HERBA FLORA






Fitooil Çaytikanı yağı vərəmumla

Tərkibi:

Çaytikanı yağının tərkibində karotin, E, P, C, B qrupu vitaminləri, üzvi turşular, fosfolipidlər, mikroelementlər (Co, Ni, Mg, Cu, Ag, Fe, Si) var. Vərərumumun tərkibində terpen turşular, bitki qətranı, aşı maddələr, efir yağları, mum, üzvi turşular, flavonoidlər var.

 

Farmakoloji təsiri:

Çaytikanı yağı dəri və selikli qişaların regenerasiyasını stimulyasiya edərək yanıqların, trofik xoraların, mədə və 12 barmaq bağırsaq xoralarının sağalmasını sürətləndirir. Bakterisid, göbələk əleyhinə və ağrıkəsici təsir göstərir. Lipid mübadiləsini tənzimləyir, qanda xolesterinin səviyyəsini azaldır, qan damarların elastikliyini artırır, qaraciyərin piy distrofiyasının qarşısını alır.

Vərəmum güclü antibakterial, antivirus və göbələk əleyhinə təsirlərə malikdir, immun sistemi möhkəmləndirir. Ağrıkəsici, iltihab əleyhinə və yarasağaldıcı xüsusiyyətlərinə görə ağrı ilə müşayiət olunan mədə-bağırsaq xoralarında və trofik xoralarda tətbiq olunur.

 

İstifadəsinə göstərişlər:

  • Yanıq və donmalar
  • Gec sağalan trofik xoralar, fistullar
  • Dərinin mexaniki zədələnmələri, yataq yaraları
  • Ekzema, dermatit, şüa dermatiti, furunkul və çibanlar
  • Mədə və 12 barmaq bağırsaq xoraları
  • Qəbizlik, düz bağırsaq çatları, babasil
  • Uşaqlıq boynunun eroziyaları, endometrit, kolpit, servisit
  • Keratitlər, rinit, haymorit, adenoidit, anginalar
  • Stomatitlər, parodontoz
  • Saç tökülməsi.

Əlavə təsiri: fərdi allergik reaksiya.

 

Əks göstəriş: xolesistit, öd daşı xəstəliyi, pankreatit, diareya, arıçılıq məhsullarına qarşı allergiya.

 

İstifadəsi:

Daxilə gündə 2 dəfə 1 çay qaşığı yeməkdən 20 dəqiqə əvvəl qəbul edilir. Müalicə 30 gün müddətində aparılır.

Xaricə islatma və sarğı şəklində tətbiq olunur, sarğı hər gün dəyişdirilir.

Ginekologiyada gündə 1 dəfə yağda isladılmış tampon şəklində tətbiq olunur. Müalicə 7-14 gün müddətində aparılır.

Düz bağırsaq xəstəliklərində gündə 2 dəfə 1-2 ml mikroimalə şəklində istifadə olunur. Müalicə müddəti 7-14 gündür.

Damcı şəklində gündə 2 dəfə, səhər və axşam hər burun dəliyinə 3 damcı yağ tökülür.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem