HERBA FLORA






Diabetea çayı

(şəkərli diabet əleyhinə çay)

Tәrkibi:

Zeytun yarpağı, zәncәfil kökü, sarıkök, tut yarpağı, darçın qabığı, qaragilә zoğları,

mәkkәgülü çiçәyi, әmәkömәci otu, lobya meyvәsinin qını.

 

Farmakoloji tәsiri:

Mәdәaltı vәzin Langerhans adacıqlarını stimulyasiya edәrәk insulin sintezini artırır, qanda

qlükozanın sәviyyәsini azaldır. Hәmçinin tәrkibindәki insulinәbәnzәr maddәlәr hesabına

qlükozanın hüceyrәlәr tәrәfindәn utilizasiyasını artırır. Damar divarını möhkәmlәndirir,

keçiriciliyini tәnzimlәyir, nәticәdә diabetik angiopatiyaların qarşısını alır. Lipid

mübadilәsini tәnzimlәdiyi üçün piylәnmәlәr zamanı istifadә olunur. Susuzluq, ağızda

quruluq vә poliuriya kimi әlamәtlәrin qarşısını alır.

 

İstifadәsinә göstәriş:

I tip şәkәrli diabet

II tip şәkәrli diabet

Diabetönü vәziyyәt

Piylәnmә

 

İstifadә qaydası:

İki filtr-­bağlamanın üzәrinә 200 ml (1 stәkan) qaynar su tökülür, 15 dәq. dәmlәnir, otaq

temperaturunda soyudulur. Gündә 3 dәfә, hәr dәfә 200 ml (1 stәkan) yemәkdәn әvvәl ilıq

şәkildә daxilә qәbul edilir.

 

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem