HERBA FLORA







Hazır qidaların qəbulu, çay və qəhvə, keyfiyyətsiz su içilməsi dişlərin bəzən sıradan çıxmasına səbəb olurAğız boşluğunun mikroblarla çirklənməsi, ağız suyunun azalması və tərkibinin dəyişməsi diş sümük toxumasının möhkəmliyinin azalması da həmin prosesə təsir edir. Yeyilən qidalarla əlaqədar ağız boşluğunda turşu-qələvi tarazlığının səviyyəsində dəyişikliklər yarana bilər. Həmin proseslərdə yaranan diş ərpi isə diş minasını dağıdaraq kariyesin əmələ gəlməsinə səbəb olur. Kariyesin səbəblərindən biri də ağız şirəsinin çatışmazlığıdır. Belə ki, ağız şirəsi qida qalıqlarını yuyur və antiseptik təsir edir.

 

Ağız boşluğunun ən çox yayılan xəstəliklərdən biri sayılan kariyes, əsasən diş aralarının yaxşı təmizlənməməsi, arxa dişlərin üzərindəki çökəkliklərdə çox vaxt qida qalıqlarının qalması nəticəsində əmələ gəlir. Ağızdan qoxu gəlməsinin başlıca səbəblərindən biri hesab olunur. Kariyes yarananda dişin sərt toxumaları yumşalır və yemək qırıntıları orada qaldığına görə pis qoxu əmələ gəlir. Bəzi hallarda diş əti xəstəlikləri də qoxuya səbəb olur. Həmin problemlərin qarşısının almaq üçün ağız boşluğunun gigiyenasına ciddi diqqət yetirilməlidir.

 

Kariyesin pulpit, periodontit kimi fəsad hallarına keçməsi uzun zaman kəsiyində baş verir. İllər ərzində kariyes dərinləşərək dişin sinir toxumasına çatır, sinir zədələnəndən sonra isə diş pulpasında iltihabi proses başlayır. Həmin halları qabaqlayaraq kariyesi ilkin mərhələdə müalicə etmək üçün hər 6 aydan bir həkim-stomatoloqun müayinəsindən keçmək lazımdır.

 

Bəzən dişin xarici görünüşündə heç bir dəyişiklik müşahidə olunmasa da isti və soyuğa qarşı olduqca həssas olur. Temperatur dəyişkənliyinə qarşı belə reaksiyanın bir çox səbəbi ola bilər. Daha çox yayılmış səbəb dişlərin kontakt səthində kariyes boşluğunun əmələ gəlməsidir. Həmin boşluq xaricdən görünmür, yalnız dental rentgen sayəsində təyin olunur.           

 

Kariyesin profilaktikası və ağız boşluğunun sağlamlığının qorunması istər uşaq, istərsə də yetkin yaşlarda ilk növbədə diş məcununun düzgün seçilməsi ilə başlayır.

 

Diş məcunları seçərkən təbii bitkilər və onların ekstraktları əsasında hazırlananlara üstünlük vermək önəmlidir. Diş fırçaları isə hər kəs üçün fərdi qaydada seçilməlidir. Seçim zamanı həkim-stomatoloqun köməyindən istifadə etmək olar. Adətən fırçalar yumşaq, orta və sərt olur. Əksər hallarda orta sərtlikli diş fırçalarından istifadə olunur. Uşaqlara isə daha çox yumşaq fırçalar məsləhət görülür. Sərt fırçalardan nadir hallarda istifadə olunur. Bu, diş ətinin sağlamlıq dərəcəsindən, sadə dildə desək qanayıb-qanamamasından asılıdır. Fırçanın düzgün seçilməsi dişəti xəstəliklərinin və qanamanın qarşısını alır.

 

Çox vaxt diş fırçalayarkən diş ətinin qanamasına əhəmiyyət verilmir, halbuki bu, diş əti iltihabının – gingivitin əlamətidir. Vaxtında müalicə olunmayan gingivit isə parodontoz xəstəliyinə və dişəti qidalanmasının pozulması səbəbindən sağlam dişlərin tökülməsinə aparıb çıxarır.

Ağız boşluğunun, dişətinin və dişlərin sağlamlığını qorumaq üçün diş fırçalarının sərtliyinə diqqət yetirmək, təbii diş məcunlarına üstünlük vermək və azı hər altı aydan bir həkim müayinəsinə getmək lazımdır.

 

       RESEPTLƏR 

  • İstənilən bitki yağı – günəbaxan, zeytun, çaytikanı, raps yağından 1 xörək qaşığı götürülür və ağız boşluğu 2-3 dəqiqə ərzində qarqara edilir. Yağ qida və soyulmuş epitel qalıqlarını təmizlədiyi üçün pis qoxunu aradan qaldırır.
  • 2 xörək qaşığı zeytun yağı 1 çay qaşığı duzla qarışdırılır və alınan qarışıqla səhər və axşam 3 dəqiqə ağız yaxalanır. Prosedurdan sonra yarım saat müddətində qida qəbul olunmur.
  • Təzə şam iynələri fitonsidlərlə zəngin olduğundan 2-3 ədəd iynənin çeynənilməsi ağızda olan bakteriyaları öldürür və qoxunu aradan qaldırır.
  • 2 xörək qaşığı yovşan otu 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənir, süzüldükdən sonra gündə 3-4 dəfə ağız yaxalanır.
  • 1 xörək qaşığı çiyələk yarpaqları və eyni miqdarda çiyələk meyvələrinin üzərinə 1 stəkan qaynar su əlavə olunur, dəmlənib süzüldükdən sonra ağız boşluğu mütəmadi olaraq yaxalanır.
  • Bərabər miqdarda aptek çobanyastığı çiçəkləri, gicitkən yarpaqları, dazıotu və palıd qabıqları qarışdırılır, qarışıqdan 2 xörək qaşığı 3 stəkan suda dəmlənir və gün ərzində qara çay əvəzinə içilir.
  • Ağız boşluğu və boğaz gündə 3-5 dəfə 1 xörək qaşığı (15 ml ) Stomanginol məhlulu ilə 3-5 dəqiqə ərzində qarqara edilir. Qarqaradan sonra 30 dəq. müddətində maye və ya qida qəbulu məsləhət görülmür.
  • Hər dəfə yemək yedikdən sonra yarım çay qaşığı zəncəfil tozu və ya 1-2 dilim təzə zəncəfil kökü çeynənilir. Bu məqsədlə cəfəri və ya andız köklərindən də istifadə oluna bilər.
  • 1 xörək qaşığı kəklikotu 1 stəkan qaynar suda dəmlənir və gün ərzində ağız yaxalanır.
  • Qıtıqotu (xren) kökləri sürtgəcdən keçirilir, alınan kütlədən 1 xörək qaşığı 1 stəkan 40 faizli spirtdə arada çalxalamaq şərtilə 3 gün dəmlənir. Alınan cövhərdən 1 xörək qaşığı 1 stəkan qaynadılmış suya qarışdırılır, gündə 3-4 dəfə ağız boşluğu yaxalanır.
скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem