HERBA FLORA






 

Ərküdə meyvəsi

 

Farmakoloji təsiri:

Ərküdə meyvəsi prolaktin ifrazını azaldır, süd vəzilərində gedən fibrokistik proseslərin sorulmasına və siklik ağrı sindromunun aradan qalxmasına səbəb olur. Cinsi hormonların səviyyəsini tənzimləyir, sarı cismin funksional çatışmazlığı ilə əlaqədar menstrual sikl pozulmalarını aradan qaldırır. Estradiol və progesteron arasındakı disbalansı tənzimləyir. Predmenstrual sindromun əlamətlərini (psixoemosional labillik, baş ağrıları, siklik mastodiniya, ödemlər) azaldır, sonsuzluğun müalicəsində istifadə olunur. Ərküdə meyvəsi menopauza ilə əlaqəli hormonal disbalansı tənzimləyir.

 

İstifadəsinə göstəriş:

Fibrokistik mastopatiya, hiperprolaktinemiya, menstrual sikl pozulmaları, predmenstrual, menopauza, sarı cismin hipofunksiyası ilə əlaqədar sonsuzluq.

 

Əks göstəriş:

Hamiləlik və laktasiya dövrü, 12 yaşına qədər uşaqlar, menstruasiya dövrü, fərdi həssaslıq. Oral kontraseptivlərin təsir effektini azaldır.

 

İstifadə qaydası:

Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 30 dəqiqə qaynayan su hamamında dəmlənir, soyudulur və süzülür. Gündə 3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəqiqə əvvəl və ya 1 saat sonra ilıq şəkildə qəbul edilir. Qəbul müddəti minimum 3 aydır.

 

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem