HERBA FLORA






 

Pankreas çayı 

(həzm üçün çay)

 

 

Tərkibi:
Zəncirotu kökü, boymadərən otu, solmazçiçəyi çiçəyi, lobya qını, keşniş toxumu, kasnı otu, aptek çobanyastığı çiçəyi, zəncəfil kökü, razyana meyvəsi.

 

Farmakoloji təsiri:
Mədəaltı vəzin sekretor aktivliyini tənzimləyir.
Ödün ifrazını sürətləndirir.
Zülalların, karbohidratların, yağların həzmini və sorulmasını normallaşdırır.
Bağırsaqların peristaltikasını normallaşdırır.
Meteorizm və sancıların qarşısını alır.

 

İstifadəsinə göstəriş:
Xroniki pankreatit
Dispepsiya (həzmin pozulması)
Meteorizm (köp)
Xroniki xolesistitin, xroniki hepatitin, qaraciyər sirrozunun kompleks müalicəsi.

 

Əks göstəriş: çayın komponentlərinə qarşı fərdi həssaslıq, kəskin pankreatit, xroniki pankreatitin kəskinləşməsi, öddaşı xəstəliyi.

 

İstifadə qaydası:
2 filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəqiqə əvvəl ilıq şəkildə daxilə qəbul olunur.
Qəbul müddəti 30 gündür. 10 günlük fasilədən sonra təkrar qəbul oluna bilər.

Qəbul qaydası həkimin məsləhəti ilə dəyişdirilə bilər.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem