HERBA FLORA







 
İmmundefisit halları immun sistemin bir və ya bir neçə orqanının zədələnməsi zamanı baş verir, özünü şişəbənzər xəstəliklər və allergik patologiyalarla göstərir. İmmundefisit halları birincili və ikincili olmaqla iki qrupa ayrılır.
Birincili immundefisit xəstəliklər genetik deffekt nəticəsində əmələ gəlir, xüsusi xarakter daşıyır və erkən yaşlarda müşahidə olunur. Bəzən həmin patoloji hallar yüngül əlamətlərlə üzə çıxsa da, adətən birincili immundefisit vəziyyətlər özünü təkrarlanan, qeyri-adi və ya müalicəyə gec tabe olan infeksiyalar şəklində göstərir. Həmin yaşa qədər uşaqların adekvat müalicə almaması letal nəticə verə bilir. Ona görə də mütləq erkən diaqnostika və düzgün müalicə lazımdır.
  Klinik əlamətlər  
Uşaqlarda müalicəyə çətin tabe olan pnevmoniya, bronxit, otit, sinusit, meningit, abses, sepsis, limfa vəzləri və dalağın böyüməsi, autoimmun xəstəliklər, qusma, diareya və iştahın azalması müşahidə olunur və belə hallarda birincili immundefisitdən şübhələnmək olar. Eyni zamanda qanda dəyişikliklər – trombosit və eritrositlərin miqdarının azalması, anemiya əlamətləri də aşkar olunur.
  Diaqnostika  
Birincili immunodefisit halların diaqnostikasında anamnez vacib rol oynayır. Valideynlər adətən uşağın uzun müddət müxtəlif xəstəliklərdən müalicə aldığını qeyd edirlər. İlkin olaraq xəstəliyin ilk əlamətlərinin nə vaxt əmələ gəlməsi, hansı preparatların qəbul olunması və müalicənin müddəti araşdırılmalıdır.
Müayinə zamanı bir çox əlamətlərə – gözün və ağızın selikli qişasına, dəri örtüyünün vəziyyətinə, limfa düyünlərinin ölçüsünə, dalaq və qaraciyərin böyüməsinə fikir verilməlidir.
   
Müalicə zamanı uşağın immun sistemini “işlək vəziyyətdə” saxlamaq üçün ilk növbədə immunoqlobulinlərdən istifadə olunur. Bakterial infeksiyaların müalicəsində antibiotiklər və virus infeksiyaları zamanı isə virus əleyhinə preparatlar tətbiq edilir. İmmunoterapiyanın düzgün aparılması uşağın normal həyat sürməsinə şərait yaradır. Ağır immunodefisit hallarda sümük iliyinin transplantasiyası aparılır.
Xəstə uşaqların bakteriya və viruslara yoluxmasının qarşısını almaq üçün valideynlər onlara şəxsi gigiyena qaydalarına düzgün riayət etməyi, əlləri sabunla yumağı, dişləri vaxtlı-vaxtında fırçalamağı öyrətməlidir. İmmundefisitli uşaqlar xəstələrlə təmasda olmamalıdır.
Uşaqlarda ikincili immundefisit vəziyyətlərə daha çox rast gəlinir və bunlar bir qayda olaraq kəskin xəstəliyin xroniki formaya keçməsi nəticəsində baş verir. İmmun çatışmazlığına səbəb olan xəstəliklərə uremiya, metabolik və anadangəlmə xəstəliklər, vaxtından əvvəl doğulma, xromosom anomaliyaları, sitostatiklərin verilməsi, anadangəlmə məxmərək və QİÇS kimi infeksiyalar, yanıq, leykoz, cərrahi travmalar və hipotermiyanı göstərmək olar.
İkincili immundefisitlərə hüceyrə və humoral immunitetin vəziyyətinin pozulması xarakterikdir və ona əsasən 1 yaşa qədər uşaqlarda rast gəlinir. Bir sıra hallarda qeyri-düzgün qidalanma, keyfiyyətsiz su, xroniki bakterial və virus infeksiyaları, kimyaterapiya, radiasiya, cərrahi əməliyyatlar, fiziki gərginlik, travma və stress kimi səbəblər immundefisitin yaranmasında provokator rolunu oynayır.
İkincili immundefisit vəziyyət sistemli yerli ola bilər.
Sistemli forma immunogenezin pozulması nəticəsində əmələ gəlir.
Yerli formada dəri, selikli qişa və başqa toxumaların immun aparatının pozulması baş verir.
İkincili immundefisitin müalicəsində tətbiq edilən müxtəlif immunmodulyator preparatlarla yanaşı plazma köçürülür, sümük iliyini stimulyasiya edən preparatlardan istifadə olunur.
Evdə immundefisitli uşağı olan anaların növbəti hamiləliyində prenatal diaqnostika aparılmalıdır.
İmmundefisitli uşaqları daim nəzarətdə saxlamaq və orqanizmin müqavimət gücünü artırmaq üçün immunostimulyator təsirli bitkilərdən istifadə olunur. İmmunotea çayının 10 günlük qısa kurslarla il ərzində 5-6 dəfə qəbulu yaxşı nəticə verir.
      RESEPTLƏR                         
  • 1 xörək qaşığı exinaseya otu 1 stəkan qaynar suda dəmlənir, soyuyandan sonra süzülür və üç yerə bölünərək gün ərzində içilir. Bitkinin dəmləməsi 2 yaşına qədər uşaqlara əks-göstərişdir.

 

  •  Gündə iki dəfə 2 filtr-bağlama İtburnu çayı 1 stəkan suda dəmlənir və yeməkdən əvvəl qəbul edilir. Uşaqlara göstərilən dozanın yarısı tətbiq olunur.

 

  •  1 çay qaşığı xırdalanmış biyan kökü yarım stəkan qaynar suda dəmlənir, gündə 2-3 dəfə hər dəfə yarım stəkan qəbul olunur.

 

  •  2 filtr-bağlama İmmunotea çayı 1 stəkan qaynar suda dəmlənir, gündə üç dəfə yeməkdən əvvəl qəbul olunur. Uşaqlara daha kiçik dozalarda verilir. 
Aygün HÜSEYNOVA,   
həkim-pediatr    
скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem