HERBA FLORA






AĞRIMAZ  krem

 

Tərkibi (100 ml-də):

Qara zirə yağı – 18 ml

Küncüt  yağı – 18 ml

Propolis – 1 qr

Evkalipt efir yağı – 2 qr

Acı qırmızı bibərin qatı ekstraktı – 6 ml

Meymun almasının qatı ekstraktı – 6 ml

Krem əsası – 53 qr.

 

Farmakoloji qrupu:

Ağrıkəsici, iltihab əleyhinə.

 

Farmakoloji təsiri:

Məlhəmin tərkibində olan təbii ağrıkəsici maddələr dəridən sorularaq ağrı reseptorlarını blokada edir, dərini qızışdırır, yerli olaraq qan dövranı və oksigen mübadiləsini yaxşılaşdırır, iltihabi əlamətləri zəiflədir. Ağrı sindromu ilə müşayiət olunan əzələ, oynaq və sinir xəstəlikləri, müxtəlif  qapalı travmalar zamanı güclü ağrıkəsici effekt verir. Yerli anestetik və ağrıkəsici təsiri dəriyə çəkildikdən 15-20 dəqiqə sonra başlayır və 2 saata qədər davam edir.

 

İstifadəsinə göstəriş:

  • Oynaq ağrıları, osteoxondroz
  • Radikulit, nevralgiyalar
  • Əzələ ağrıları, bursitlər
  • Baş ağrıları, miqren
  • Qapalı sınıqlar
  • Çıxıq və burxulmalar.

 

Əks göstəriş:

Hamiləlik və laktasiya

Preparatın tərkib hissələrinə qarşı fərdi həssaslıq.

 

İstifadəsi:

Zədələnmiş və ya ağrıyan nahiyəyə gün ərzində 2-3 dəfə çəkilir.

Selikli qişalara və açıq yaralara istifadəsi məsləhət deyil. Çəkildikdən sonra əllər sabunla təmiz yuyulmalıdır. Gözə və selikli qişalara təmas zamanı axar su ilə yuyulmalıdır.

Həssaslığın yoxlanılması üçün kremdən az miqdarda kiçik bir nahiyəyə çəkilir, 20-30 dəqiqə sonra kremə qarşı allergik reaksiya (qızartı, qaşınma, şişkinlik) baş vermədikdə istifadə oluna bilər.

 







Jurnal 2015


Şərbətlər


Kapsullar




      English language


Fitooil

Fitoton Şampun

Fitoton Xınalar

Ağrımaz Krem