HERBA FLORA







Limfa şəffaf rəngli hüceyrəarası mayenin sirkulyasiya edən halıdır. Qan damarlarından sızaraq əmələ gəldiyinə görə öz tərkibi ilə qana çox yaxındır. Limfa əsasən qidalandırıcı və müdafiə funksiyaları daşıyır, hüceyrələrin qidalı maddələrlə təminatını artırır, mübadilənin artıq məhsullarını, məhv olmuş leykositləri, faqositləri, mikrob və virusları orqanizmdən xaric edir, orqanizmin immunitetini və tonusunu yüksəkdir, limfatik sistemdə zülallar, maye və duzlar zərərsizləşərək yenidən qana qayıdır.

 

Orqanizmdə olan toxumaarası mayenin 1-2 litrə qədəri sirkulyasiyadadır. Limfa damarlarının birləşərək əmələ gətirdiyi düyünlərdə bakteriya, virusonların toksinləri zərərsizləşdirilir. Hüceyrəarası mayeyə asanlıqla daxil olan zəhərli maddələr və bakterial toksinlər limfa düyünlərində neytrallaşaraq ümumi axına qarışılır. Limfa damarlarındakı qapaqlar onun birtərəfli axımını təmin edir. Həmin sistemdə dövranın hərəkət intensivliyi mübadilə proseslərinin dinamikasını artırır, zəifləməsi və durğunluğu isə hüceyrə və toxumaların fəaliyyətinin ləngiməsinə, hətta sönməsinə səbəb olur.

 

Limfa düyünlərinin, dalağın və ümumilikdə orqanizmin şlaklarla zəhərlənməsi və yüklənməsi nəticəsində immun sistemin qoruyucu və müdafiə funksiyası zəifləyir. Ona görə də limfa sisteminin təmizlənməsi, xüsusilə ürək-damar, böyrək sistemi xəstəlikləri olanlar, tez-tez xəstələnənlər, xroniki yorğunluqdan, dəri xəstəliklərindən, endokrin sistemin xəstəliklərindən, oynaq xəstəliklərindən əziyyət çəkənlər üçün olduqca vacibdir.

 

Həmin prosedura başlamazdan əvvəl yoğun bağırsaqlar qaraciyər təmizlənməlidir. Limfanın təmizlənməsi nəticəsində immun müqaviməti yüksəlir, orqanizmin infeksiya və xəstəliklərə qarşı dayanıqlığı, enerjisi və iş qabiliyyəti artır.

 

 RESEPTLƏR  

 Uoker üsulu 

Hərəsindən 900 ml təzə sıxılmış qreypfrut və portağal şirəsi, 200 ml limon şirəsi 2 litr filtirasiya olunmuş və ya dondurulub əridilmiş su ilə qarışdırırlır. Qarışığın həcmi 4 litr olmalıdır.

2 litr suya 2 xörək qaşığı alma sirkəsi qatılaraq səhər acqarına imalə edilir, sonra 100 ml suya 1 xörək qaşığı maqnezium-sulfat duzu qarışdırılıb ilıq halda içilir və bundan sonra isti duş qəbul edilir. Duz məhlulunun qəbulundan yarım saat sonra sitrus meyvələrindən hazırlanmış 200 ml şirə qəbul edilir, daha sonra hazırlanmış şirə qurtarana qədər hər 30 dəqiqədən bir 100 ml qəbul edilir. Təmizləmə 3 gün aparılır və prosedur zamanı orqanizmdən 10-12 litrə yaxın toksiki limfa xaric olunaraq yenisi ilə əvəz olunur. Həmin müddətdə başqa qida qəbul edilmir. 3 gündən sonra tərəvəz şirələri və çiy halda tərəvəz, daha sonra sıyıqlar yemək, 2-3 gündən sonra isə normal qidalanmaya keçmək olar.

Proseduru appendisit, sitrus meyvələrinə qarşı allergiya və şəkərli diabet xəstəliyi zamanı aparmaq məsləhət deyil.

 

 Ballı şirə  

Hər birindən 2 kiloqram çuğundur, yerkökü, nar, quşüzümü və limonun ayrılıqda şirəsi sıxılır, qarışdırılır, üzərinə 2 kiloqram bal əlavə edilərək soyuducuda saxlanır. Alınan qarışıqdan 50 ml eyni miqdarda isti su ilə qarışdırılaraq səhər acqarına qəbul edilir. Prosedur 10 gün aparılır, 5 gün fasilə verəndən sonra qarışıq qurtarana qədər davam etdirilir və onun ildə 2 dəfə – yaz və payız aylarında aparmaq məsləhətdir.

 

 Limon və bal 

81 ədəd limon qabıqları ilə birlikdə sürtgəcdən keçirilir, üzərinə 0,5-1 kq bal əlavə edilərək yeyilir. Limonların sayı günlərə uyğun olaraq artırılır. Birinci gün 1, ikinci gün 2, üçüncü gün 3 və nəhayət ardıcıllıqla 9 limona çatanda hər gün 1 limon azaldılaraq müalicə davam etdirilir. Prosedurun ilk günündə bağırsaqları şlaklardan təmizləmək üçün təmizləyici, sonra isə günaşırı imalə edilir.

Prosedur 17 gün davam edir və qidalanma adi qaydada aparılır.

 

 Dəmrovotu şirəsi 

Təzə və yuyulmuş dəmrovotu ətçəkən maşından keçirilir, tənzif parçadan süzülür. 450 ml dəmrovotu şirəsi üzərinə 70 ml 96 %-li spirt əlavə edilərək soyuducuda saxlanır. Səhər yeməyindən əvvəl 1, günorta yemyindən əvvəl 2, axşam yeməyindən əvvəl 3 damcı olmaqla qəbul 15 damcıya çatana qədər artırılır, sonra mütəmadi olaraq damcıların sayı günbəgün azaldılaraq 1 damcıya çatdırılır.

 

 Zəncəfil 

Quru zəncəfil qəhvəüyüdəndə üyüdülür, gündə 3 dəfə 2 qram qəbul edilir. Doğranaraq xırdalanan 1 çay qaşığı təzə zəncəfil kökü üzərinə 200 ml qaynar su əlavə edilir, 15-20 dəqiqə dəmlənərək qəbul edilir.

 

Aygün HÜSEYNOVA,  

həkim-pediatr   

скачать dle 10.6фильмы бесплатно






Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem