HERBA FLORA






Quşarmudu meyvəsi (üvəz)

 

Famakoloji təsiri:
Polivitamin, diuretik, hipotenziv, damar divarını möhkəmləndirici təsir göstərir. Mədə şirəsinin sekresiyasını və öd ifrazını artıraraq həzmi yaxşılaşdırır. Qanın özlülüyünü artırır, daxili və xarici qanaxmalarda hemostatik (qankəsici), büzücü təsir göstərir. Orqanizmi tonuslandırır, immuniteti stimullaşdırır.


İstifadəsinə göstəriş:
Hipovitaminozlar (C, P, A), immundefisit hallar, qanazlığı, hipoasid qastrit, daşsız xolesistit, hipertoniya, ateroskleroz, müxtəlif mənşəli qanaxmalar, qlomerulonefrit, revmatizm, virus infeksiyaları, dəri xəstəlikləri.


Əks göstəriş:
Hiperasid qastrit, mədənin və 12 barmaq bağırsağın xora xəstəliyi, kəskin ürək-damar xəstəlikləri, qanın laxtalanma sürəti yüksək olan xəstəliklər.


İstifadə qaydası:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 3-4 saat dəmlənir, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən əvvəl daxilə qəbul edilir.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem