Güləbətin MUSTAFAYEVA,      

həkim-oftamoloq      

 

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem