HERBA FLORA






Teader çayı

(dəri xəstəlikləri üçün çay)

Tərkibi:

Yatıqqanqal otu, aptek çobanyastığı çiçəyi, çöl qatırquyruğu otu, gicitkən yarpağı, qaraqınıq otu, bənövşə otu, kəklikotu, dərman pişikotunun kökü, şirin biyan kökü.

 

Kimyəvi tərkibi:

Yatıqqanqal otunun tərkibində flavonoidlər, 6,5% aşı maddələri, karotin, askorbin turşusu, selik, acı maddələr və s. vardır. Aptek çobanyastığı çiçəyinin tərkibində efir yağları (xamazulen və s.), flavonoidlər, karotin, C vitamini və s. vardır. Qatırquyruğu otunun tərkibində saponinlər, qətran, alkaloidlər, flavonoidlər, askorbin turşusu, karotin, üzvi turşular, mineral duzlar, aşı maddələri və s. vardır. Gicitkən yarpağının tərkibində qarışqa turşusu, urtisin qlikozidi, K, B1, B2, C vitaminləri, zülali maddələr, aşı maddələri və s. vardır. Qaraqınıq otunun tərkibində efir yağları, yağ turşuları, flavonoidlər, askorbin turşusu, 19%-ə qədər aşı maddələr, K, Ca, Mn, Cu, Zn və s. vardır. Bənövşə otunun tərkibində qlikozidlər, efir yağları, saponinlər, polisaxaridlər, K, Ca, Mq, Mn, Cu, Zn və s. maddələr vardır. Kəklikotunun tərkibində efir yağları, aşı maddələri, flavonoidlər və mineral duzlar vardır. Pişikotu kökünün tərkibində izovalerian turşusu, bornilizovalerianat, efir yağları, aşı maddələri, üzvi turşular və s. vardır. Biyan kökünün tərkibində qlisirrizin, efir yağları, C vitamini və s. vardır.

 

Farmakoloji təsiri:

Büzücü, bürüyücü, antiseptik, iltihab əleyhinə, hiposensibilizəedici, antiallergik və sedativ təsir göstərir, maddələr mübadiləsini və orqanizmin ümumi müqavimətini yaxşılaşdırır, regenerasiyanı və trofik xoraların sağalmasını sürətləndirir.

 

İstifadəsinə göstəriş:

Ekzema, neyrodermit, eksudativ-kataral diatez, bişməcələr, allergik dermatitlər, gənclik sızanaqları, müxtəlif mənşəli sızanaqlar.

Əks göstəriş:

Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası:

1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Müalicə kursu bişməcə və eksudativ-kataral diatezdə 10 gün, gənclik sızanaqları, ekzema, neyrodermit və allergik dermatitlərdə 1-3 aydır.

Çaydan vanna və islatma şəklində istifadə etmək olar. Bu məqsədlə filtr-bağlamaların sayını və suyun miqdarını artırmaq lazımdır.

 

Buraxılış forması: 25 filtr-bağlama.

 

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem