HERBA FLORA






Nat-Sarımsaq

(Allium sativum)

 

Kimyəvi tərkibi: Vitamin C, D, B qrupu (B1, B2, B6), 17 amin turşu, mikroelementlər (Fe, Mn, Zn, Se), külli miqdarda fitonsidlər, fitosterinlər, polisaxaridlər, allisin və diallildisulfid kükürdlü birləşmələri.

 

Farmakoloji təsiri:

Nat-sarımsaq antivirus, antibakterial, göbələk əleyhinə, qurdqovucu, iltihab əleyhinə, sidikqovucu, ödqovucu, antioksidant və şiş əleyhinə təsirlərə malikdir. Qanda şəkərin və xolesterinin səviyyəsini azaldır, qanı durulaşdırır, aterosklerozun, ürək-damar sistemi xəstəliklərinin yaranma riskinin qarşısını alır, arterial təzyiqi normallaşdırır, immun sistemi aktivləşdirir. İştahı və həzmi yaxşılaşdırır. Tük soğanaqlarını möhkəmləndirir və saçların tökülməsinin qarşısını alır. Orqanizmin yaşlanmasını ləngidir.

 

İstifadəsinə göstəriş:

Qrip, soyuqdəymə və KRX-in müalicə və profilaktikası

Ateroskleroz, hipertoniya, stenokardiya

Tromboflebit

Öd yollarının disfunksiyası

Helmintozların müalicə və profilaktikası

Şəkərli diabet

Klimaks və predmenstrual sindrom

İmmunodefisit hallar

Onkoloji xəstəliklərin profilaktikası.

 

Əks göstəriş: Mədə və onikibarmaq bağırsaq xorası, hamiləlik, laktasiya dövrü, 3 yaşına qədər uşaqlar və preparata qarşı fərdi həssaslıq.

 

Əlavə təsirləri: Qastrointestinal əlamətlər (ürəkbulanma, mədədə yanma, köp), bağırsaq mikroflorasında dəyişiklik, allergik reaksiyalar.

 

İstifadə qaydası və dozalanma: Gündə 1 dəfə 1-2 kapsul yeməkdən sonra və ya yeməkarası bol miqdarda su ilə daxilə qəbul edilir. Qurd xəstəlikləri zamanı gündəlik dozanı 3 kapsuladək artırmaq olar.

 

Diqqət! Preparatla müalicə zamanı spirtli içki qəbul etmək olmaz. Koaqulopatiyalı xəstələr preparatdan istifadə etməzdən öncə həkimlə məsləhətləşməlidir.

 

Buraxılış forması: 400 mq-lıq 100 kapsul.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem