HERBA FLORA







 

 

Helikobakterioz Helikobacter pylori mikroorqanizminin törətdiyi mədə xəstəliyidir. Əhalinin 80-90 faizində helikobacter mədənin selikli qişasında qeyri-aktiv şəkildə yaşayır, immun sistemin zəifləməsi ilə əlaqədar aktivləşərək bütünlüklə həzm sisteminə təsir göstərir.

 

Həmin bakteriyanın üzərindəki qoruyucu təbəqə onu  turşuyadavamlı edir və həzm sistemində artıb çoxalmasına imkan yaradır. Spiral şəklində olan helikobacter mədəyə düşəndə qamçıları sayəsində hərəkət edərək mədənin selikli qişasına daxil olur, bölünərək koloniyalar əmələ gətirir.

 

Selikli qişada artan bakteriyalar özlərindən ureaza, musinaza, proteaza və lipaza kimi fermentlər ifraz edərək qoruyucu sistemin – bikarbonatların azalmasına, həmçinin selikli qişanın G hüceyrələri tərəfindən qastrin ifrazını aktivləşdirərək mədə turşuluğunun və pepsinin sekresiyasının artmasına səbəb olur.

 

Müdafiə funksiyası zəifləmiş selikli qişaya xlorid turşusu və pepsin aşılayıcı təsir göstərir, həmin nahiyədə əvvəlcə kimyəvi yanıq, daha sonra isə iltihabi proses əmələ gətirir. Helikobacter, həmçinin özündən VacA ekzotoksini ifraz edərək epitel toxumasını sıradan çıxarır. Bu zədələyici faktorların təsirindən qastrit, xora, hətta xərçəng xəstəliyinə səbəb olduğu sübut edilmişdir.

 

Helikobakteriya əsasən məişət təması yolu ilə yayılır. Mikroorqanizmlər xəstədən sağlam orqanizmə fekal-oral, məişət və təmas yolu ilə yayılır. Qida məhsulları, meyvə-tərəvəz və göyərtilər yaxşı yuyulmadıqda, şəxsi gigiyena qaydalarına əməl edilmədikdə, sanitar normalar gözlənilmədikdə yoluxma halları baş verir. Məişətdə ümumi istifadə edilən qab-qaşıq, yataq dəsti vasitəsilə, habelə öpüşmə, qucaqlaşma və digər təmas yolları ilə yoluxur.

 

Xəstəlik bakteriyaya yoluxan hər kəsdə əmələ gəlmir, prosesin inkişafı sinir sistemi, immunitet və qidalanma tərzi ilə birbaşa əlaqədar olur. Qidalanmada "fast-food"a, konservlərə, hazır qidalara üstünlük verəndə mədə şirəsinin ifrazı pozulur, selikli qişasının müdafiə funksiyası zəifləyir. Daimi stress fonunda damarlarda yaranan spazm digər orqanlarla yanaşı mədənin qan dövranı və qidalanmasını pozur, toxumaların yenilənməsi və selikli qişada yaranan zədələnmənin sağalması ləngiyir.

 

 

 Simptomları 

Xəstəliyin konkret xarakterik əlamətləri olmasa da, mədədə ağırlıq, narahatlıq hissi, həzmin çətinləşməsi, qıcqırma, göynəmə, pəhrizi pozanda mədə nahiyəsində ağrı və ağızda xoşagəlməz dad olur. Bunlardan başqa ümumi halsızlıq, daimi yorğunluq və baş ağrıları da müşahidə edilə bilir.

Müalicənin əsas prinsipləri antibakterial təsir göstərməyə, mədə şirəsinin ifrazını normallaşdırmağa, eroziv proseslərin sağalmasını sürətləndirməyə, qıcqırma, göynəmə kimi diskomfort hisslərin aradan qaldırılmasına yönəlir.

 

 

 

 RESEPTLƏR                                    

  • 20 qram propolis üzərinə 100 ml 70 faizli spirt əlavə edilir, hər gün çalxalamaq şərtriylə 2 həftə dəmlənir. 1 stəkan suda 10 damcı cövhər həll edilir və gündə 1 dəfə yeməkdən əvvəl qəbul edilir. Müalicə müddəti 1 aydır.

 

  • Təzə sıxılmış qırmızı çuğundur şirəsi ağzı açıq qabda 2 saat saxlanır. 1:1 nisbətində su ilə durulaşdırılır, hər dəfə yeməkdən əvvəl 100 ml qəbul edilir.

 

  • Bir neçə ədəd ətli əzvay yarpaqları kəsilir, tünd rəngli torbada qaranlıq yerdə 1 sutka saxlanır, yuyulub xırdalanır. Çini və ya saxsı həvəngdəstədə əzilir, sıxılaraq şirəsi tənzif parçadan süzülür. 1 stəkan şirənin üzərinə 5 qram xırdalanmış arı mumyası əlavə edilərək həll edilir. Səhər və axşam yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir. Müalicə iki həftə aparılır, 2 fəftə fasilə verildikdən sonra təkrar olunur.

 

  • Hərəsindən 1 xörək qaşığı dazıotu, boymadərən otu və gülümbahar çiçəkləri götürülür, üzərinə yarım litr qaynar su əlavə edilir, 45 dəqiqə dəmlənərək süzülür. Bir ay hər yeməkdən əvvəl 100 ml qəbul edilir.

 

  • Hər gün səhər acqarına 1 ədəd təzə yumurta çiy halda içilir, ən azı 2 saat sonra qida qəbul edilir. Çiy yumurtada digər bakteriyaların mövcudluğunu nəzərə alaraq ehtiyatlı olmaq lazımdır. Yumurta təzə və sağlam olmalıdır.

 

 

       Mədə turşuluğu artanda 

  • 2 xörək qaşığı zəyərək (kətan) toxumları üzərinə yarım stəkan qaynar su əlavə edilir, zəif ocaqda 2 dəqiqə bişirilir. Ocaqdan götürülərək 2 saat dəmlənir. Kiselə bənzər dəmləmə toxumlarla birlikdə hər yeməkdən əvvəl 1 xörək qaşığı yeyilir.

 

  • 2 filt-bağlama Teastomin çayı 100 ml suda dəmlənir, gündə 3-4 dəfə qəbul edilir.

 

  • Hər yeməkdən əvvəl təzə sıxılmış 100 ml kartof şirəsi içilir.

 

  • Hərəsindən 1 xörək qaşığı aptek çobanyastığı çiçəyi, dəmrovotu, boymadərən və dazıotu götürülür, üzərinə 1 litr qaynar su əlavə edilir, 8-10 saat dəmlənərək süzülür. Gündə 4 dəfə yeməkdən 30 dəqiqə əvvəl 50 ml qəbul edilir.

 

       Mədə turşuluğu azalanda 

  • Gündə 2 dəfə yeməkdən əvvəl 100 ml təzə sıxılmış kələm suyu qəbul edilir.

 

  • 4 xörək qaşığı xırdalanmış kəcəvər kökü üzərinə 1 litr qaynar su əlavə edilərək 5-6 saat dəmlənir. Gündə 3 dəfə yeməkdən 30-40 dəqiqə əvvəl yarım stəkan qəbul edilir.

 

       

  • Hərəsindən yarım stəkan Fitooil Çaytikanı yağı, kərə yağı və bal qarışdırılır, gündə 3 dəfə 1 çay qaşığından qəbul edilir.

 

  • Gündə 2 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı Fitooil Zəyərək yağı qəbul edilir.

 

Aygün HÜSEYNOVA,    

həkim-pediatr    

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem