HERBA FLORA






Nat-prostat

Prostat vəzin xəstəlikləri əleyhinə preparat

Tərkibi:

Cırtdan palma meyvəsinin ekstraktı (Saw palmetto) - 200 mq

Gicitkən kökünün ekstraktı - 100 mq

Köməkçi maddə:

Qarğıdalı nişastası - 100 mq.

 

Farmakoloji təsiri:

Cırtdan palma meyvəsinin ekstraktı (Saw palmetto) - prostat vəz hüceyrələrinin böyüməsinə səbəb olan alfa-5-reduktaza fermentini inhibə edir, testosteronun dihidrotestosterona çevrilməsinin qarşısını alır, dihidrotestosteron reseptorlarını blokada edir, bununla da prostat adenoması zamanı  vəzin ölçüsünün kiçilməsinə, müşahidə olunan ağrı, gecə sidiyəgetmə çağırışları, qalıq sidik hissiyyatı kimi əlamətlərin zəifləməsinə səbəb olur, cinsi aktivliyi və nəsilartırma qabiliyyətini gücləndirir. Bundan əlavə saç tökülməsi əleyhinə təsir göstərir, androgenetik alopesiyanın (kişi tipli keçəlləşmə) qarşısını alır.

Gicitkən kökünün ekstraktı - tərkibindəki təbii steroid maddələrin hesabına sidik-cinsiyyət sisteminə antiseptik, tonuslandırıcı təsir göstərir, iltihabi əlamətləri azaldır.

Almaniyada aparılmış araşdırmalardan sonra məlum olmuşdur ki, prostat vəzin adenomasında gicitkən kökünün və palma meyvəsinin birgə istifadəsi onların ayrılıqda istifadəsindən daha effektivdir.

 

İstifadəsinə göstəriş:

Prostat vəzin adenoması

İmpotensiya

Kəskin və xroniki prostatitlər

Sidik yollarının iltihabı

Androgenetik saç tökülməsi

 

Əks göstəriş: Ateroskleroz, hipertoniya, tromboflebit.

 

Əlavə təsirləri: Arterial təzyiqin yüksəlməsi, nadir hallarda qəbizlik.

 

İstifadə qaydası:

Profilaktik məqsədlə gündə 1 dəfə, hər dəfə 1 kapsuldan, müalicə məqsədi ilə gündə 3 dəfə, hər dəfə 1 kapsuldan yeməkdən əvvəl daxilə qəbul olunur. Qəbul müddəti minimum 3 aydır.

Preparat tam təbiidir, uzun müddət istifadə oluna bilər.

 

Saxlanma şəraiti: Quru və sərin, uşaqların əlinin çatmayacağı yerdə saxlayın.

 

Yararlılıq müddəti: 2 il. Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

 

Buraxılış forması: 400 mq-lıq 100 kapsul.

 

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem