HERBA FLORA






 


Herba Flora Sergi 2014
Herba Flora Sərgi 2014
 
Herba Flora Sergi 2015
Herba Flora Sərgi 2015
 
 
 
Beşinci dəfə beynəlxalq sərgidə

Ənənəvi olaraq sentyabrın axırlarında keçirilən XX Azərbaycan Beynəlxalq Səhiyyə, VIII Gözəllik və Estetik Tibb Sərgisi – “BİHE – 2014”də ildən-ilə iştirakçı şirkət və ölkələrin sayı artır. Bu ilki sərgi də bu baxımdan istisnalıq təşkil etməmişdir – “Bakı Ekspo Mərkəzi”ndə 17 ölkədən 147 şirkətin iştirakı ilə keçirilən sərgi həm də ziyarətçilərin çoxluğu ilə əlamətdar olmuşdur. Sərgi keçirildiyi 20 il ərzində yeni texnologiyaların tətbiqinə böyük töhfə verməklə yanaşı tibbi təyinatlı avadanlıq və məhsulların istehsalçıları, klinika rəhbərləri, həkim və tibb sahəsində çalışan mütəxəssislərin mühüm görüş yerinə çevrilmişdir. Üç gün davam edən sərgidə çoxlu əməkdaşlıq müqavilələri imzalanmışdır.
Qısaca olaraq “Səhiyyə sərgisi” adlandırılan tədbirdə hər il olduğu kimi, bu il də Herba Flora şirkətinin çoxsaylı məhsulları çox böyük maraq doğurmuşdur. Ziyarətçi və qonaqlara təklif olunan “Azərbaycan buketi” fitoçayı buketi heç kəsi biganə qoymurdu. Ətirli və dadlı çay stendin qarşısından keçən hər kəsi ayaq saxlamağa, şirkətin istehsal etdiyi məhsullarla maraqlanmağa həvəsləndirirdi. Təbii məhsullar və onların keyfiyyəti, çeşid rəngarəngliyi və stendin səliqə-sahmanı sərginin ziyarətçilərində xoş təəssürat oyadırdı. Şirkət bu dəfəki sərgiyə yeni məhsul olaraq Antixol çayı, Teaqrip çayı, Fitoton üz maskaları və Fitolosyonlar çıxarmışdı. Məhsulların hər biri kifayət qədər böyük maraq və rəğbətlə qarşılandı.
Artıq beşincı dəfə “BİHE” beynəlxalq sərgisinə qatılan Herba Flora şirkəti tədbirin daimi iştirakçısına çevrilmiş və elə bu ardıcıllığına görə sertifikata layiq görülmüşdür. Məhsulların yüksək səviyyədə nümayişinə görə şirkətə daha bir sertifikat verilib.
Üç iş günü ərzində keçirilən sərgi köhnə tərəfdaşların və həkimlərin görüş yerinə çevrilməklə yanaşı, yeni əməkdaşlıq əlaqələrinin qurulması, habelə bazarın qiymətləndirilməsi, perspektivli müqavilələrin imzalanması və sərmayələr yatırılması baxımından geniş imkanlar yaradır. Ümid etməyə dəyər ki, sərgidə əldə edilən təcrübə mübadiləsi ölkədə ixtisaslaşdırılmış tibbi yardımın keyfiyyətinin artırılmasına və inkişafına böyük töhfə verəcəkdir.
 
Yeganə yerli istehsalçı kimi

İldən-ilə həm iştirakçıların, həm ziyarətçiləri-nin say çoxluğu ilə maraq doğuran XXI Azərbaycan Beynəlxalq Səhiyyə, VIII Gözəllik və Estetik Tibb Sərgisi – “BIHE – 2015” bu il də istisnalıq təşkil etmədi. “Bakı Ekspo Mərkəzi”ndə keçirilən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası (ASA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənən bu ilki sərgidə dünyanın 16 ölkəsindən 189 şirkət iştirak etmişdir. Bircə faktı göstərmək yerinə düşər ki, “Gözəllik və Estetik Tibb” sərgisinin iştirakçılarının sayı ötən ilki ilə müqayisədə 12 faiz çox olub və onların təxminən 60 faizi xarici şirkətlər təşkil edib.
Yerli eksponentlər nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların aparıcı distribyutorları tərəfindən təmsil olunurdu.
Üç gün davam edən sərgidə həmişəki kimi bu dəfə də “Herba Flora” yeganə istehsalçı yerli şirkət idi. Tədbirin “Gözəllik sərgisi” adlandırılan hissəsində peşəkar kosmetika, habelə dəriyə, bədənə və saçlara qulluq vasitələri, gözəllik salonları üçün avadanlıqların geniş çeşidi, kosmetoloji aparatlar və digər məhsullar nümayiş etdirilirdi. Lavanda, zeytun yarpaqları, sarımsaq, çobanyastığı və gicitkən ekstraktları əsasında hazırlanan Fitoton şampunları, eləcə də qadınlar üçün Fitoton ətirləri həmin məhsullar arasında idi və heç də təsadüfi deyildir ki, həm iştirakçılar, həm də ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmışdır. Sərgidə altıncı dəfə iştirak edən “Herba Flora”nın layiq görüldüyü “Best Corporate style” sertifikatını da həmin marağın nəticəsi hesab etmək olar.
Tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan beynəlxalq sərgi yeni əməkdaşlıq layihələrinin qurulması sahəsində də geniş pers-pektivlər vəd edir. Ümid etməyə dəyər ki, sərgi sağlamlıq və gözəlliyin qorunması, bu sahədə keyfiyyətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru yeni bir addım olacaqdır.
 

 
 
 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem