HERBA FLORA






Teazol çayı

(qurdqovucu çay)

Tərkibi:

Adi dağtərxunu çiçəyi, tozağacı tumurcuğu, dərman pişikotu kökü, andız kökü, işlədici murdarça meyvəsi, adi yovşanotu, dazıotu, öksəotu, mayasarmaşığı qozaları.

 

Kimyəvi tərkibi:

Adi dağtərxunu çiçəyinin tərkibində efir yağları, flavonoidlər, aşı və acı maddələr, karotinoidlər, C vitamini vardır. Tozağacı tumurcuğunun tərkibində efir yağları, palmitin turşusu, alkaloidlər, flavonoidlər, aşı maddələri, qətran vardır. Dərman pişikotu kökünün tərkibində 3-3,5%-ə qədər efir yağları, izovalerian turşusu, bornilizovalerianat, aşı maddələri, qətran, üzvi turşular, makro- və mikroelementlər vardır. Andız kökünün tərkibində 44%-ə qədər inulin, saponinlər, acı maddələr, efir yağları, qətran, selik, E vitamini, makro- və mikroelementlər vardır. İşlədici murdarça meyvəsinin tərkibində antraqlikozidlər, flavonoidlər, üzvi turşular, aşı maddələri, makro- və mikroelementlər vardır. Adi yovşanotunun tərkibində efir yağları, karotin, tiamin, askorbin turşusu, xolin, inulin vardır. Dazıotu otunun tərkibində 13%-ə qədər aşı maddələri, hiperin, hiperisin, azulen, P, PP və C vitaminləri, karotin, xolin vardır. Öksəotu otunun tərkibində alkaloidlər, qlikozidlər, aşı maddələri, mineral duzlar, karotin və askorbin turşusu vardır. Mayasarmaşığı qozalarının tərkibində lupulin, xumulin, efir yağları, flavonoidlər, B1, B3, B6, PP vitaminləri və aşı maddələri vardır.

 

Farmakoloji təsiri:

Güclü qurdqovucu, işlədici, iltihab əleyhinə, spazmolitik, antiallergik, sedativ və iştahartırıcı təsir göstərir.

 

İstifadəsinə göstəriş:

  • Nematodozlar – enterobioz, askaridoz, ankilostomidoz, trixinellyoz, trixosefalyoz
  • Sestodozlar – tenioz, teniarinxoz
  • Lyamblioz

 

Əks göstəriş:

Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası:

2 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

2-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 4 dəfə, hər dəfə 15 ml (1 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 45 ml (3 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 65 ml (1/3 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Müalicə kursu enterobiozda 10 gün, askaridoz və digər nematodozlarda 1 ay, sestodozlarda 2 ay, lyambliozda 3-4 aydır.

 

Buraxılış forması: 25 filtr-bağlama.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem