HERBA FLORA






Kasnı otu

 

Farmakoloji xüsusiyyətləri:

Sakitləşdirici, büzücü, ödqovucu, sidikqovucu, mikrob əleyhinə, qurdqovucu, iltihab əleyhinə xüsusiyyətləri vardır. Maddələr mübadiləsini və həzmi normallaşdırır, qanda şəkərin miqdarını aşağı salır.

 

İstifadəsinə göstəriş:

Kasnı otunun dəmləməsi qastritdə, qastroenteritdə, hepatitdə, xolesistitdə (həmçinin daşlı xolesistitdə), şəkərli diabetdə, nefritdə və qurd invaziyalarında daxilə qəbul olunur. Dəri səpkilərində, civzələrdə, irinli yaralarda, ekzema və uşaqlarda diatez olduqda xaricə istifadə olunur.

 

İstifadə qaydası:

1 çay qaşığı xammalın üzərinə 200 ml qaynar su tökülür, 15 dəqiqə dəmlənir, süzülür. Gündə 2-3 dəfə yeməkdən əvvəl 100 ml (1/2 stəkan) daxilə qəbul olunur. Xaricə istifadə üçün 20 qr xammalı 500 ml qaynar suda dəmləmək lazımdır.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem