HERBA FLORA






Gicitkən yarpağı

 

İstifadəsinə göstəriş:

Qranulyasiya və epitelizasiyanı, qanın laxtalanması sürətləndirir, eritropoezi stimulyasiya edir, uşaqlığın saya əzələsinin tonusunu artırır, iltihab əleyhinə təsir göstərir. Daxilə mədə-bağırsaq, ağciyər, böyrək, xüsusilə uşaqlıq qanaxmalarında, mədə və 12-barmaq bağırsağın xora xəstəliyində, babasildə, polimenoreyalarda, sızanaqlarda qəbul edilir. Xaricə yanıqlar, trofik xoralar, kataral angina, gingivit, stomatitlər zamanı, eləcə də kəpək və saç tökülməsi əleyhinə vasitə kimi tətbiq edilir. 

 

İstifadə qaydası:

Bir xörək qaşığı xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, soyudulur, süzülür. Daxilə gündə 3-5 dəfə, hər dəfə 1 xörək qaşığı, xaricə vanna və islatma şəklində tətbiq olunur. Saç üçün dəmləmə 5 xörək qaşığı xammal 0,5 l suya nisbətində hazırlanır və saçlar yuyulduqdan sonra yaxalanır.







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem