HERBA FLORA






Fitooil Ləkəli alaqanqal yağı

Tərkibi:

Karotinoidlər, E, D, K və B qrupu vitaminləri, makro- və mikroelementlər (Se, Zn, Fe, K, Ca), flavoliqnanlar (silibin, silidianin, silimarin).

 

Farmakoloji təsiri:

Güclü  hepatoprotektor təsirə malik olan flavoliqnanlar qaraciyərin funksional vəziyyətinə müsbət təsir göstərir, hepatositlərin membranını möhkəmləndirir, alkoqol və toksiki maddələrin təsirindən zədələnmiş hepatositlərin regenerasiyasını sürətləndirir, qaraciyərdə iltihabi proseslərin qarşısını alır, öd hasilatını artırır, qaraciyərin detoksikasion funksiyasını stimulyasiya edir. Omeqa-6 və omeqa-9 turşuları pozulmuş lipid mübadiləsini və hormonal balansı tənzimləyir, immuniteti möhkəmləndirir və orqanizmi zərərli maddələrdən və toksinlərdən təmizləyir. Antibakterial təsir göstərir, dərinin regenerasiya və epitelizasiyasını sürətləndirir, qaraciyər xəstəliklərində müşahidə olunan dəri əlamətlərinin (“damar ulduzcuqları”, quruma, qabıqlanma) qarşısını alır, saç və dırnaqların möhkəmlənməsini və bərpasını təmin edir. Tərkibində Zn, Mn və Se sayəsində mədəaltı vəzin insulin istehsalını artırır.

 

İstifadəsinə göstəriş:

- Qaraciyərin piy distrofiyası, hepatit, qaraciyər sirrozu, qaraciyərin müxtəlif toksiki maddələrin (alkoqol, təbii və sintetik zəhərlər, ağır metal duzları, dərman preparatları) təsirindən zədələnməsi, öd yollarının diskineziyası, xolangit, öd daşı xəstəliyi

- Qastrit, kolit və enterokolit, mədə və 12-barmaq bağırsağın xora xəstəliyi, qəbizlik  və  hemorroyun  kompleks müalicəsi

- Ateroskleroz, hipertoniya, ÜİX, venaların varikoz genişlənməsi, piylənmə, infarkt və insultların kompleks müalicəsi və profilaktikası

- Uşaqlıq boynunun eroziyası, kolpit, endoservisit, atrofik vaginitin kompleks terapiyası

- Stomatit, gingivit, parodontit, atrofik rinitin kompleks terapiyası

- Göz xəstəliklərinin müalicə və profilaktikası

- Anemiyanın kompleks müalicəsi və profilaktikası

- Ağır xəstəliklər və ya əməliyyatlardan sonrakı reabilitasiya dövrü, onkoloji xəstəliklərin profilaktikası

- Şəkərli diabet

 

İstifadə formaları və qaydası:

Yağ daxilə qəbul və applikasiya şəklində tətbiq edilir. Gündə 2-3 dəfə 1 çay qaşığı yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Mədə xorası zamanı isə gündə 3 dəfə 1 desert qaşığı daxilə qəbul edilir. Yağın minimal qəbul müddəti 1-2 aydır. Müalicə kursu ildə 3 dəfə  təkrarlanmalıdır. Uşaqlıq yolu xəstəliklərində tampon şəklində tətbiq olunur.

 

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem