HERBA FLORA






Nat Udi Hindi

(Aquilaria agallocha)

Cənubi Asiyada, Malay adalarında, Hindistanda yetişən bir ağacdır.

Kimyəvi tərkibi: 3,4-dihidroksi-dihidroaqarofuran, 4-hidroksi-dihidroaqarofuran, aqarol, aqarospirol, aqarotetrol, alfa-aqarofuran, akviloxin, benzilaseton, beta-aqarofuran, qmelofuran, liriodenin.

 

Farmakoloji təsiri:

Nat-Udi Hindi çox güclü antibakterial təsirə malikdir. Xüsusən də vərəm mikobakteriyalarına (Mycobacterium tuberculosis) və dizenteriya şigellalarına (Shigella dysenteriae) qarşı daha aktivdir. Antihistamin və antiastmatik effekt verir, həzm fermentlərinin ifrazını və bağırsaqların peristaltikasını tənzimləyir, iştahanı və həzmi yaxşılaşdırır. Orqanizmi tonuslandırır, zehni fəaliyyəti və yaddaş qabiliyyətini artırır. Böyrəklərdə və sidik yollarında olan iltihabı azaldır. Kişilərdə cinsi qabiliyyəti artırır.

 

İstifadəsinə göstəriş:

Faringit, badamcıqların iltihabı

Bronxial astma, xroniki bronxit, vərəm

Qastrit, kolit

Dizenteriya, müxtəlif mənşəli ishallar

Hepatit

Baş ağrısı, depressiya

Böyrək daşı, enurez

Revmatizm

Cinsi zəiflik

Dəri xəstəlikləri.

 

Əks göstəriş: Preparata qarşı fərdi həssaslıq.

 

Əlavə təsirləri: Preparatın göstərişə və təyin olunmuş dozaya əsasən istifadəsi zamanı heç bir əlavə təsir qeyd olunmamışdır.

 

İstifadə qaydası və dozalanma: Gündə 3 dəfə hər dəfə 2 kapsul yeməkdən sonra daxilə qəbul edilir. Qəbul müddəti 10 gündür. Udi Hindinin tozu qarqara və maska şəklində istifadə oluna bilər. Bir neçə kapsulu açıb toza qaynar su və 1 çay qaşığı bal əlavə edib, alınan məhlulla gündə 2-3 dəfə qarqara etmək olar. Udi Hindi tozunun bal ilə qarışığı üzdəki ləkələri və çilləri aparır. Qarışığı almaq üçün bitkinin tozu bal və su ilə qarışdırılır.

 

Buraxılış forması: 400 mq-lıq 100 kapsul.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem