HERBA FLORA






 
Bronxonat
 
Tərkibi:
Dəvədabanı yarpağının, böyük bağayarpağı yarpağının, bənövşə otunun və şirin biyan kökünün duru ekstraktı,
şəkər şərbəti, limon turşusu, natrium-benzoat.
 
İstifadəsinə göstəriş:
Traxeit, kəskin və xroniki bronxit, pnevmoniya, KRX.
 
İstifadə qaydası:
1–6 yaş 1–2 çay qaşığı 2-3 dəfə
6–12 yaş 1–2 xörək qaşığı 3 dəfə
12 yaşdan yuxarı, böyüklər 2–3 xörək qaşığı 3 dəfə.
 
Əlavə təsirləri və əks göstərişləri:
Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Tərkibində şəkər olduğuna görə şəkərli diabetlə xəstə olanlar şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Saxlanılması:
Sərin və uşaqların əlinin çatmayacağı yerdə saxlayın.
Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır.

İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin. Buraxılış forması: Flakonlarda 250 ml.
 


Hepanat

Tərkibi:
Solmazçiçəyi çiçəyinin, dazı otunun, boymadərən otunun, andız kökünün,
itburnu meyvəsinin, yatıqqanqal otunun və zəyərək toxumunun duru ekstraktı,şəkər şərbəti, limon turşusu, natrium-benzoat.
 
İstifadəsinə göstəriş:
Qaraciyərin piy distrofiyası, hepatitlər, qaraciyər sir- rozu,
öd kisəsi və öd yollarının iltihabi xəstəlikləri.
 
İstifadə qaydası:
1 yaşa qədər 0.5–1 çay qaşığı 2-3 dəfə
1–5 yaş 1–2 çay qaşığı 2-3 dəfə
5–12 yaş 1–2 xörək qaşığı 3 dəfə
12 yaşdan yuxarı, böyüklər2–3 xörək qaşığı 3 dəfə
 
Əlavə təsirləri və əks göstərişləri:
Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Tərkibində şəkər olduğuna görə şəkərli diabetlə xəstə olanlar şərbətdən ehtiyatla istifadə etməlidirlər.
 
Saxlanılması:
Sərin və uşaqların əlinin çatmayacağı yerdə saxlayın.
Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır.

İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Buraxılış forması: Flakonlarda 250 ml.


Meteonat

Tərkibi:
Aptek çobanyastığı çiçəklərinin, zirə meyvəsinin və qaraqınıq otunun duru ekstraktı,
şəkər şərbəti, limon turşusu, natrium-benzoat.
 
İstifadəsinə göstəriş:
Meteorizm, enteritlər, kolitlər, spastik sindromla müşayiət olunan bağırsaq xəstəlikləri.
 
İstifadə qaydası:
1 yaşa qədər 0.5–1 çay qaşığı 2-3 dəfə
1–5 yaş 1–2 çay qaşığı 2-3 dəfə
5–12 yaş 1–2 xörək qaşığı 3 dəfə
12 yaşdan yuxarı, böyüklər 2–3 xörək qaşığı 3 dəfə
 
Əlavə təsirləri və əks göstərişləri:
Şərbətin tərkibinə daxil olan bioloji ak- tiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Tərkibində şəkər olduğuna görə şəkərli diabetlə xəstə olanlar şərbətdən ehtiyatla istifadə etməlidirlər.
 
Saxlanılması:
Sərin və uşaqların əlinin çatmayacağı yerdə saxlayın.
Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır.
 
İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Buraxılış forması: Flakonlarda 250 ml.
 


Nevronat

Tərkibi:
pişikotu kökünün, damotu otunun, cirə meyvəsinin və razyana meyvəsinin duru ekstraktı,
şəkər şərbəti, limon turşusu, natrium-benzoat.
 
İstifadəsi:
Nevronat şərbətinin tərkibindəki bitkilər bioloji aktiv maddələrlə zəngindir.
Bu bioloji aktiv maddələr sinir oyanıqlığını azaldır, əsəbləri sakitləşdirir, stress və qıcıqlanmanın qarşısını alır.
Həmçinin sinir pozğunluğu ilə əlaqədar meydana aritmiya, təzyiqin yüksəlməsi, baş ağrıları, əzələ ağrıları, həyəcan,
yuxusuzluq, narahatlıq və s. nevrotik proseslərin qarşısını alır. Şərbət sinir xəstəliklərinin profilaktika və
müalicəsi üçün istifadə oluna bilər.
 
İstifadə qaydası:
1 yaşa qədər 0,5-1 çay qaşığından gündə 2-3 dəfə;
1-5 yaş – 1-2 çay qaşığı gündə 2-3 dəfə;
5-12 yaş – 1-2 desert qaşığı gündə 3 dəfə;
12 yaşdan yuxarı, böyüklər – 1-2 xörək qaşığı gündə 3 dəfə.
 
Əlavə təsirləri və əks göstərişlər:
Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Tərkibində şəkər olduğuna görə şəkərli diabetlə xəstə olanlar ehtiyatla istifadə etməlidir.
 
İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Buraxılış forması: Flakonlarda 250 ml.

Renokaps
 
Tərkibi:
gülümbahar çiçəyinin, gicitkən yarpağının, adi boymadərən otunun, razyana meyvəsinin,
çöl qatırquyruğu otunun və tozağacı yarpağının duru ekstraktı, şəkər şərbəti, limon turşusu, natrium benzoat.
 
Farmakoloji təsiri:
Renokaps şərbətinin tərkibindəki bitkilər bioloji aktiv maddələrlə zəngindir.
Bu bioloji aktiv maddələrin hesabına şərbət maddələr mübadiləsini tənzimləyir, böyrək və sidik axarlarına iltihab əleyhinə,
uroseptik təsir göstərir, diurezi artırır, sidiklə zülal itkisinin qarşısını alır. Spazmolitik, sidikqovucu effektlərə malikdir,
regenerasiyanı sürətləndirir. Sidikdə müdafiə kolloidləri yaradaraq mineral komponentlərin kristallaşmasının qarşısını alır.
 
İstifadəsinə göstəriş:
Pielonefrit, sistit, uretrit, hamiləliyin II yarısının toksikozu (periferik ödemlər, nefropatiya)
 
İstifadə qaydası:
1-5 yaş – 1-2 çay qaşığı gündə 2-3 dəfə;
5-12 yaş – 1-2 desert qaşığı gündə 3 dəfə;
12 yaşdan yuxarı, böyüklər – 1-2 xörək qaşığı gündə 3 dəfə.
 
Əlavə təsirləri və əks-göstərişlər:
Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Tərkibində şəkər olduğuna görə şəkərli diabetlə xəstə olanlar ehtiyatla istifadə etməlidir.
 
İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Buraxılış forması: Flakonlarda 250 ml.

 
 
 

Şəfa Vitamini
 
 
Tərkibi:
təzə qarağat şirəsi, təzə böyürtkən şirəsi, təzə çuğundur kökmeyvəsinin şirəsi, evkalipt, kəklikotu, dazıotu,
şirin biyan və sütül qozun ekstrakları, şəkər şərbəti, natrium-benzoat.

Farmakoloji təsiri:
İmmun sistemi möhkəmləndirir,
qanyaranmanı sürətləndirir, qanazlığının qarşısını alır, orqanizmin vitamin və minerallara qarşı tələbatını ödəyir,
qan dövranını normallaşdırır, həzmi və maddələr mübadiləsini yaxşılaşdırır, soyuqdəymə əleyhinə təsir edir, təbii antioksidantdır.

İstifadəsinə göstəriş:
Hipo- və avitaminozların, anemiyanın profilaktika və müalicəsi, uzunsürən xəstəliklər və hamiləlik zamanı vitamin
və mineral çatışmazlığın korreksiyası, natamam qidalanma, məktəbyaşlı uşaqlarda psixoemosional və fiziki yüklənmə,
boy və inkişafdan geriqalma, qidaya diyetik vitaminli əlavə kimi, antibiotikoterapiyanın effektivliyinin artırılması
və əlavə təsirlərinin azaldılması üçün.

Əks göstəriş:
şərbətin komponentlərinə qarşı fərdi həssaslıq, şəkərli diabet.
 
İstifadə qaydası:
1-3 yaş – 0,5 çay qaşığından (2,5 ml) gündə 2 dəfə
3-5 yaş – 1 çay qaşığı (5 ml) gündə 2 dəfə
5-7 yaş – 1 desert qaşığı (10 ml) gündə 2 dəfə
7-12 yaş – 1 xörək qaşığı (15 ml) gündə 2 dəfə
12 yaşdan yuxarı, böyüklər – 1-2 xörək qaşığı (15-30 ml) gündə 2 dəfə.
Yeməkdən 15-20 dəqiqə əvvəl daxilə qəbul edilir.

İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Buraxılış forması: Flakonlarda 250 ml.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem