HERBA FLORA






Fosfalitin çayı

(fosfat daşı əleyhinə çay)

Tərkibi:

Qarğıdalı saçağı, toxumsuz lobya qını, istiotlu nanə yarpağı, çöl qatırquyruğu otu,  kəklikotu, ardıc meyvəsi.

 

Kimyəvi tərkibi:

Qarğıdalı saçağının tərkibində beta-sitosterin, piyli yağlar, efir yağları, qlikozidlər, saponinlər, alkaloidlər, K, B1, B2, B6, D, E, C vitaminləri vardır. Toxumsuz lobya qınının tərkibində betain, triptofan, tirozin, leysin, lizin, xolin, asparaqin aminturşuları, hemisellüloza vardır. İstiotlu nanə yarpağının tərkibində mentol, menton, puleqon efir yağları və s. vardır. Çöl qatırquyruğu otunun tərkibində C vitamini, karotin, flavonoidlər, sitosterol və s. vardır. Kəklikotu otunun tərkibində timol, mentol, korvakrol, borneol efir yağları, aşı maddələri və s. vardır. Ardıc meyvəsinin tərkibində efir yağları, sirkə, alma, qarışqa turşuları və s. maddələr vardır.

 

Farmakoloji təsiri:

Litolitik, spazmolitik, diuretik, uroseptik, iltihab əleyhinə təsir göstərir. Maddələr mübadiləsini tənzimləyir, sidiyin pH-nı turş istiqamətdə dəyişir, fosfat daşlarını demineralizasiya edərək, onları əridir. Sidikdə müdafiə kolloidlərini bərpa edir və mineral komponentlərin duzlar şəklində çökməsinin qarşısını alır. Böyrək ləyəni və sidik yolları əzələlərinin tonusunu azaldır, peristaltik yığılmalarını artıraraq kiçik ölçülü daşların və fosfat duzlarının xaric olmasını təmin edir.

 

İstifadəsinə göstəriş:

Böyrəklərdə, sidik axarları, sidik kisəsində fosfat duzları və fosfat daşları olduqda istifadə olunur.

 

Əks göstəriş:

Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası:

1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) ilıq şəkildə yeməkdən sonra, saat 19.00-a qədər daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 30 ml (2 x. q.) ilıq şəkildə yeməkdən sonra, saat 19.00-a qədər daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) ilıq şəkildə yeməkdən sonra, saat 19.00-a qədər daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) ilıq şəkildə yeməkdən sonra, saat 19.00-a qədər daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 200 ml (1 stəkan) ilıq şəkildə yeməkdən sonra, saat 19.00-a qədər daxilə qəbul edilir.

Müalicə kursu 10 gündür.

 

Buraxılış forması: 25 filtr-bağlama.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem