HERBA FLORA






Profemin çayı

(ginekoloji çay)

Tərkibi:

Gicitkən yarpağı, çobançantası otu, gülümbahar çiçəyi, çobanyastığı çiçəyi, boymadərən otu, qurdpəncəsinin kökü.

 

Kimyəvi tərkibi:

Gicitkən yarpağının tərkibində dəmir duzları, xlorofil, qarışqa turşusu, pantoten turşusu, urtisin qlikozidi, K və C vitaminləri, zülali maddələr, aşı maddələri və s. vardır. Çobançantası otunun tərkibində alma və limon turşuları, aşı maddələri, fitonsidlər, K, A, B2, C vitaminləri və s. vardır. Gülümbahar çiçəyinin tərkibində karotinoidlər, qlikozidlər, acı maddələr, üzvi turşular və C vitamini vardır. Çobanyastığı çiçəyinin tərkibində karotin, efir yağları (xamazulen), flavonoidlər, C vitamini və s. vardır. Boymadərən otunun tərkibində xamazulen, üzvi turşular, karotin, K və C vitaminləri, aşı maddələri, axillein alkaloidi və s. vardır. Qurdpəncəsi kökünün tərkibində aşı maddələri, qall turşusu, nişasta, C və K vitaminləri və s. maddələr vardır.

 

Farmakoloji təsiri:

İltihab əleyhinə, antiseptik, spazmolitik və qankəsici təsir göstərir, uşaqlıq əzələsinin tonusunu artırır, endometriyanın regenerasiya və epitelizasiyasını sürətləndirir.

 

İstifadəsinə göstəriş:

  • Dismenoreya (polimenoreya, hipermenoreya, alqomenoreya)
  • Vulvit, kolpit, servisit
  • Fibromiomalar (qanaxmalarla müşayiət olunduqda)
  • Doğuş və abortlardan sonra
  • Xarici cinsiyyət üzvlərinin protozoy xəstəlikləri
  • Disvaginoz, kandidoz

 

Əks göstəriş:

Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

Hamiləlik.

 

İstifadə qaydası:

İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən əvvəl qəbul edilir. Müalicə kursu 3-5 həftədir. Xarici cinsiyyət üzvlərinin xəstəliklərində dəmləmədən şırınqa şəklində istifadə olunur.

 

Buraxılış forması: 25 filtr-bağlama.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem