HERBA FLORA






Stomanginol

(Ağız boşluğu və boğaz üçün təbii antiseptik məhlul)

Stomanginolun  100 ml-nin  tərkibi:

Nanə cövhəri – 16 ml

Gülümbahar cövhəri - 10 ml

Adaçayı cövhəri – 12 ml

Qliserin - 10 ml

Təmizlənmiş su – 52 ml

Gülümbahar çiçəyi

Karotinoidlər

Acı maddə-kalenden

Qlikozidlər-kalendulozid

Fitonsidlər

Gülümbahar cövhəri ağız boşluğunun  selikli qişasında iltihabi proses əmələ gətirən patogen mikroorqanizmlərə bakterisid, dezinfeksiyaedici təsir göstərir. İltihabın sorulmasını və regenerasiyanı sürətləndirir. Diş daşlarının təmizləndikdən sonra əmələ gəlməsinin qarşısını alır.

Adaçayı yarpağı (Sürvə)

Efir yağı - sineol

Flavanoidlər

Alkaloidlər

Üzvi turşular

P və PP vitaminləri

Aşı maddələri

Bitki antibiotiki - salvin

Adaçayı cövhəri antiseptik və iltihabəleyhinə təsir göstərir. Iltihab əleyhinə təsir aşı maddələrlə, antiseptik  təsir isə efir yağı sineol və salvinlə əlaqədardır. Salvin hətta qızılı stafilokoklara bakteriostatik təsir edir.

İstiotlu nanə yarpağı

Efir yağları - mentol, menton, puleqon

İzovalerian və sirkə turşusu ilə mentol spirtinin mürəkkəb efiri

Antiseptik və ağrıkəsici təsir göstərir. Ağız boşluğunun selikli qişasının nın kapilyar qan dövranını yaxşılaşdırır. Regenerasiyanı və eroziyaların sağalmasını sürətləndirir. Mentol çox güclü antiseptik kimi ağız boşluğunda olan bütün növ patogen mikrofloraya təsir edir. Spazmolitik və sakitləşdirici təsir göstərir. Efir yağları ağızdan xoşagəlməz qoxunun gəlməsinin qarşısını alır.

Qliserin – suda və spirtdə yaxşı həll olan bioloji qida əlavəsidir. Yumşaldıcı təsiri olduğuna görə diş daşlarını və ərplərini  yumşaldıb tədricən parçalanmasına kömək edir.

Farmokoloji təsiri:

Stomanginol  antiseptik, iltihab əleyhinə, ağrıkəsici, yarasağaldıcı ağız boşluğu və boğaz üçün təmizləyici təsirə malikdir.

İstifadəsinə  göstərişlər:

Diş ərpləri

Diş daşları

Halitoz ( ağızdan xoşagəlməz qoxunun gəlməsi)

Stomatoloji xəstəliklər (gingivit, stomatit, parodontit)

Boğaz xəstəlikləri (angina, tonzillit)

İstifadə qaydası:

Stomanginoldan istifadə etməzdən əvvəl ağız boşluğu və boğaz ilıq su ilə yaxalanmalıdır. Bundan sonra vasitədən 1 xörək qaşığı (15 ml ) götürüb  gündə 3-5 dəfə ağız boşluğunu və ya boğazı 3-5 dəqiqə ərzində qarqara etmək lazımdır. Qarqaradan sonra 30 dəq. ərzində maye və ya qida qəbulu məsləhət görülmür.

Əks göstəriş:

Vasitənin tərkibindəki komponentlərə qarşı fərdi allergik həssaslıq.

Buraxılış forması: 100 ml







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem